13 Avqust 2026 14:50
140
SİYASƏT
A- A+
Naxçıvan Avrasiyanın yeni enerji və logistika mərkəzinə çevrilir

Naxçıvan Avrasiyanın yeni enerji və logistika mərkəzinə çevrilir


Cənubi Qafqaz regionu bu gün öz tarixinin ən böyük dəyişikliklər dövrünü yaşayır. Əlbəttə, bu böyük transformasiyanın təməlində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər dayanır. Döyüş meydanında əldə edilən şanlı qələbə hərbi uğurla yanaşı, diplomatik masada və iqtisadi müstəvidə yeni reallıqlar formalaşdırdı. Məhz bu geostrateji gedişlərin sayəsində “Prezident İlham Əliyev həm müharibəni, həm də sülhü qazandı" fikri öz əyani təsdiqini tapdı. Dövlətimizin başçısı sülh gündəliyini dəmir yolları, müasir logistika mərkəzləri və transmilli enerji layihələri vasitəsilə regional inkişafın əsas hərəkətverici qüvvəsinə çevirdi.

Uzun illər kənar kommunikasiyalardan təcrid olunmuş, ağır blokada şəraitində yaşamış Naxçıvan Muxtar Respublikası daim ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Müstəqilliyimizin ilk illərində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və xilaskarlıq missiyası Naxçıvanı məhv olmaqdan xilas etdi. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan sürətli inkişaf yolundadır. Muxtar respublika indi Cənubi Qafqazın ən mühüm geosiyasi məkanlarından birinə çevrilir. Naxçıvan regionun yeni nəqliyyat, logistika və enerji qovşağı kimi formalaşır.

Prezident İlham Əliyevin Naxçıvana reallaşan səfərləri sadəcə bir bölgənin sosial-iqtisadi tərəqqisi kimi qiymətləndirilə bilməz. Bu səfərlər, ümumilikdə, Azərbaycanın regional mövqeyinin güclənməsinə xidmət göstərir. Eyni zamanda, Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşması və Şərqlə Qərb arasında əlaqələrin genişlənməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Azərbaycanın nəqliyyat imkanlarının genişlənməsi, regionda bağlı qalmış kommunikasiyaların bərpası, Türkiyə və İranla strateji əlaqələrin dərinləşməsi və Ermənistanla sülh gündəliyi vahid bir konsepsiyanın tərkib hissəsidir.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat koridorlarının qovşağında yerləşən muxtar respublika gələcəkdə regionun ticarət mərkəzinə çevrilmək potensialına malikdir. Əvvəllər əsas yük axınları və ticarət marşrutları Gürcüstan üzərindən keçirdisə, indi böyük həcmlər Naxçıvana yönələcək. İran, Türkiyə və Ermənistanla həmsərhəd olan Naxçıvan təxminən 200 milyonluq böyük bir bazara birbaşa çıxış imkanı əldə edir. Tarixən Yaxın Şərqə gedən qədim karvan yolları müasir magistrallar şəklində yenidən Naxçıvandan keçəcək. Bu proses Mərkəzi Asiya ilə Avropanı birləşdirən və 15 milyon ton yükaşırma gücünə malik olan nəqliyyat dəhlizinin reallaşmasını təmin edəcək.

Bununla yanaşı, TRIPP layihəsinin reallaşdırılması regionda nəqliyyat kommunikasiyalarının genişlənməsinə böyük təkan verəcək. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat yolunun qurulması sadəcə Cənubi Qafqaz iqtisadiyyatına kifayətlənməyərək, bütövlükdə Avrasiya məkanında ticarət marşrutlarına müsbət təsir göstərəcək. Əlverişli coğrafi mövqeyi sayəsində Naxçıvan gələcəkdə yeni istehsal mərkəzlərinin qurulacağı strateji məkana çevriləcək. Buradan Mərkəzi Asiya və Azərbaycandan Türkiyəyə, oradan isə Avropaya uzanan böyük enerji xətləri keçəcək. 

Naxçıvanın dayanıqlı inkişafının və iqtisadi təhlükəsizliyinin strateji dayaqlarından biri məhz enerji təminatının şaxələndirilməsi və müasir enerji infrastrukturunun formalaşdırılmasıdır. Görülən məqsədyönlü tədbirlər nəticəsində Naxçıvan hazırda özünü tam təmin edən və potensial ixracatçıya çevrilən bir bölgə olub.

Dövlət proqramları çərçivəsində muxtar respublikada genişmiqyaslı işlər həyata keçirilib. Bu sahədə idarəetmənin və infrastrukturun rəqəmsallaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. “Naxçıvan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binası və Regional Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. Muxtar respublikanın enerji şəbəkəsini gücləndirən “Çeşməbasar”, “Qapalı tipli Naxçıvan” və “Babək” yarımstansiyalarının inşası tam başa çatdırılıb. “Yaşıl enerji” potensialının artırılması məqsədilə hazırda gücü 36 meqavat olan “Ordubad” və 15,6 meqavat gücündə “Tivi” su elektrik stansiyalarının, eləcə də “Çevirici” yarımstansiyalarının tikintisi uğurla davam etdirilir. Enerji istehsalının fasiləsizliyini təmin etmək üçün 2024-cü il 23 dekabr tarixində imzalanmış Sərəncamla muxtar respublikada yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər müəyyən edilib.

