30 Aprel 2024 02:12
1302
Fərmanlar
A- A+

"Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının2022-ci il 5 may tarixli 523-VIQ nömrəliQanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 21 aprel tarixli 575 nömrəliFərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 480 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında" Əsasnamənin 12.2-ci bəndində "ərzaqlar" sözü "qidalar" sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın 2.3.6-cı yarımbəndində "Yeyinti sənaye" sözləri "Qida sənayesi" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 63 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 3.26-cı bəndində "ərzaq və qeyri-ərzaq" sözləri "qida və qeyri-qida" sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"nin 11.33-cü bəndində "ərzaq" sözü "qida" sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1058 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları haqqında Əsasnamə"nin 8.2.11-ci yarımbəndində "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419 (Cild I); 2024, № 1, maddə 21) ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın 2.7-2.1-ci yarımbəndində "tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları)" sözləri "istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi" sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1256 (Cild I) ilə təsdiq edilmiş "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası"nın 1.3.2-ci yarımbəndində "ərzaq malları" sözləri "qida məhsulları" sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 555 (Cild I) ilə təsdiq edilmiş "İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın 1.3.1-ci yarımbəndindən və 3.14-cü bəndindən "(yeyinti)" sözü çıxarılsın.
9. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1624 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1791 (Cild I) ilə təsdiq edilmiş "Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi"nin 2.2.9-cu yarımbəndində "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020,№ 3, maddə 251 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 fevral tarixli 2466 nömrəli, 13 mart tarixli 19 nömrəli və 14 mart tarixli 22 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti haqqında Əsasnamə"nin 4.0.10-cu yarımbəndində "ərzaq" sözü "qida" sözü ilə əvəz edilsin.
11. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli 517 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 940 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nın "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək Tədbirlər" hissəsində aşağıdakı dəyişikliklər edilsin:
11.1. 5.2.5-ci yarımbəndin "Tədbirin adı" sütununda "yemdə, ərzaq məhsullarında" sözləri "yem və qida məhsullarında" sözləri ilə əvəz edilsin;
11.2. 5.2.8-ci yarımbəndin "Tədbirin adı" sütununda "Ərzaq" sözü "Qida" sözü ilə əvəz edilsin;
11.3. 5.2.20-ci yarımbəndin "Tədbirin adı" sütununda "ərzaq mallarının" sözləri "qida məhsullarının" sözləri ilə əvəz edilsin və həmin yarımbəndin "İcraçılar" sütununa "Ekologiya və Təbii Sərvətlər Nazirliyi," sözlərindən sonra "Qida Təhlükəsizliyi Agentliyi," sözləri əlavə edilsin;
11.4. 5.2.21-ci yarımbəndin "Tədbirin adı" sütununda "ərzaq" sözü "qida" sözü ilə əvəz edilsin və həmin yarımbəndin "İcraçılar" sütununa "Ekologiya və Təbii Sərvətlər Nazirliyi," sözlərindən sonra "Qida Təhlükəsizliyi Agentliyi," sözləri əlavə edilsin.
12. "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 221 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 34 (Cild I) adında, 2.5-ci bəndində və 3-cü hissəsində "ərzaq" sözü "qida" sözü ilə əvəz edilsin.
13. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 275 (Cild I) ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"nın"5. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı" hissəsinin 5.1.2.8-ci yarımbəndinin "Tədbirin adı" və "Tədbirin məqsədi" sütunlarında "ərzağa əlyetərliyi" sözləri "qida məhsullarına ətçatanlığı" sözləri ilə əvəz edilsin.
14. "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1282 (Cild I) 1.3-cü bəndində "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü və 8-ci maddələrinin" sözləri "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun" sözləri ilə əvəz edilsin.
15. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022?2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda aşağıdakı dəyişikliklər edilsin:
15.1. 1.1-ci bəndin səkkizinci abzasında "ərzaq məhsulları" sözləri "qida məhsulları" sözləri ilə əvəz edilsin;
15.2. 7-ci hissədə "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planı"nın 1.1.9-cu yarımbəndinin 3-cü abzasının "İlkin nəticələr" sütununda "ərzaq" sözü "qida" sözü ilə əvəz edilsin.
16. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 114 (Cild I) ilə təsdiq edilmiş  "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın"8. Dövlət Proqramına dair Tədbirlər Planı" hissəsinin 8.2.4-cü yarımbəndinin "ilkin nəticələr" və "aralıq nəticələr" sütunlarından "bioloji fəallığa malik qida əlavələrinə," sözləri çıxarılsın.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 aprel 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video