11 İyun 2026 19:15
486
DÜNYA
A- A+
Kanada 16 yaşından kiçik uşaqlara sosial media qadağası qoyan yeni qanun layihəsini təqdim edib  

Kanada 16 yaşından kiçik uşaqlara sosial media qadağası qoyan yeni qanun layihəsini təqdim edib  


Kanada hökuməti 16 yaşından kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadəni qadağan edən və süni intellekt çatbotlarını tənzimləyən yeni rəqəmsal təhlükəsizlik qanun layihəsini parlamentə təqdim edib. 

“Röyters” Agentliyi xəbər verir ki, Kanada bu addımı Avstraliyanın dünyada ilk dəfə tətbiq etdiyi analoji qadağadan bir neçə ay sonra atır.

16 yaşa qədər uşaqların sosial mediaya girişi qadağan edilir. Yalnız müəyyən edilmiş rəqəmsal təhlükəsizlik standartlarına tam cavab verən platformalar üçün istisnalar olacaq. Qanun çərçivəsində yaradılacaq yeni rəqəmsal tənzimləyici qurum süni intellekt çatbotlarının təhlükəsizlik qaydalarını müəyyən edəcək. Qaydaları pozan texnologiya şirkətlərini qlobal gəlirlərinin 3 faizi qədər və ya 10 milyon Kanada dollarınadək (təxminən 7.2 milyon ABŞ dolları) ağır cərimələr gözləyir.

Kanadanın şəxsiyyət və mədəniyyət naziri Mark Miller bildirib ki, sosial şəbəkələr və süni intellekt platformaları uşaqların sağlam inkişafına mane olur, onlarda narahatlıq, tənhalıq və depressiya yaradır. Yeni qanun gəncləri real həyata, dərslərinə və canlı ünsiyyətə yönəltməyi hədəfləyir.Bundan əlavə, qanunun parlamentə gəlməsi ölkədə baş vermiş dəhşətli kütləvi atışmada zərərçəkən ailələrin “OpenAI” şirkətini məhkəməyə verməsindən bir neçə həftə sonraya təsadüf edir. İddiaya görə, qatil planını bu çatbotda hazırlayıb, lakin şirkət polisə xəbərdarlıq etməyib.

Keçən ilin dekabrında Avstraliya oxşar qadağanı tətbiq etdikdən sonra şirkətlər təxminən 5 milyon yeniyetmənin hesabını bağlamışdı. Hazırda Fransa, Danimarka, Polşa və Yunanıstan kimi Avropa ölkələri də uşaqlar üçün sosial mediaya giriş qaydalarını sərtləşdirməyi planlaşdırır. Kanadanın bu qanun layihəsi Avstraliyanın modelindən daha genişdir. Çünki Avstraliya sadəcə girişi məhdudlaşdırır, Kanada isə həm də sosial media ekosistemini uşaqlar üçün yenidən formalaşdırmağı və bura süni intellekt sahəsini də daxil etməyi hədəfləyir. Qanunun tam qüvvəyə minməsi və nəzarət sisteminin qurulmasının 2 ildən çox vaxt apara biləcəyi qeyd olunur.


Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub

16:34
11 İyul

Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanışlıq

15:42
11 İyul

Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib

15:34
11 İyul

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub

15:12
11 İyul

Nazir: “Yüksəliş” müsabiqəsi çərçivəsində Mentorluq Proqramı qarşılıqlı inkişaf platformasıdır

15:07
11 İyul

ÜST Sudanda vəba epidemiyasının genişlənə biləcəyi barədə xəbərdarlıq edib

14:59
11 İyul

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNƏCƏK

14:27
11 İyul

Bakıda təşkil edilən beynəlxalq konfransda medianın dekolonizasiya prosesində rolu diqqət mərkəzində olub

14:22
11 İyul

BTQ ilə Burkina-Faso XİN-in Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalanıb

12:37
11 İyul

Sabaha olan hava proqnozu açıqlanıb

12:17
11 İyul

Monteneqrodan daxil olmuş hüquqi yardım sorğusu Azərbaycanın Baş Prokurorluğu tərəfindən icra edilib

11:30
11 İyul

Monqolustanın Prezidenti Zati-aliləri cənab Uxnaaqiyn Xurelsuxa

11:14
11 İyul

Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub

11:03
11 İyul

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub

10:52
11 İyul

Paşinyanın “demokratik” diktaturası

10:45
11 İyul

Ötən gün 47 cinayətin açılması təmin olunub

10:27
11 İyul

Dünya çempionatı: İspaniya millisi Belçikanı məğlub edərək yarımfinala yüksəlib

10:20
11 İyul

Bilmək istəyirəm

09:52
11 İyul

İnsan kapitalı gələcəyin ən böyük sərvətidir

09:45
11 İyul

Zaqatala qalası

09:38
11 İyul

"Fətəli xan" filmi və onun taleyi

09:31
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!