30 Aprel 2024 08:55
188
SİYASƏT
A- A+

Revanşistlər çevriliş planı hazırlayırlar

 

Kütləvi etiraz dalğası paytaxt İrəvan da daxil olmaqla, bütün ölkə ərazisinə yayılıb

 

Son günlərdə Hayastanda narazılıq və qarşıdurma hallarının daha da artması, müxalifətlə hakimiyyət arasında ziddiyyətlərin bir qədər də kəskinləşməsi müşahidə olunur. Müxalifət təşkil etdiyi aksiyalarla baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağı hədəfləyir. Azərbaycanla sərhəd bölgəsində delimitasiya və demarkasiya prosesinin başlanılmasına Hayastanda müsbət yanaşanlar çoxluq təşkil etsə də, keçmiş hərbi xunta təmsilçiləri buna qarşı çıxır, onu əngəlləməyə cəhd edirlər. Tavuş bölgəsində başlayan kütləvi etiraz dalğası paytaxt İrəvan da daxil olmaqla, bütün ölkə ərazisinə yayılıb.
Müxalifətçilər etirazlarına səbəb kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər.  Erməni radikallar Ermənistanın daxili və dövlətlərarası magistral yollarını bloklamağa çalışırlar.
Proseslər göstərir ki, keçmiş hərbi xunta yaranmış vəziyyətdən istifadə edərək ölkədəki xaosu daha da dərinləşdirməyə çalışır. Bununla da sabiqlər yenidən hakimiyyət başına qayıtmağı düşünürlər. Əsas niyyət son günlərdə daha da alovlanan etirazlar nəticəsində hakimiyyətə qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olmaqdır. Bundan sonra güc yolu ilə olsa belə, hakimiyyəti qəsb etməkdir.
Paşinyan hakimiyyəti bəyan edib ki, sərhədlərin delimitasiyası Hayastanın təhlükəsizliyinin təmin edilməsinin yeganə çıxış yoludur. Buna qarşı çıxan erməni radikallar isə hazırda Ermənistanı növbəti dağıdıcı müharibə təhlükəsi ilə üzləşdirməyə cəhd göstərirlər. Çünki sərhədlərin delimitasiyasından imtina məhz növbəti müharibəyə legitim səbəblər yaratmaq deməkdir. Onlar kütləvi etiraz aksiyaları ilə Paşinyan hakimiyyətinə təzyiq göstərərək, sərhədlərin delimitasiya prosesinin dayandırılmasını tələb ediblər. Halbuki, indiki situasiyada kütləvi etiraz aksiyaları heç nəyi dəyişə bilməz. Erməni radikallar hələ ötən əsrin 90-cı illərində olduğu kimi, kütləvi etiraz aksiyaları ilə öz hədəflərinə çata biləcəklərinə ümid bəsləyirlər. 
"4rd.am" nəşri isə yazıb ki,  Hayastanda yeni milli hökumətin formalaşdırılması anı çoxdan yetişib və bu məsələdə cəmiyyətin əksəriyyəti arasında konsensus formalaşıb. Nəşr qeyd edib ki, bunu həm müxtəlif mərkəzlər tərəfindən dərc edilən sorğular, araşdırmalar, həm də ictimai rəylər sübut edir. Müxtəlif sorğular göstərir ki, insanların 60 faizdən çoxu ölkəyə rəhbərlik edən yeni siyasi qüvvə görmək istəyir. Məlumata görə, son vaxtlar daxili siyasi sahədə diqqətəlayiq "sualtı" proseslər gedir: "Mənbələrimiz bildirir ki, müxtəlif siyasi qüvvələr və xadimlər arasında demək olar ki, hər gün müxtəlif platformalarda hələlik açıqlanmayan görüşlər keçirilir. Həmin görüşlərin əsas mövzusu, belə demək mümkündürsə, "üçüncü qüvvə"nin yaradılması yoluyla ölkəni məhvə aparan hakimiyyətdən bir an öncə qurtulmaq məqsədilə resursların birləşdirilməsinin zəruriliyidir".
Bütün bunların fonunda erməni kilsəsinin Paşinyan hakimiyyətinə qarşı kütləvi etiraz aksiyalarında əsas siyasi-ideoloji mərkəz rolunu öz üzərinə götürməsi də diqqətçəkən məqamlardan biridir. Kilsə xalqı Paşinyan hakimiyyətini devirməyə çağırır. Bəzi məlumatlara görə, erməni katalikos son vaxtlar davamlı olaraq, keşişlərə əhalinin kütləvi etiraz aksiyalarına qoşulmasını təmin etmək barədə təlimatlar verib. 
Beləliklə, müxalifət İrəvanda etirazlara başlayacağını bəyan etməklə bu yoldan dönməyəcəklərini bildirir.  Paşinyan isə ona qarşı yönəlmiş təhdidləri güc yolu ilə aradan qaldırmağı düşünür. Bu isə o deməkdir ki, Hayastanda qarşıdakı dövrdə qanlı günlər yaşana bilər.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video