14 Avqust 2026 08:30
151
CƏMİYYƏT
A- A+
Zəfər davam edir

Zəfər davam edir


Bu dəfə quruculuq cəbhəsində 


Qarabağ və Şərqi Zəngəzur Ermənistan silahlı qüvvələrinin işğalından azad edildikdən, ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa olunduqdan sonra dağıdılmış şəhər və kəndlərin tikilməsi, infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması mühüm bir vəzifə kimi ölkəmizin qarşısında dayanırdı. 

Bütün bu quruculuq işləri Zəfərin davamı olacaqdı, zəfərdən sonra növbəti zəfərə gedən yollarımız başlayacaqdı. Xalqımız şəhər və kəndlərimizin bərpası və yenidən qurulması naminə İkinci Qarabağ müharibəsində necə fədakarlıq göstərib vuruşmuşdusa, quruculuq işlərində də o cür fəallıq və cəsarət göstərəcəkdi. 

Müharibədə qazanılmış Zəfərdən çox keçməmiş Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə start verildi. Yollar çəkilməyə, infrastrukturlar bərpa olunmağa, kəndlər, şəhərlər yenidən salınmağa başladı. İşğal dövründə ermənilər şəhər və kəndlərimizi darmadağın edərək viran qoymuşdular. Keçmiş köçkünlərin geri dönüb yaşamaları üçün  heç bir şərait yox idi. Şəhər və kəndlər yenidən tikilməliydi, yenidən qurulmalıydı. Əsaslı bərpa aparılmalıydı, müvafiq quruculuq tədbirləri görülməliydi. Rəşadətli ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən bir müddət sonra Prezident İlham Əliyev xalqa müraciətində demişdir: "Böyük Qayıdış başlayır, bütün bərpa işlərinə başlanılıb. Əminəm ki, biz düşməni cəmi 44 gündə öz torpaqlarımızdan qovduğumuz kimi, tarixi torpağımızı - Qarabağımızı da ən qısa müddətdə bərpa edəcəyik".

Ötən illər ərzində Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, şəhər və kəndlərin yenidən salınması, bərpa edilməsi, keçmiş köçkünlərin mərhələ-mərhələ doğma ocaqlarına qayıtması bir daha göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin dedikləri sadəcə bir vəd olmur. Dövlət başçısının rəhbərliyi altında işlənib hazırlanmış "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın qəbulundan sonra Qarabağ və Şərqi Zəngəzurda, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənməyə, şəhər və kəndlər yenidən tikilməyə, infrastruktur layihələri həyata keçirilməyə başlandı. Ərazidə aparılan quruculuq işlərində, şəhər və kəndlərin salınmasında böyük canlanma yarandı. Yaranan bu canlanma nəticəsində Qarabağa və Şərqi Zəngəzura həyat qayıtdı. Prezident İlham Əliyev deyir ki, əsas infrastruktur layihələrini, yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir: "Biz artıq orada 30-dan çox su-elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq".

Prezident İlham Əliyev şəxsi nüfuzundan istifadə edərək bir çox xarici dövlətləri Azərbaycanın işğaldan azad olunmuş şəhər və kəndlərinin tikinti və quruculuq işlərinə cəlb edir. Məhz dövlətimizin başçısının səyləri sayəsində Qarabağda bərpa və quruculuq işlərinin ilk günlərindən başlayaraq, Azərbaycan Türkiyə, İtaliya, Çin, Mərkəzi Asiya ölkələri ilə fəal əməkdaşlıq edir. Yolların, tunellərin, sənaye zonalarının tikintisinə iri xarici şirkətlər cəlb olunur. Qarabağın və Şərqi Zəngəzurun genişmiqyaslı yenidən qurulmasına başlandığı ilk gündən türk dövlətləri bu prosesə böyük töhfələr verirlər. 

Bu gün Azərbaycanın ürəyi, qəlbi Qarabağda və Şərqi Zəngəzurda döyünür. Erməni işğalından azad olmuş ərazilərin bərpası və yenidən qurulması  Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla və sürətlə davam edir. 


V.MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıdakı civəli termometr bərpa edilib

09:00
14 Avqust

Adına və andına sadiq qaldı

08:50
14 Avqust

Şəhidliyi ilə heç zaman enməyəcəyi yüksəkliklərə ucaldı

08:40
14 Avqust

Zəfər davam edir

08:30
14 Avqust

İqlim və insan amilləri qlobal ərzaq böhranına səbəb ola bilər

08:20
14 Avqust

Azərbaycan diplomatiyasının fəallığı Cənubi Qafqazda sülhə və əməkdaşlığa yeni təkan verir

08:10
14 Avqust

Azərbaycan-Pakistan strateji tərəfdaşlığı zamanın sınağından uğurla çıxıb 

08:00
14 Avqust

"İstilik təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:16
14 Avqust

Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb

20:20
13 Avqust

Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub

20:15
13 Avqust

Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlanıb

20:10
13 Avqust

Naxçıvanda həyata keçirilən işlər regionların inkişafı ilə bağlı vahid dövlət siyasətinin tərkib hissəsidir 

20:05
13 Avqust

Naxçıvanın tranzit imkanlarını artıran strateji layihə - Zəngəzur dəhlizi 

20:00
13 Avqust

Prezidentin səfəri Naxçıvanın inkişaf gündəliyində təhlükəsizlik, enerji və Orta Dəhlizi ön plana çıxarır 

19:55
13 Avqust

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəsi üzrə 4-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

19:50
13 Avqust

Siyasi şərhçi: Zəngəzur və Orta Dəhliz Naxçıvanın iqtisadi modelini dəyişəcək

19:45
13 Avqust

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

19:40
13 Avqust

Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş

19:35
13 Avqust

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

19:30
13 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib 

19:25
13 Avqust

Pərakəndə ticarət şəbəkəsində bir nəfər orta hesabla ayda 533,6 manatlıq məhsul alıb

19:20
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!