15 Aprel 2024 23:35
297
DÜNYA
A- A+

İsrailin müharibə kabineti toplandı - İranın cavabı necə veriləcək?

 

İsrail Baş naziri Benyamin Netanyahu bu gün yerli vaxtla saat 14:00-da hərbi kabineti yenidən toplayıb.

"Azərbaycan" qəzeti "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə hökumətdəki mənbə bildirib.

Mənbə əlavə edib ki, Baş nazir Netanyahu, müdafiə naziri Yoav Qallant, keçmiş müdafiə naziri Benni Qantz və bir neçə müşahidəçidən ibarət müharibə kabineti aprelin 14-də gecə görüşüb.

Qeyd edək ki, hazırda bütün gözlər Netanyahunun hökumətindədir, İranın hücumundan sonra regionda olan və digər ölkələr münaqişənin şiddətlənməməsi üçün İsraili təmkinli olmağa çağırır.

İsrailin hərbi kabinetinin əksəriyyəti İranın şənbə günü ölkəyə hücumuna cavab vermək istəyir, lakin bunun miqyası və vaxtı ilə bağlı fikir ayrılığı var.

Co Bayden İsrail liderinə ABŞ-nin İrana qarşı əks - hücumda iştirak etməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video