18 Mart 2024 22:14
262
DÜNYA
A- A+

ABŞ casus peyklərdən ibarət şəbəkə qurur

 

“SpaceX” şirkəti ABŞ kəşfiyyatı ilə məxfi müqavilə çərçivəsində yüzlərlə casus peykdən ibarət şəbəkə qurur.

"Azərbaycan" qəzeti xəbərinə görə, bu barədə “Reuters“ məlumat yayıb.

Qeyd edilib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yanında ABŞ Milli Aerokosmik Kəşfiyyat İdarəsi ilə şirkət arasında 2021-ci ildə 1,8 milyard dollar dəyərində müqavilə imzalanıb. Casus peyk şəbəkəsinin yaradılması sahəsində görülən işlərə “SpaceX” şirkətinin “Starshield” bölməsi cavabdehdir. Bu, ABŞ Müdafiə Nazirliyinin quru qüvvələrini dəstəkləmək üçün nəzərdə tutulmuş aşağı orbitli peyk sistemlərinə əhəmiyyətli investisiyalar yatırdığını göstərir. Əgər casus peyk şəbəkəsinin yaradılması uğurla yekunlaşarsa, bu, ABŞ Silahlı Qüvvələrinin dünyanın hər yerində potensial hədəfləri tez aşkar etmək imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video