Komitə sədri: Müxtəlif nəşrlərin çapına dəstək olmaqla mədəniyyətimizi təbliğ edirik
Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif kitabların çapına dəstək göstərir və diaspor təşkilatları bu nəşrlərin olduqları ölkələrdə yayılmasını həyata keçirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.
Fuad Muradov qeyd edib ki, bu yaxınlarda Yaponiyada musiqi notlarından ibarət nəşr yapon dilində işıq üzü görüb və kitabda Azərbaycan musiqisi haqqında məlumat verilir. Bir neçə gün əvvəl isə Koreya Respublikasında Azərbaycan nağıllarından ibarət kitab çap olunub. Komitə bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.
“Bundan başqa, Diasporla İş üzrə Dövlət Komitəsinin mədəniyyətimizin təbliği ilə bağlı layihələri var. İdeya ondan ibarətdir ki, Azərbaycandan olan məşhur musiqiçilər və ustadlar müxtəlif ölkələrə səfər etsinlər və yerli musiqiçilərlə birgə musiqi proqramları hazırlasınlar. Keçən il Berlin və Zalsburq filarmoniyalarında, eləcə də Polşa milli orkestrində bu kimi proqramlar təşkil olunub. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlı musiqiçilərin ölkəmizdə konsertləri keçirilir”, - deyə komitə sədri vurğulayıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış ol...
16 May
Reklam mətnlərində ən çox rast gəlinən səhvlər - FOTO
16 May
AFFA rəsmisi türkdilli ölkələrin futbol federasiyalarının iclasında iştirak edib
16 May
Uşaq miqrasiyası rekord səviyyəyə çatıb - BMT
16 May
MİT-in bazalarına hücum planlaşdıran iki PKK/KCK-lı məhv edildi
16 May
DSX Akademiyasının növbəti buraxılış mərasimi olub
16 May
İlin birinci rübündə ölkədə 10 mindən çox nikah qeydə alınıb
16 May
Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb ...
16 May
Prezident İlham Əliyev: Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndirir...
16 May
Türkiyə Silahlı Qüvvələri ilin əvvəlindən indiyədək minə yaxın terrorçunu zərərsizləşdirib ...
16 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!