Bundan başqa, şəbəkənin modernləşdirilməsi məqsədilə 2025-ci il 5 avqust tarixində təsdiq olunmuş Sərəncamla paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpasına dair 2026-2030-cu illəri əhatə edən Tədbirlər Planı həyata keçirilir. Bu Tədbirlər Planı şəbəkədə itkilərin azaldılmasına, enerji təchizatının fasiləsizliyinin və keyfiyyətinin yüksəldilməsinə hesablanıb.

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin edilməsində və diversifikasiya olunmasında tarixi əhəmiyyət daşıyan mühüm layihələrdən biri İğdır-Naxçıvan təbii qaz boru kəməridir. 2025-ci il martın 5-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə istifadəyə verilən bu kəmər muxtar respublikanın qaz təchizatını şaxələndirərək etibarlı enerji təminatını daha da gücləndirib. Bu layihə Naxçıvanın xarici enerjidən asılılığını tamamilə aradan qaldırıb və bölgənin strateji dayanıqlılığını təmin edib.

Bununla da, diversifikasiya olunmuş təchizat (qaz+elektrik), bərpaolunan enerji mənbələrinin yüksək payı, modern infrastruktur və vahid idarəetmə sisteminə inteqrasiya Naxçıvanın enerji təhlükəsizliyini uzunmüddətli və dayanıqlı şəkildə təmin edir. Bu kompleks yanaşma daxili tələbatın tam təmin olunması ilə bərabər, Naxçıvanın regional enerji mərkəzinə çevrilməsi və Türkiyə vasitəsilə Avropa bazarlarına “yaşıl enerji” çıxarmaq imkanlarını genişləndirir.

Beləliklə, Naxçıvanda reallaşdırılan enerji və infrastruktur layihələri lokallaşdırılmış tədbirlər sırasından çıxaraq qlobal geoiqtisadi xarakter alıb. Prezident İlham Əliyevin müasir idarəetmə modeli və yönəldilən ardıcıl dövlət sərmayələri Naxçıvanı dinamik inkişaf edən bölgəyə çevirib. Naxçıvan bu gün Şərqlə Qərbi, Mərkəzi Asiya ilə Avropanı birləşdirən transmillli nəqliyyat və enerji dəhlizlərinin vacib qovşağı olacaq. Yaxın gələcəkdə reallaşacaq bərpaolunan enerji layihələri və yeni kommunikasiya xətləri Naxçıvanın adını Avrasiyanın ən mühüm “yaşıl enerji” mərkəzləri sırasına qızıl hərflərlə yazacaq.


Təhminə VERDİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Azərbaycanın gələcəyinin mühüm ünvanlarından biridir 

15:45
13 Avqust

Laçın sakinləri mina və partlamamış hərbi sursat təhlükəsi barədə məlumatlandırılıblar

15:40
13 Avqust

Dahi şair Nizami Gəncəvinin Marneulidəki büstü yenidən bərpa olunub

15:35
13 Avqust

Hörmüz boğazının bağlanmasına görə Almaniyanın nəhəng gəmiçilik şirkəti 600 milyon dollar itirib

15:30
13 Avqust

Zəngəzur dəhlizinin təşəbbüskarı Prezident İlham Əliyevdir

15:25
13 Avqust

Geostrateji yüksəliş və yenilməz hərbi qüdrət

15:20
13 Avqust

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni mərhələ başlayır

15:15
13 Avqust

MAQATE rəhbəri BMT strukturunun sadələşdirilməsini təklif edib

15:10
13 Avqust

UEFA Superkubokunu "PSJ" qazandı

15:05
13 Avqust

Zəngəzur dəhlizi ölkəmizin tranzit imkanlarına əlavə güc qatacaq

15:00
13 Avqust

Dövlət başçısının muxtar respublikaya səfəri regionun inkişaf istiqamətlərini müəyyənləşdirdi

14:55
13 Avqust

Naxçıvan Avrasiyanın yeni enerji və logistika mərkəzinə çevrilir

14:50
13 Avqust

Qlobal güclərin maraqları fonunda Azərbaycanın balanslaşdırılmış xarici siyasət modeli

14:45
13 Avqust

Naxçıvan enerji strategiyamızın vacib həlqəsi olacaq  

14:40
13 Avqust

Astronomlar “qara dəlik ulduzu” kəşf ediblər

14:35
13 Avqust

Dövlət Agentliyi: 101 çeşiddə qeyri-qida malında Azərbaycan dilində etiket məlumatlarının olmadığı aşkarlanıb

14:30
13 Avqust

Odessada sərnişin qatarına dron hücumu nəticəsində iki maşinist həlak olub

14:25
13 Avqust

İkinci rübdə Hörmüzdən daşınan neft və neft məhsullarının həcmi sutkada 4,9 milyon barelə enib

14:20
13 Avqust

Azərbaycan dilinin qorunması ilə bağlı məsuliyyət yalnız vikipediyanın üzərinə qoyulmamalıdır  

14:15
13 Avqust

Azərbaycan regionların inkişafını paytaxt mərkəzli iqtisadi modelin alternativi kimi formalaşdırmağa çalışır 

14:10
13 Avqust

“Avroviziya” müharibə edən ölkələr üçün qaydaları dəyişib

14:05
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!