14 Avqust 2026 08:40
159
CƏMİYYƏT
A- A+
Şəhidliyi ilə heç zaman enməyəcəyi yüksəkliklərə ucaldı

Şəhidliyi ilə heç zaman enməyəcəyi yüksəkliklərə ucaldı


44 günlük Vətən müharibəsinin ilk günlərindən erməni qəsbkarlarına qarşı igidliklə vuruşanların sırasında əsgər Pərviz Natiq oğlu Novruzov da var idi. Onun xidmət etdiyi hərbi hissənin şəxsi heyəti düşməni əsasən Füzuli rayonu istiqamətindən geri sıxışdırırdı. 

Oktyabrın 2-si - müharibənin 7-ci günü idi. Pərvizin döyüşdüyü bölüyün zabit və əsgərləri düşmənin ön mövqelərini yararaq Füzuli və Xocavənd istiqamətində xeyli irəliləmişdi. İşğalçılar onları minaatan qurğulardan atəşə tutsalar da, əsgərlərimiz qorxu bilmədən düşməni sıxışdırmağa davam edirdilər. Lakin düşmən də asanlıqla geri çəkilmək istəmirdi. Belə vəziyyətdə Pərviz özünə daha əlverişli mövqe seçmək üçün irəli atılanda yağı gülləsinə tuş gəldi. 

Həkimlər onun həyatını xilas edə bilmədilər. Pərviz canından da çox sevdiyi Vətənin azadlığı uğrunda gedən döyüşlərdə şəhid oldu. Ömür yolu yarıda qırıldı, Şuşa, Xankəndi, Xocalı və başqa bölgələr uğrunda vuruşmaq istəyi ürəyində qaldı.  Pərvizin şəhid olması xəbəri zabit və əsgər yoldaşlarını da sarsıtdı. 

Həmin gün Pərvizgilin evinin qapısını onun şəhid olduğu barədə acı xəbər döydü. Atası Natiq, anası Afaq və doğmaları qəm dəryasına batdılar. Yaxınlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Pərviz Novruzov oktyabrın 3-də 19 il əvvəl  doğulduğu Kürdəmir rayonunun Ərəbxana kənd qəbiristanlığında torpağa tapşırıldı. İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə, Pərviz Natiq oğlu Novruzov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif olundu.

Pərviz 2002-ci ildə Kürdəmirin Ərəbxana kəndində dünyaya göz açmışdı. 2019-ci ildə orta təhsilini başa vurduqdan sonra Şamaxı Dövlət Regional Kollecinə qəbul olmuş, birinci kursun ilk yarısını bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmışdı.

Atası Natiq Novruzov oğlu haqqında göz yaşı içində danışdı. Dedi ki, Pərviz çox diribaş, gözüaçıq, hazırcavab uşaq idi: "Yaşadığı qısa ömründə heç vaxt eşitmədik ki, kiminləsə söz-söhbəti olsun. Onun balaca cüssəsində böyük hünər vardı. Tez-tez Qarabağ müharibəsindən söz açar, ermənilərin torpaqlarımızı işğal etməsindən ürəkağrısı ilə danışardı". 

Anası Afaq xanım isə deyir ki, oğlum elə bil şəhid olacağını əvvəlcədən bilirmiş: "Bizi də yavaş-yavaş buna alışdırmağa çalışırdı. Pərviz futbola da böyük maraq göstərirdi. Orta məktəbdə oxuyanda kəndlərarası  yarışlarda həvəslə iştirak edirdi. Onun həm də yaxşı rəqs etməyi var idi. O toy olmazdı ki, oynamasın. Oğlum ordu sıralarına 2020-ci ilin aprelində çağırılmışdı. Amma pandemiya ilə əlaqədar onu bir ay gec - mayın 7-də apardılar. Dəfələrlə ona təklif etdik ki, hərbi xidmətə kolleci bitirəndən sonra getsin. Qulaq asmadı, özünün fikirləşdiyi yolla getdi. Deyirdi ki, mənim üçün hər şeydən vacib əsgərlikdir". 

Şəhid anası sözünə davam edərək onu da dedi ki, avqustun 23-də yanına getmişdik: "Bu bizim onunla son görüşümüz oldu. Bir aydan sonra müharibə başladı. Pərviz hələ uşaqlıqdan Lələtəpəni görmək istəyirdi. Onun yanına gedəndə gördüm ki, xidmətdə olduğu hərbi hissə dağların arasındadır. Soruşdum ki, ay oğul, elə hey Lələtəpə, Lələtəpə deyirdin, deyəsən arzuna çatmısan. O təkcə Lələtəpə deyil, işğal altındakı torpaqlarımızın hamısının həsrətini çəkirdi, o yerlərin azadlığı uğrunda döyüşmək istəyirdi. Oğlum bu arzusuna da çatdı, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdi, Vətən uğrunda şəhid oldu". 


V.MƏMMƏDQULUOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıdakı civəli termometr bərpa edilib

09:00
14 Avqust

Adına və andına sadiq qaldı

08:50
14 Avqust

Şəhidliyi ilə heç zaman enməyəcəyi yüksəkliklərə ucaldı

08:40
14 Avqust

Zəfər davam edir

08:30
14 Avqust

İqlim və insan amilləri qlobal ərzaq böhranına səbəb ola bilər

08:20
14 Avqust

Azərbaycan diplomatiyasının fəallığı Cənubi Qafqazda sülhə və əməkdaşlığa yeni təkan verir

08:10
14 Avqust

Azərbaycan-Pakistan strateji tərəfdaşlığı zamanın sınağından uğurla çıxıb 

08:00
14 Avqust

"İstilik təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:16
14 Avqust

Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb

20:20
13 Avqust

Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub

20:15
13 Avqust

Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlanıb

20:10
13 Avqust

Naxçıvanda həyata keçirilən işlər regionların inkişafı ilə bağlı vahid dövlət siyasətinin tərkib hissəsidir 

20:05
13 Avqust

Naxçıvanın tranzit imkanlarını artıran strateji layihə - Zəngəzur dəhlizi 

20:00
13 Avqust

Prezidentin səfəri Naxçıvanın inkişaf gündəliyində təhlükəsizlik, enerji və Orta Dəhlizi ön plana çıxarır 

19:55
13 Avqust

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəsi üzrə 4-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

19:50
13 Avqust

Siyasi şərhçi: Zəngəzur və Orta Dəhliz Naxçıvanın iqtisadi modelini dəyişəcək

19:45
13 Avqust

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

19:40
13 Avqust

Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş

19:35
13 Avqust

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

19:30
13 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib 

19:25
13 Avqust

Pərakəndə ticarət şəbəkəsində bir nəfər orta hesabla ayda 533,6 manatlıq məhsul alıb

19:20
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!