Qırğız Respublikası ilə əlaqələr elm və təhsil sahəsində də inkişaf edir
Hazırda Azərbaycan və Qırğız Respublikası arasında ikitərəfli və çoxtərəfli əlaqələrin yüksələn xətlə inkişafında humanitar sfera, o cümlədən elm və təhsil sahəsində əməkdaşlıq əhəmiyyətli rol oynayır. Eyni zamanda hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə, tarixi, dil, din və etnik bağlılığa əsaslanan qardaşlıq və dostluq münasibətlərinin uğurlu perspektivi digər sahələrlə yanaşı, elm və təhsil əlaqələrinin də gücləndirilməsinə ciddi zəmin yaradır.
Bu nöqteyi-nəzərdən cari il aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması ikitərəfli əlaqələrin inkişafında yeni səhifə oldu. Həmçinin imzalanmış sənədlər arasında "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş"in yer alması ölkələrarası əməkdaşlığın gündəliyində elm və təhsilin də prioritet rolunu bir daha təsdiq etdi.
Regionda yerləşən və hazırda modernləşmə istiqamətində fəaliyyətlərini davam etdirən Mingəçevir Dövlət Universitetində (MDU) də Azərbaycan və Qırğız Respublikası arasında elm və təhsil əlaqələrinin inkişafına xüsusi önəm verilir. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin yaratdığı geniş imkanlardan faydalanmaq, eləcə də əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə MDU-nun xarici əlaqələrində Qırğız Respublikasının müvafiq ali təhsil müəssisələri ilə işbirliyinin qurulması və genişləndirilməsi diqqət mərkəzində saxlanılır.
2022-ci ilin 14-15 sentyabr tarixlərində MDU Qırğız Respublikasının paytaxtı Bişkekdə keçirilən Dünya Rektorlar Forumunda təmsil olunmuşdur. "Milli innovasiya ekosisteminin qurulmasında universitetlərin rolu" mövzusuna həsr olunan forum Qırğız Respublikasının Təhsil və Elm Nazirliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə baş tutmuşdur. Dünyanın 60-a yaxın ölkəsindən 100-dən çox ali təhsil müəssisəsinin rəhbərlərinin, ekspertlərin, beynəlxalq təşkilatların və proqramların nümayəndələrinin qatıldığı forumun panel sessiyasında "Yeni dövrün universitetinin qurulması: innovativ və dayanıqlı inkişaf əsaslı ali təhsil müəssisəsi konsepsiyası" mövzusunda təqdimatla çıxış etmişik. Eləcə də, forum çərçivəsində MDU və Qırğız İqtisad Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandum universitetlər arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın yaradılmasını və birgə fəaliyyətlərin həyata keçirilməsini özündə ehtiva edir.
2022-ci ilin 16 sentyabr tarixində Qırğız İqtisad Universitetinə növbəti ziyarətimiz olmuşdur. Universitetin rəhbər heyəti ilə görüşdə əməkdaşlığın potensial inkişaf istiqamətləri barədə müzakirələr aparmış, bu ali təhsil müəssisəsinin kollektivi qarşısında "Yeni dövrün universitetinin qurulması: Mingəçevir Dövlət Universiteti təcrübəsi" mövzusunda təqdimat etmişik.
Bununla yanaşı, MDU-nun nümayəndələri 2023-cü ilin oktyabrın 25-də Qırğız İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunan "İqtisadi reallıqların yeni çağırışları" mövzusunda beynəlxalq elmi konfransda təmsil olunmuşdur. Konfransın plenar iclasında "Davamlı iqtisadi inkişaf: əsas konsepsiya, qiymətləndirmə metodları və Azərbaycan nümunəsi" mövzusunda məruzə ilə çıxış etmişik. Həmçinin konfransın bölmə iclaslarında MDU-nun 11 əməkdaşı məruzələrlə çıxış etmişdir.
Yubiley mərasimində MDU rektorunun Qırğız İqtisad Universitetinin fəxri professoru diplomu ilə təltif edilməsi universitetlərarası əməkdaşlığın inkişafına göstərilən xidmətlərə verilən qiymətin ifadəsi kimi dəyərləndirilə bilər.
Bundan əlavə, Qırğız İqtisad Universiteti müvafiq olaraq 2021-ci və 2023-cü illərdə MDU-da "Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər" mövzusunda keçirilən birinci və ikinci beynəlxalq elmi konfranslara uğurla həmtəşkilatçılıq etmişdir.
İki ölkənin hökumətləri arasında imzalanan saziş elm və təhsil sahəsində qarşılıqlı maraq doğuran istiqamətlərdə əlaqələrin daha da gücləndirilməsini, təhsil subyektlərinin çoxşaxəli akademik əməkdaşlıq təşəbbüslərinin reallaşdırılmasını dəstəkləməklə əlverişli hüquqi baza təmin edəcəkdir. Hər iki ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələri saziş çərçivəsində potensiallarının gücləndirilməsinə hədəflənən geniş birgə fəaliyyət alətlərindən fəal surətdə faydalanmaqla əməkdaşlıq prosesində hərəkətverici rola malik olacaqlar. Yeni mərhələdə MDU ilə Qırğız İqtisad Universiteti və Qırğız Respublikasının digər müvafiq ali təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi diqqət göstəriləcəkdir.
Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“AzerGold”un yeni qızıl sikkə kolleksiyası İçərişəhərə həsr olunub
21 May
ŞKTR-in naziri: Azərbaycan parlamenti Lefkoşanın təcridinə son qoyulması istiqamətində mühüm addım a...
21 May
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentdə müzakirəyə çıxarıl...
21 May
Hərbçilərimizin “EFES - 2024” çoxmillətli təlimdən FOTOLAR
21 May
Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi keçirilir
21 May
Türkiyənin dövlət strukturlarında fəaliyyət göstərən 44 FETÖ üzvü saxlanılıb
21 May
Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı məlumatlandırılıb
21 May
BMT: Baş katib Azərbaycanla Ermənistan arasında normallaşma prosesini yaxından izləyir - EKSKLÜZİV...
21 May
Milli Məclis 11 məsələnin müzakirəsinə başlayıb
21 May
Əmək və əhalinin sosial müdafiəsi naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyəcək ...
21 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!