DİN: Qanunsuz odlu silahlar aşkarlanaraq götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi sahəsində tədbirlər davamlı olaraq həyata keçirilir.
Daxili İşlər nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 16-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 4 müxtəlif markalı tüfəng, 1 patron darağı və 28 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər də davam etdirilir.
Aprelin 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 pulemyot, 2 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 848 müxtəlif çaplı patron təhvil götürüblər.
Həmin gün polis əməkdaşları Xankəndi şəhərində 3 müxtəlif markalı avtomat silahı, 1 tüfəng, 1 qumbara, 1 alışdırıcı, 14 patron darağı, 1195 müxtəlif çaplı patron və digər sursatlar aşkarlayaraq götürüblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Goranboyda özəl tibb müəssisəsi fəaliyyətə başlayacaq
30 Aprel
Vətən borclu qalmır
30 Aprel
Revanşistlər çevriliş planı hazırlayırlar
30 Aprel
Həsrətin vüsalı
30 Aprel
Sərhədlərin delimitasiyası və demarkasiyası iki ölkə arasında sülhə olan inamı artırır
30 Aprel
Ölkəmizin sülhə mühüm xidmətləri
30 Aprel
Regionun gündəliyini müəyyənləşdirən Azərbaycandır
30 Aprel
Sifariş qoxulu sənəd
30 Aprel
"Bir daha əmin olduq ki, dövlətimizin sükanı etibarlı əldədir"
30 Aprel
Vasitəçisiz təmaslar nəticə verir
30 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!