30 Aprel 2024 09:05
1904
Səhiyyə
A- A+

Goranboyda özəl tibb müəssisəsi fəaliyyətə başlayacaq

 

Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar Goranboy rayonunda da sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırmışdır. Bunun sayəsində son illər rayonda özəl istehsal müəssisələri, orta və iri sahibkarlıq obyektləri fəaliyyətə başlamışdır. 
Goranboy şəhərində  2023-cü ilin  mart ayında tikintisinə başlanılmış,   inşasına ümumilikdə 15 milyon manat vəsait xərclənmiş və ən müasir, yüksəkkeyfiyyətli  tibbi avadanlıqlarla  təhciz edilmiş  özəl tibb müəssisəsi olan "Medlife Hospital" artıq istifadəyə hazırdır.  98 çarpayılıq hospitalda ambulator, stasionar, cərrahiyyə, doğuş və təcili yardım şöbələri, o cümlədən ambulator şöbədə  ginekologiya, travmotologiya, lor, oftalmologiya, bütün laborator müayinələr, hər növ ultrasəs müayinələri və radiologiya xidmətləri  nəzərdə tutulmuşdur. Yeni tibb müəssisəsində 200 nəfər işlə təmin olunacaq. 

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video