11 İyun 2026 19:21
637
İQTİSADİYYAT
A- A+
Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı üzrə yeni zavod tikiləcək

Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı üzrə yeni zavod tikiləcək


Azərbaycanda Ələt Azad İqtisadi Zonası ərazisində Çin şirkətinin iştirakı ilə günəş panellərinin istehsalı üzrə zavodun tikintisinə yaxın həftələrdə başlanılacaq. Bunu Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda Azərbaycan Amerika Ticarət Palatası (AmCham Azerbaijan) tərəfindən təşkil olunan “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” tədbirində bildirib.

Onun sözlərinə görə, zavodun ilk mərhələsində ildə təxminən 3 QVt gücündə günəş panelləri istehsal ediləcək, gələcəkdə isə istehsal gücünün 10 QVt-a çatdırılması planlaşdırılır. Valeh Ələsgərov əlavə edib ki, layihənin reallaşması günəş enerjisinin maya dəyərinin azalmasına, bərpa olunan enerji mənbələrinə çıxışın genişlənməsinə və elektrik enerjisinin saxlanılması üzrə həllərin inkişafına imkan yaradacaq.

O bildirib ki, paralel olaraq külək energetikası üçün komponentlərin, xüsusilə turbin pərləri və qüllələrinin yerli istehsalının təşviqi müzakirə olunur, çünki onların xaricdən daşınması mürəkkəb və bahalı prosesdir. Valeh Ələsgərov qeyd edib ki, enerji sisteminə böyük həcmdə külək və günəş generasiyasını səmərəli inteqrasiya etmək üçün elektrik enerjisinin saxlanılması üzrə həllər vacibdir.

Xatırladaq ki, 2025-ci il sentyabrın 9-da Baş nazirin müavini və Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə Çində imzalanan investisiya sazişi Ələt Azad İqtisadi Zonasında müasir günəş paneli istehsal kompleksinin yaradılmasını nəzərdə tutur.

Layihəyə əsasən, 23 hektar ərazini əhatə edən sənaye zonasında üç müasir istehsal obyekti tikiləcək. Bu obyektlərdə illik 3 QVt günəş paneli istehsal olunacaq, həmçinin silisium kristalları və komplektləşdirici hissələrin istehsalı nəzərdə tutulub. İstehsal olunacaq məhsullar arasında Ələt Azad İqtisadi Zonasının özündə günəş elektrik stansiyasının tikintisi üçün istifadə ediləcək panellər olacaq, məhsulun əhəmiyyətli hissəsi isə dünya bazarlarına ixrac ediləcək.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci yarımildə Azərbaycandan Tunisə xam neft ixracının dəyəri 3 dəfəyə yaxın artıb

14:19
28 İyul

ABŞ Fransanın tənqidinə etiraz olaraq BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib

14:11
28 İyul

Türkiyə UNESCO Dünya İrs Komitəsinin 49-cu Sessiyasına ev sahibliyi edəcək

14:04
28 İyul

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib

13:47
28 İyul

Deputat: Azərbaycan Prezidentinin Almaniya səfəri və imzalanan sənədlər ölkəmizin enerji siyasətinin uzaqgörənliyini göstərir

13:40
28 İyul

Fransada deputat hökuməti “dövlət qalmaqalı”nda ittiham edir

13:33
28 İyul

Düzgün istiqamətləndirmə ilə süni intellekt güclü təhsil tərəfdaşına çevrilə bilər 

13:26
28 İyul

Rusiya səmasında gecə saatlarında 356 Ukrayna dronu vurulub

13:23
28 İyul

Səyyar ASAN xidmət Laçında

13:21
28 İyul

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

13:18
28 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:13
28 İyul

Səidə Ömər: Zəfər xəbərini Türkiyə efirində ilk təqdim edənlərdən olmaq böyük qürur idi

13:06
28 İyul

Geosiyasi qeyri-müəyyənlik neft-qaz qiymətlərinə təsirsiz ötüşmür  

12:59
28 İyul

Antonio Quterreş Kiprin türk və yunan dövlətlərinin liderləri ilə danışıqlar aparacaq

12:52
28 İyul

İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

12:45
28 İyul

Tovuzlu fermerlər yeni dövlət proqramını əlavə stimul kimi qəbul edirlər

12:20
28 İyul

XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır

12:05
28 İyul

Yaponiyanın cənub-qərbində 7,1 bal gücündə zəlzələ olub

12:00
28 İyul

İnformasiya Texnologiyaları İnstitutu və Hesablama Palatası birgə layihələr reallaşdıracaq

11:54
28 İyul

Bu ilin altı ayında 867 milyon manatdan çox sığorta haqqı yığılıb

11:53
28 İyul

Orta Dəhliz Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm təsir göstərir

11:51
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!