09 Noyabr 2026 16:51
90
CƏMİYYƏT
A- A+
“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat  

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat  


8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Azərbaycan gənclər və könüllü təşkilatları bəyanatla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, bəyanatda Zəfər Gününün Azərbaycan xalqının birliyinin, sarsılmaz iradəsinin və əzmkarlığının rəmzi olduğu bildirilir: “Bu tarixi gün xalqımızın ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etmək, doğma torpaqlarına qayıtmaq uğrunda apardığı haqq mübarizəsinin şanlı nəticəsini təcəssüm etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində qazanılmış tarixi Zəfər ölkəmizin hərtərəfli inkişafı üçün yeni imkanlar açmış və tariximizin ən şanlı səhifələrindən birinə çevrilmişdir”.

Vurğulanıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə başlayan və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri ilə davam edən tarixi proseslər nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Bu Zəfər yalnız hərbi qələbə deyil, həm də beynəlxalq hüququn və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar günü qeyd edərkən torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.

“Zəfər nəticəsində yaranmış yeni reallıqlar şəraitində Azərbaycan gənclərinin üzərinə bu tarixi irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm məsuliyyət düşür. Vətən müharibəsi dövründə Azərbaycan gənclərinin nümayiş etdirdiyi birlik, fədakarlıq və vətənpərvərlik ruhu Vətənə xidmət yolunda yeni nailiyyətlərin əldə olunması üçün möhkəm təməl təşkil edir. Biz gənclər və könüllü təşkilatları olaraq inanırıq ki, savadlı, məsuliyyətli və yaradıcı gənc nəsil ölkəmizin gələcək inkişafında mühüm rol oynamağa davam edəcəkdir. Bu baxımdan, Böyük Qayıdış prosesi çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafında gənclərin təşəbbüskarlığı, innovativ yanaşmaları və bacarıqları ilə fəal iştirakı xüsusi əhəmiyyət daşıyır”, - deyə bəyanatda qeyd olunub.

Eyni zamanda, qazanılmış Zəfərin regionda davamlı sülhün, qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülən və beynəlxalq hüququn prinsiplərinə əsaslanan Azərbaycanın sülh gündəliyinin həyata keçirilməsi Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gəncləri bu sülh gündəliyinin həyata keçirilməsinə öz töhfələrini verməyə hazırdırlar.

Bəyanatın sonunda vurğulanıb ki, Azərbaycan gənclər və könüllü təşkilatlarının nümayəndələri üçün Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında daşıdıqları məsuliyyətdir. “Bu məsuliyyətə sadiq qalaraq Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin qorunması naminə səylərimizi birləşdirməyə davam edəcəyik”, - deyə diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib  

18:13
09 Noyabr

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib  

17:58
09 Noyabr

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”  

17:58
09 Noyabr

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır 

17:38
09 Noyabr

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

17:08
09 Noyabr

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat  

16:51
09 Noyabr

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib  

16:48
09 Noyabr

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir  

16:38
09 Noyabr

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var

16:29
09 Noyabr

Şuşadan dünyaya sarsılmaz müttəfiqlik və əbədi qardaşlıq mesajı

16:20
09 Noyabr

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb  

16:11
09 Noyabr

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir  

15:28
09 Noyabr

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

15:18
09 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək

15:17
09 Noyabr

Bayrağımız daim zirvələrdə olacaq

14:57
09 Noyabr

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

14:39
09 Noyabr

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb

14:03
09 Noyabr

Üçrəngli bayrağımız hər zaman müstəqil Azərbaycanın səmasında dalğalanacaq

13:48
09 Noyabr

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

13:33
09 Noyabr

Azərbaycan üçün Zəfər həm də gələcəyin təhlükəsizlik təminatıdır

12:59
09 Noyabr

Dövlət Bayrağımız tarixi keçmişimizi və gələcəyə olan inamımızı ifadə edir

12:21
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!