17 Aprel 2024 15:22
252
İQTİSADİYYAT
A- A+

BƏƏ Azərbaycana COP29-a sədrliyi zamanı dəstək verməyə hazırdır

 

Əbu-Dabidə energetika naziri Pərviz Şahbazovla Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir arasında görüş olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki ölkə prezidentlərinin Azərbaycan və BƏƏ arasında dost, qardaş və tərəfdaş əlaqələrinin dərinləşməsinə, əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyi qeyd olunub. Azərbaycanın yaşıl enerji gündəliyinin icrasında BƏƏ ilə əməkdaşlığın strateji rolundan bəhs edilib. “Masdar” şirkəti ilə mərhələli şəkildə quruda və dənizdə 10 qiqavat yaşıl enerji layihələrinin həyata keçirilməsi çərçivəsində bu il 1 qiqavat gücündə iki günəş və bir külək elektrik stansiyasının təməlinin qoyulacağı bildirilib, yeni istehsal güclərinin yaradılması, həmçinin elektrik enerjisinin ötürülməsi layihələri üzrə proseslərin sürətləndirilməsi razılaşdırılıb.

Söhbət zamanı ADNOC şirkəti ilə “Abşeron Faza I” layihəsi, hər iki ölkənin apstrim sektorunda əməkdaşlığın genişləndirilməsi, həmçinin COP29 tədbirinə hazırlıq və bu xüsusda intensiv əlaqələrlə bağlı da müzakirələr aparılıb. BƏƏ-nin Azərbaycanla səmərəli nəticələrə hədəflənən enerji tərəfdaşlığının inkişafına, eləcə də, ölkəmizə COP29-a sədrliyi zamanı dəstəyi ifadə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video