İlham Əliyev Azərbaycanın düşmənlərinə siyasət dərsi keçdi
"Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvətilə "15-ci Petersberg İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün Almaniyaya səfəri xeyli əhəmiyyətli oldu. Dövlətimizin başçısı tədbirdəki çıxışı ilə Qərb siyasətçilərinə, xüsusən də Avropada Azərbaycana qarşı düşmən mövqeyi ilə "seçilən"lərə əsl siyasət dərsi keçdi. Prezidentimiz böyük siyasətçilərə və prinsipial dövlət başçılarına xas olan liderlik xüsusiyyətlərini Avropa diplomatlarına sübut etdi".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. Deputat Prezident İlham Əliyevin çıxışı zamanı toxunduğu vacib məsələlər barədə danışıb: "Dövlət başçısının Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol barədə söylədiyi fikirlər çox dəyərlidir. Ölkəmiz Avropa İttifaqına üzv 9 dövlətlə strateji tərəfdaşlıq haqqında saziş və Bəyannamə imzalayıb. Avropanın bir çox dövlətləri Azərbaycanı etibarlı tərəfdaş hesab edir. Son illər Avropada yaranmış gərgin geosiyasi vəziyyətlə əlaqədar ölkələrin enerji təhlükəsizliyinə böyük problemlər yarandığı bir vaxtda bu, vacib məsələdir. Müasir dövrdə enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabər tutulur. Bu səbəbdən Avropa İttifaqının rəhbərliyinin Avropa dövlətlərinin enerjiyə olan ehtiyaclarını ödəmək üçün Azərbaycana etdiyi müraciət İlham Əliyev tərəfindən müsbət qarşılanıb. 2022-ci ilin iyulunda Avropa İttifaqı Komissarlığı ilə Azərbaycan dövləti arasında Avropaya təbii qazın nəql edilməsi üzrə Anlaşma Memorandumu imzalanıb. Artıq hər il Azərbaycandan "Cənub qaz dəhlizi" vasitəsilə Avropa dövlətlərinə 12 milyard kubmetr təbii qaz ixrac edilir. İmzalanmış Memoranduma əsasən, 2027-ci ilə qədər qaz ixracının 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Hər il Azərbaycandan qaz almaq istəyən Avropa dövlətlərinin sayı artmaqdadır. Bununla da Azərbaycan hər zaman dostluğa, qarşılıqlı hörmətə və etimada sadiq bir dövlət olduğunu nümayiş etdirir".
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev çıxışında Azərbaycanın "yaşıl enerji" istehsalı sahəsində də öncül dövlətlərdən olduğunu və bu sahədə böyük layihələrə imza atdığını vurğulayıb. Azərbaycan neft və qazla zəngin təbii ehtiyatlara malik dövlət olmasına baxmayaraq, Yer kürəsində iqlim dəyişikliyinə qarşı, dünyada "yaşıl enerji"yə keçidlə bağlı bir sıra böyük layihələr həyata keçirilib və bu işlər ardıcıl davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur dövlət başçısı tərəfindən "yaşıl enerji" zonası elan edilib.
"Bakı və ətraf ərazilərdə günəş və küləklə işləyən elektrik stansiyaları inşa edilib və bu işlər regionlarımızı da əhatə edəcək. 2030-cu ilə qədər Azərbaycan elektrik enerjisinə olan tələbatının 30 faizini bərpaolunan enerji ilə təmin etməyi planlaşdırır. Bununla yanaşı, yaxın illərdə ölkəmizdə istehsal olunacaq "yaşıl enerji" də Avropa dövlətlərinə ixrac ediləcək. "Yaşıl enerji" istehsalı ilə təbii qaza qənaət ediləcək ki, bu da 5 milyard kubmetrə bərabər olacaq. "Yaşıl enerji"nin artırılmasının ümdə məsələ olmasına baxmayaraq, dünyada təbii qaza tələbat da uzun illər mövcud olacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanda təbii qaz yataqlarında kifayət qədər qaz resursları mövcuddur və qaz hasilatını artırmaq imkanımız böyükdür", - deyə müsahibimiz əlavə edib.
Kamilə Əliyeva yekunda vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışından sonra Qərb bir daha anladı ki, Azərbaycan tək region üçün deyil, dünya üçün çox əhəmiyyətli, güclü və etibarlı dövlətdir.
Nəzrin QAFARZADƏ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Əmək və əhalinin sosial müdafiəsi naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyəcək ...
21 May
Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin h...
21 May
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib YENİLƏNƏCƏK ...
21 May
Dünya birjalarında neft ucuzlaşıb
21 May
İranda prezident seçkiləri iyunun 28-də keçiriləcək
21 May
Azərbaycan neftinin bahalaşması davam edir
21 May
30 il ərzində Xəzər dənizi iki metrdən çox dayazlaşıb
21 May
Yaşar Gülər: Müdafiə sənayesi məhsullarının istehsalı Türkiyə üçün həyati vacib məsələdir ...
21 May
Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib
21 May
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyir
21 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!