29 Aprel 2024 16:36
203
DÜNYA
A- A+

Prokurorluq Robert Koçaryanın əmlakının müsadirə olunmasını tələb edib

Ermənistanın prokurorluq orqanı ölkənin keçmiş prezidenti Robert Koçaryanın və ona bağlı olan 7 nəfərin əmlakının dövlət nəfinə müsadirə olunmasını tələb edib. “Report” xəbər verir ki, məlumatı “Baqramyan 26” teleqram kanalı yayıb.

Məlumata görə, buraya 25 daşınmaz əmlak, 5 nəqliyyat vasitəsi, dəyəri 4 milyon dollardan çox depozitə qoyulan qiymətli kağızlar, qanunsuz mənşəli 35 milyard dramdan (90 min 189 dollar) çox nağd pul qalıqları, üçüncü şəxslərə ötürülən və digər xərclənmiş vəsaitlər daxildir.

Bildirilib ki, R.Koçaryan barəsindəki işdə Ermənistana və bir sıra ölkələrə məxsus 16 hüquqi şəxsin adı hallanır.

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video