09 Noyabr 2026 16:20
1295
SİYASƏT
A- A+
Şuşadan dünyaya sarsılmaz müttəfiqlik və əbədi qardaşlıq mesajı

Şuşadan dünyaya sarsılmaz müttəfiqlik və əbədi qardaşlıq mesajı


Azərbaycanın müasir dövlətçilik tarixi hərbi qələbələrlə yanaşı, strateji diplomatik uğurlar və sarsılmaz dostluq salnaməsi ilə zəngindir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Cənubi Qafqazın siyasi mənzərəsini kökündən dəyişməklə yanaşı, Bakı ilə Ankara arasındakı qardaşlıq tellərini ən yüksək  müttəfiqlik zirvəsinə qaldırdı. Bu baxımdan, iki ölkə liderinin hər bir görüşü regional təhlükəsizlik və inkişaf üçün yeni imkanlar açır. 

Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında bildirib ki, yaranan yeni strateji imkanların və sarsılmaz birliyin növbəti bariz təzahürü məhz Zəfər günündə Şuşada reallaşan tarixi görüş oldu: "Noyabrın 8-də Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. İki qardaş ölkə liderinin bu tarixi görüşü Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığını və Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqları bir daha bütün dünyaya nümayiş etdirdi. Zəfər Günündə Qarabağın tacı olan Şuşada səslənən bəyanatlar regionda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasında Azərbaycan-Türkiyə birliyinin müstəsna rolunu əks etdirir.Liderlərin səsləndirdiyi tarixi fikirlər iki qardaş dövlətin sınaqlardan keçmiş keçmişini, bu gün nümayiş etdirdiyi sarsılmaz həmrəyliyi və gələcəyə yönəlmiş birgə strateji hədəflərini dolğunluğu ilə əks etdirir. Mətbuata bəyanatında Prezident İlham Əliyev iki ölkə arasındakı qardaşlığın zamana sığmayan mahiyyətini vurğulayaraq deyib: “Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". Dövlətimizin başçısı bildirib ki, bu tarixi səfərin əsas nəticəsi məhz bu birlikdir və Azərbaycan-Türkiyə müttəfiqliyi əbədidir, sarsılmazdır. Bu sarsılmaz münasibətlər yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır, eyni zamanda, geniş bir coğrafiyada sülhün, sabitliyin və davamlı inkişafın əsas zəmanətçisi kimi çıxış edir". 

Deputat xatırladıb ki, dövlət başçısı Türkiyə-Azərbaycan birliyinin regional və qlobal əhəmiyyətinə xüsusi diqqət çəkərək qeyd edib ki, böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir. Bu, sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur. Ölkə rəhbəri əlavə edib ki, Türkiyə Prezidentinin sıx qrafikinə baxmayaraq, Zəfər Günündə Qarabağda olması bütün dünyaya bu yenilməz birliyi bir daha nümayiş etdirir.

Deputat diqqətə çatdırıb ki,  Şuşada səslənən bu tarixi mesajlar nifaq toxumu səpmək istəyən kənar qüvvələrə qarşı qətiyyətli bir xəbərdarlıq kimi dərin məna kəsb edir: "İki ölkə münasibətlərinə xələl gətirmək niyyətində olanlara aydın mövqe nümayiş etdirən Azərbaycan Prezidenti vurğulayıb: “İki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın" . Öz növbəsində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iki ölkə arasındakı qardaşlığın, eləcə də regionda yaranan yeni reallıqların strateji əhəmiyyətini xüsusi vurğulayıb.  Türkiyə dövlət başçısı 44 günlük Vətən müharibəsinin tarixi nəticələrinə toxunaraq bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda dinc və sabit yeni bir dönəmin qapısını açıb. Türkiyə Prezidenti önümüzdə duran əsas vəzifənin döyüş meydanında qazanılan zəfəri qalıcı sülhlə taclandırmaq olduğunu diqqətə çatdıraraq bəyan edib: “Biz Azərbaycanın haqlı mübarizəsini sahibləndiyimiz kimi, bölgəmizdə qalıcı sülhün təsis olunmasına yönəlmiş səylərini də dəstəkləyirik. Qarabağda bərpa edilən hər bir tarixi miras Azərbaycan xalqının gələcəyə olan inamını göstərir. Bu yolda təcrübəmizi paylaşmağa davam edəcəyik”. Bu fikirlər bir daha təsdiqləyir ki, Türkiyə yalnız hərbi-siyasi müstəvidə deyil, həm də  Cənubi Qafqazda əbədi sülhün bərqərar olunmasında Azərbaycanın yanındadır".

