17 Aprel 2024 15:43
233
DÜNYA
A- A+

Elektromobillər üçün yeni batareyalar istehsal edilib

 

Çinin elektromobil istehsalçısı olan BYD şirkətinin batareyaları “Tesla”, “Ford”, “Kia”, “Hyundai”, “Toyota” və digər məşhur avtomobil şirkətlərinin elektromobillərində istifadə edilir. Belə ki, BYD-nin elektromobil batareyalarının texniki göstəriciləri bazarda ən yaxşıları sırasındadır.
Şirkət batareyalarını daha da təkmilləşdirəcək. Məlumata əsasən, BYD-nin “Blade” adlı yeni batareya seriyası daha kompakt ölçülü və yüngül olacaq. Yeni məhsul hazırda aktual olan batareya seriyasının sahib olduğu həcmi özündə birləşdirəcək. Bu isə o deməkdir ki, gələcək elektromobillər daha uzun məsafə qət edə biləcəklər.
BYD-nin mövcud batareyalarında enerji sıxlığı 150 vatt saat/kq təşkil edir. Yeni batareyalarda isə enerji sıxlığı 190 vatt saat/kq təşkil edə bilər. Bunun sayəsində elektromobillərin qət etdikləri məsafə göstəricisi 1000 km-ə yüksələcək.
BYD-nin yeni növ elektromobil batareyaları avqust ayında satışa çıxarılacaq.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video