10 Sentyabr 2026 19:25
1330
Təhsil
A- A+
Uşaqların kitaba marağı niyə azalır?

Uşaqların kitaba marağı niyə azalır?


Müasir informasiya mühitinin sürətli dəyişməsi uşaqların mütaliə vərdişlərinə ciddi təsir göstərir. Rəqəmsal texnologiyalar, mobil cihazlar, sosial media və süni intellekt informasiyanın qısa müddətdə əldə olunmasına imkan yaradır. Lakin sürətli informasiya qəbulu uzun mətnə diqqətin yönəldilməsi və oxunan materialın dərindən mənimsənilməsini çətinləşdirə bilər. Kitab oxumaq sadəcə informasiya əldə etmək deyil, mürəkkəb düşünmə prosesidir. Şagird mətnin məzmununu dərk edir, əsas ideyanı müəyyənləşdirir, hadisələr arasında əlaqə yaradır, obrazları təhlil edir və müstəqil nəticə çıxarır. Buna görə mütaliə tənqidi və yaradıcı düşüncənin, dil və nitq bacarıqlarının inkişafında mühüm vasitədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Təhsil Cəmiyyətinin üzvü Bəsti Allahverdiyeva deyib. “Azərbaycan dili və ədəbiyyat müəllimi kimi müşahidələrim göstərir ki, uşaqların mütaliədə əsas çətinliyi yalnız kitaba marağın azalması deyil, uzun mətn üzərində diqqəti saxlamaq və oxunanı analitik şəkildə mənalandırmaqdır. Halbuki müntəzəm mütaliə söz ehtiyatını zənginləşdirir, nitq mədəniyyətini və yazılı ifadə bacarığını inkişaf etdirir, ədəbi-estetik dünyagörüşünü formalaşdırır.

Süni intellekt bu proses üçün həm imkan, həm də məsuliyyət yaradır. Əsərin xülasəsini və izahını hazır şəkildə əldə etmək mümkündür, lakin bu, müstəqil mütaliəni əvəz etməməlidir. Süni intellekt şagirdin əvəzinə düşünməməli, onun düşünməsinə və mətni daha dərindən anlamasına xidmət etməlidir”, - deyə müsahibimiz bildirib.

B. Allahverdiyevanın sözlərinə görə, mütaliəyə marağın artırılmasında Azərbaycan dili və ədəbiyyat üzrə fakültətiv məşğələlərin sistemli təşkili xüsusi əhəmiyyət daşıyır. Bu məşğələlərdə dərslikdən kənar bədii, elmi və publisistik mətnlərin mütaliəsi, əsər və obraz təhlili, yaradıcı yazı, debat, təqdimat və tədqiqat tapşırıqları tətbiq edilə bilər. Azərbaycan dili üzrə söz ehtiyatı, nitq mədəniyyəti və mətn yaratma, ədəbiyyat üzrə isə müstəqil mütaliə, təhlil və yaradıcı düşünmə bacarıqları inkişaf etdirilə bilər.

Elektron kitab, audiokitab və rəqəmsal kitabxanalardan məqsədyönlü istifadə də mütaliəyə çıxışı genişləndirir. Əsas məqsəd ənənəvi və rəqəmsal oxunu qarşılaşdırmaq deyil, onları təhsilin məqsədlərinə uyğun şəkildə əlaqələndirməkdir.

Nəticə etibarilə, uşaqların kitab oxumasının çətinləşməsi kitabın dəyərinin azalması deyil, informasiya mühitinin dəyişməsi ilə bağlıdır. Bu reallıq məktəbdə mütaliə metodlarının yenilənməsini zəruri edir.

Müasir təhsilin məqsədi yalnız oxuyan deyil, oxuduğunu anlayan, təhlil edən, müstəqil düşünən və fikrini Azərbaycan dilinin zəngin imkanları ilə düzgün ifadə edən şəxsiyyət yetişdirməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sülhün səsi ədalətdir

19:53
09 Oktyabr

Qaraciyər piylənməsinə qarşı təbii vasitə aşkar edilib

19:46
09 Oktyabr

Şərqi Avropanın ən qədim Aşel dövrü daş alətləri Rusiyada aşkar edilib  

19:31
09 Oktyabr

Azərbaycanın “yaşıl enerji” layihələrinə 1,1 milyon dollarlıq dəstək

19:23
09 Oktyabr

Masallı şəhərində Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anılıb  

19:13
09 Oktyabr

Şəhid komandir

19:06
09 Oktyabr

Süni intellekt detektoru təqdim edilib

18:45
09 Oktyabr

Masallı şəhər 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

18:33
09 Oktyabr

Sumqayıtın təmizliyi vacib şərtdir  

18:28
09 Oktyabr

Azərbaycanın tranzit yolunda canlanma: Astarada yük axını sürətlənir

18:22
09 Oktyabr

Skandinaviyada qədim evlərdə insan qalıqları və zorakılıq izləri aşkarlanıb  

18:15
09 Oktyabr

Britaniya dənizçilərinin qeyri-adi müdafiə üsulu - nüvə sualtı qayıqlarına qarşı yanğınsöndürmə şlanqları

17:52
09 Oktyabr

Vətən müharibəsi şəhidi Alışanlı Amalın xatirəsi anılıb

17:36
09 Oktyabr

Bakıda qatarların yolu insanlarla doludur

17:21
09 Oktyabr

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik  

17:13
09 Oktyabr

Astaranın Dəstor kəndində səyyar qəbul və görüş  

17:12
09 Oktyabr

 Gəncədə voleybol festivalı keçirilmişdir

17:09
09 Oktyabr

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

16:59
09 Oktyabr

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!