15 Aprel 2024 09:41
291
SİYASƏT
A- A+

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

AZƏRTAC Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadla xəbər verir ki, görüş zamanı nazirlər Azərbaycan və Özbəkistan xalqları arasında etnik, tarixi, mədəni və dini köklərə əsaslanan iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişafından məmnunluq ifadə edib, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da yüksək səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıblar.

Görüşdə iki ölkə arasında müntəzəm əsasda həyata keçirilən yüksək səviyyəli təmaslardan irəli gələn məsələlər, siyasi, sosial-iqtisadi, energetika, humanitar, təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq və regional platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini məmnunluqla vurğulayaraq, Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaşlıq və həmrəyliyə əsaslanan əməkdaşlığın daha da şaxələndirilməsinin vacibliyini qeyd ediblər.

Görüşdə nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə qardaş Özbəkistanın töhfəsinin, Füzuli şəhərində inşa edilmiş Mirzə Uluqbəy adına orta məktəbin dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Nazirlər, həmçinin iki ölkə XİN-ləri arasında məsləhətləşmə mexanizminin işinin intensivləşməsinin, müqavilə-hüquq bazasının daha da genişlənməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video