02 Dekabr 2025 18:16
316
SİYASƏT
A- A+
XİN-də “Diplomatiya könüllüləri” qrupunun könüllüləri ilə ilkin tanışlıq görüşü olub  

XİN-də “Diplomatiya könüllüləri” qrupunun könüllüləri ilə ilkin tanışlıq görüşü olub  


Dekabrın 2-də Xarici İşlər Nazirliyinin (XİN) inzibati binasında 2025-2026-cı illər üzrə “Diplomatiya könüllüləri” qrupuna qəbul olunmuş könüllülərlə ilkin tanışlıq görüşü keçirilib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə XİN-in Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə və Kadrlar idarəsinin rəisi Raman Məmmədov çıxış edib.

Görüş zamanı könüllülərə XİN-in iş fəaliyyəti, strukturu, nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” qrupunun fəaliyyəti, proqramın məzmunu barədə ətraflı məlumat verilib.

Prezident İlham Əliyevin dövlət qurumlarının fəaliyyətinə könüllülərin cəlb olunması tapşırığını rəhbər tutaraq, 2019-cu il iyunun 1-də Xarici İşlər Nazirliyi nəzdində beynəlxalq münasibətlər və digər əlaqəli sahələr üzrə təhsil alan tələbələr, o cümlədən məzunlardan ibarət “Diplomatiya könüllüləri” qrupunun təsis edildiyi diqqətə çatdırılıb. Qrupun əsasının qoyulmasından etibarən 300 nəfərin artıq könüllü proqramından məzun olduğu bildirilib.

Cari ilin avqust ayında diplomatiya könüllüləri sıralarına elan olunmuş qəbul prosesi nəticəsində nazirliyin rəsmi veb-saytında yaradılmış elektron sistem vasitəsilə 1000-dən artıq namizədin üzvlük üçün qeydiyyatdan keçdiyi (ötən il təqribən 400 nəfər müraciət edib), müəyyən olunmuş tələblərə uyğun namizədlərlə onlayn müsahibə mərhələsinin nəticələrinə əsasən isə 95 nəfər namizədin diplomatiya könüllüləri sıralarına cəlb olunduğu qeyd edilib.

Altıaylıq könüllülük proqramı çərçivəsində könüllü sıralarına cəlb olunmuş gənclərin XİN-in strukturu ilə tanışlığının təmin edilməsi, onlara iş prosesində lazım ola biləcək məlumatların verilməsi, habelə fəaliyyətlərində praktiki bacarıqların aşılanması məqsədilə Xarici İşlər Nazirliyinin struktur bölmələrində təcrübəyə, habelə təcrübə çərçivəsində müxtəlif mövzular üzrə təlimlərə, o cümlədən bir sıra dövlət qurumları və işğaldan azad olunmuş ərazilərə səfərlərə cəlb olunmasının nəzərdə tutulduğu qeyd edilib.

Təşkil olunacaq proqramın əsas məqsədinin könüllülərin postmünaqişə dövründə xarici siyasət prioritetlərimiz, ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətlərinin dinamikası, regional və beynəlxalq təşəbbüslər, müdafiə, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, iqlim dəyişikliyi ilə mübarizə, parlament diplomatiyası və s. istiqamətlər üzrə həyata keçirilən tədbirlər, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə diplomat olmaq istəyən gənclər üçün vacib bilik və bacarıqlar kimi istiqamətlərdə məlumatlılığının artırılması olduğu diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin Sədri Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib

08:05
05 Dekabr

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ABŞ-da bayraqlar yarıya qədər endirilib  

21:05
04 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb  

21:03
04 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:57
04 Dekabr

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

20:56
04 Dekabr

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb  

20:54
04 Dekabr

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

20:53
04 Dekabr

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

20:51
04 Dekabr

Rumın ekspert: Rusiyanın hibrid taktikası Qərbi çətin duruma yönəldir  

20:50
04 Dekabr

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib VİDEO  

20:47
04 Dekabr

Azərbaycan və Şimali Kipr arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq müzakirə olunub  

18:51
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!