 K.Bayramov bildirib ki, Şuşada səslənən bəyanatlar, eyni zamanda, bu tarixi qələbənin bütün Türk dünyasındakı dərin əks-sədasını və sarsılmaz qardaşlığın mənəvi köklərini bir daha nümayiş etdirdi. Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı qələbə bütün Türk dünyasında böyük sevinc doğurmaqda davam edir və bu, tarixi ədalətin bərpasının bariz göstəricisidir. Türkiyə Prezidenti iki ölkə arasındakı strateji və mənəvi bağların əhəmiyyətini xüsusi vurğulayaraq bildirib: " Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər zamanın sınağından keçib. Bu gün biz “Bir millət, iki dövlət” kəlamında təcəssüm olunan qəlblərin birliyindən danışırıq. Əlaqələrimiz ortaq keçmişimizdən güc alır. Qardaşlığımız dil, tarix və mədəniyyətin ümumiliyinin hüdudlarını çoxdan aşıb. Məhz buna görə bu gün Bakı ilə Ankaranın sevincini bir-birindən ayırmırıq”. Türkiyə dövlətinin başçısı qətiyyətlə əlavə edib ki, 2021-ci ilin iyununda imzalanan Şuşa Bəyannaməsində öz əksini tapan Ankara ilə Bakı arasındakı sarsılmaz qardaşlığı zəiflətməyə çalışanlar heç vaxt öz çirkin məqsədlərinə nail ola bilməyəcəklər.

K.Bayramov əlavə edib ki, Şuşada keçirilən birgə görüş Azərbaycan-Türkiyə qardaşlığının keçmişin sınaqlarından keçərək bu gün regional sülhün və inkişafın əsas sütununa çevrildiyini bir daha sübut edir: "İki ölkə liderinin nümayiş etdirdiyi birgə iradə Cənubi Qafqazda qazanılmış tarixi Zəfərin qalıcı sülhlə tarixə düşməsilə yanaşı, gələcək nəsillər üçün daha təhlükəsiz, sabit və çiçəklənən bir bölgə vəd edir. Xankəndidən ucalan dövlətçilik ruhu və Şuşadan verilən qardaşlıq mesajları əbədi müttəfiqliyimizin sarsılmaz zəmanətidir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ: Səfərdən qayıdan sürücülərə mühüm xəbərdarlıq!

12:31
10 Noyabr

COP31-in ikinci günü enerji və infrastruktura həsr olunub  

12:30
10 Noyabr

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerjinin payı 2035-ci ilədək 43 faizə çatdırılacaq  

12:29
10 Noyabr

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol Navrotskiyə  

12:09
10 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO

12:00
10 Noyabr

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

11:57
10 Noyabr

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib  

11:23
10 Noyabr

Vaşinqtonda Zəfər və Bayraq günləri təntənə ilə qeyd edilib VİDEO  

10:57
10 Noyabr

Şimali Koreya ən son torpedo silahını sınaqdan çıxarıb  

10:36
10 Noyabr

FT: Netanyahu Trampdan İrana qarşı hərbi əməliyyatları bərpa etməsini istəyir  

10:17
10 Noyabr

Zelenski: Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır  

10:13
10 Noyabr

Tramp: Əbu-Dabi danışıqlarında irəliləyiş mümkündür  

09:51
10 Noyabr

Rubio: ABŞ ideyalar irəli sürür, amma Ukrayna məsələsində uğura zəmanət verə bilməz  

09:27
10 Noyabr

İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb  

09:12
10 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib VİDEO 

19:31
09 Noyabr

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib  

18:57
09 Noyabr

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib  

18:13
09 Noyabr

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib  

17:58
09 Noyabr

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”  

17:58
09 Noyabr

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır 

17:38
09 Noyabr

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

17:08
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!