18 Mart 2024 22:10
262
DÜNYA
A- A+

“Hubble” teleskopunun yeni görüntüləri

 

NASA və ESA-ya məxsus “Hubble” kosmik teleskopunun göndərdiyi son fotoşəkildə Qız bürcündə Yerdən təxminən 52 milyon işıq ili uzaqlıqda olan “LEDA 42160” qalaktikasının təsviri var. Cırtdan qalaktika böyük Qız bürcü qalaktikalar silsiləsindəki nisbətən sıx qazdan keçməyə məcbur edilən bir çox kəhkəşanlardan biridir. Astronomlar təhlil ediblər ki, “qoç təzyiqi” kimi tanınan bu qalaktikalararası qazın yaratdığı təzyiq “LEDA 42160”da ulduz əmələ gəlməsinə dramatik təsir göstərir.
Kosmosa nüfuz edən qaz və toz hərəkət edərkən qalaktikaya təzyiq göstərir. “Qoç təzyiqi” adlanan bu müqavimət qalaktikanın ulduz əmələ gətirən qaz və tozunu soraraq, yeni ulduzların yaranmasını azalda və ya hətta dayandıra bilər. Bununla belə, “qoç təzyiqi” həm də qalaktikada qazı sıxışdıra bilər ki, bu da ulduz əmələ gəlməsini sürətləndirə bilər.
“LEDA 42160”ın bu görüntüsünü yaratmaq üçün istifadə edilən “Hubble” teleskopunun məlumatları Qız bürcü çoxluğu kimi böyük qalaktika klasterlərinin bir hissəsi olan cırtdan qalaktikaları tədqiq edən layihənin bir hissəsidir. Tədqiqatlar göstərir ki, “qoç təzyiqi” əvvəlcə daha böyük qalaktikalarda yeni ulduzların yaranmasına səbəb ola bilər. Astronomlar eyni prosesin “LEDA 42160” kimi daha kiçik qalaktikalara da aid olmasını əyani şəkildə görmək istəyiblər. Belə ki, “LEDA 42160”ın aşağı sağ cinahındakı parlaq ləkələr “qoç təzyiqi” nəticəsində ulduz əmələ gətirən bölgələr ola bilər. “Hubble” teleskopunun müşahidələri astronomlara bu kiçik qalaktikada gördüyümüz xüsusiyyətləri yaradan prosesləri müəyyən etməyə kömək edəcək.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video