09 Noyabr 2026 14:57
235
SİYASƏT
A- A+
Bayrağımız daim zirvələrdə olacaq

Bayrağımız daim zirvələrdə olacaq


“Azərbaycanın üçrəngli bayrağı müstəqil dövlətimizin rəmzidir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bu bayrağımız ilk dəfə dalğalandırılsa da, qısa müddət ərzində süqut etdi. Sonra bayrağımız Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 1990-cı ildə Naxçıvan Ali Məclisində əbədi qaldırıldı. Bundan bir müddət sonra isə bu bayraq dövlət bayrağı kimi Azərbaycan parlamentində təsdiq olundu”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycan dövlətini, onun bayrağını daim zirvələrə ucaldır. Dövlətimizin başçısının 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Prezident İlham Əliyev bayrağımız haqqında deyib: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Altı  ildir ki, müqəddəs bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır. Bu, hər bir vətəndaşımız üçün sonsuz qürur mənbəyidir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Azərbaycan Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Deputat bildirib ki, Azərbaycan dünya birliyinin layiqli üzvüdür və bayrağımız mötəbər beynəlxalq təşkilatların önündə, eləcə də, nüfuzlu tədbirlərdə zirvələrə qaldırılır. Biz, vətəndaş olaraq bununla qürur duyuruq.

Samir Vəliyev qeyd edib ki, Prezident İlham Əliyev daim Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır: “Bu gün bayrağımız Şuşada, Xankəndidə, Xocalıda, bir sözlə respublikamızın bütün ərazisində dalğalanır. Biz bundan böyük qürur və iftixar hissi keçiririk. Qalib Azərbaycanın üçrəngli bayrağı daim zirvələrdə olacaq!”.

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

15:18
09 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək

15:17
09 Noyabr

Bayrağımız daim zirvələrdə olacaq

14:57
09 Noyabr

Üçrəngli bayrağımız hər zaman müstəqil Azərbaycanın səmasında dalğalanacaq

13:48
09 Noyabr

Azərbaycan üçün Zəfər həm də gələcəyin təhlükəsizlik təminatıdır

12:59
09 Noyabr

Dövlət Bayrağımız tarixi keçmişimizi və gələcəyə olan inamımızı ifadə edir

12:21
09 Noyabr

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb  

11:55
09 Noyabr

Üçrəngli bayrağımız keçmişimizin yadigarı, bu günümüzün qüruru və gələcəyimizin əzəmətlə dalğalanan dövlətçilik rəmzidir  

11:49
09 Noyabr

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

11:47
09 Noyabr

Şuşa ağ örpəyə bürünüb

11:47
09 Noyabr

Dünya birjalarında qızıl və gümüş bahlaşıb

11:45
09 Noyabr

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

11:42
09 Noyabr

Nyu-Yorkda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

11:40
09 Noyabr

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub 

11:37
09 Noyabr

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb  

11:36
09 Noyabr

Birjalarda neft bahalaşıb

11:09
09 Noyabr

Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb  

11:01
09 Noyabr

ABŞ-ın Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib  

10:38
09 Noyabr

Üçrəngli bayrağımız dövlətçiliyimizin, milli kimliyimizin və müstəqilliyimizin rəmzidir  

09:54
09 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib  

09:00
09 Noyabr

Sülh bəyanatlarla deyil, real addımlarla qurulur

08:30
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!