01 İyul 2026 08:40
133
İQTİSADİYYAT
A- A+
Xatınlı kəndi: dünənlə bu günün görüş yeri

Xatınlı kəndi: dünənlə bu günün görüş yeri


Sovetlər  dönəmində  kəndimiz  dörd  para  kəndi birləşdirən bir  sovetlik  idi. Tovuz  rayonunun  Xatınlı  sovetliyi  adlanırdı. 10  mindən  çox  əhalisi, böyük  təsərrüfatı var  idi. Bolqar bolşeviki Kirovun adını daşıyan sovxoz rayonda  o  dönəmin  ən varlı təsərrüfatı sayılırdı. 

Sovxoz üzümçülüklə  məşğul idi. İldə dövlətə  on minlərlə ton  üzüm məhsulu  verirdi. Ucu-bucağı  görünməyən üzüm plantasiyalarında çalışan  fəhlələr  ayda minimum 100-120 manat  maaş alırdılar. Bu  da  kəndlinin  dolanışığı  üçün  yetərli  olurdu. Həyətyanı sahəsindən,  saxladığı  mal-qarasından,  toyuq-cücəsindən  gələn  gəliri  də  bunun üstünə əlavə  etsək,  deyə  bilərəm ki, xatınlılar yaşayışlarından  narazı  deyildilər. 

Sovet hökumətinin öz  qanunları var idi. Kəndlinin həddi nə idi bu qanunlardan, qaydalardan kənara bir addım atsın. Bütün fəsillərdə sovxozun fəhləsi  çöldə olurdu, üzümlüklərin becərilərək yüksək məhsul verməsi üçün çalışırdı. Kənd demək olar ki, böyüklüyü ilə nəinki rayonun, hətta respublikanın digər rayonlarının  bir çox kəndindən fərqlənirdi. Buna  görə  də 80-ci illərin ikinci yarısında  Xatınlıya  dövlət  rəsmi  olaraq  qəsəbə adı vermişdi. 

Amma  Xatınlı bu adı çox daşıya bilmədi.  Xatınlı sovetliyi  dağıldı, hər  kənd  ayrılıqda  "müstəqilliyinə  qovuşdu". "Azadlığa" çıxmış Xatınlı, Qaraxanlı, Qədirli  və Cilovdarlı  kəndlərinin özünün  ayrıca idarəetmə strukturları fəaliyyətə başladı. Halbuki  bu  kəndləri  bir-birindən  ayıran geniş  bir məsafə  belə  yoxdu.  Küçənin bir  tərəfi bu kəndin, digər tərəfi isə o biri kəndin ərazisinə düşür...

Tarixin sərt sınaqları Xatınlının inkişaf yolunu müəyyən müddət ləngitsə də, onun gələcəyə inamını sarsıda bilmədi. Bu torpağın zəhmətkeş insanları dəyişən dövrlərin çətinliklərini arxada qoyaraq kəndin yenidən dirçəlməsi və müasirləşməsi üçün var gücləri ilə çalışdılar. Xatınlı kəndinin iqtisadi həyatında kənd təsərrüfatı mühüm yer tutur. Əkinçilik və heyvandarlıqla məşğul olan sakinlər zəhmətsevərlikləri ilə seçilir, məhsuldar fəaliyyətləri nəticəsində həm ailələrinin rifahını təmin edir, həm də rayonun iqtisadi inkişafına öz töhfələrini verirlər. Torpağa bağlılıq və halal əmək kənd sakinlərinin əsas həyat prinsiplərindən biridir.

Kənddə aparılan abadlıq və quruculuq işləri onun simasını əhəmiyyətli dərəcədə dəyişib. Müasir yolların salınması, infrastrukturun yenilənməsi, sosial obyektlərin yaradılması sakinlərin rahat yaşayışına xidmət edir. Bu yeniliklər kəndin inkişafına yeni nəfəs gətirib, əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Xatınlı kəndinin sakinləri öz zəhmətkeşliyi ilə tanınırlar. Kənd təsərrüfatı, əkinçilik və heyvandarlıq burada yaşayan insanların əsas məşğuliyyət sahələrindəndir. Torpağa bağlılıq, halal zəhmət və işgüzarlıq kənd əhalisinin həyat tərzinin ayrılmaz hissəsidir. Hər bir ailə öz əməyinin bəhrəsini görərək kəndin iqtisadi inkişafına töhfə verir. 

Kənddə həyata keçirilən abadlıq və quruculuq işləri ilə yanaşı, aqrar sahənin inkişafı da regionların sosial-iqtisadi yüksəlişində mühüm rol oynayır və bu baxımdan dövlət tərəfindən məqsədyönlü tədbirlər xüsusi əhəmiyyət daşıyır. Burada abadlıq və quruculuq işlərinin yaratdığı sosial-iqtisadi dinamika aqrar sahənin inkişafı ilə sıx şəkildə bağlıdır və bu istiqamətdə dövlət siyasəti kənd təsərrüfatının dayanıqlı inkişafına yeni imkanlar açır. Məlumdur ki, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və aqrar sahədə rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"  da məhz bu hədəflərə uyğun olaraq məhsuldarlığın artırılmasını əsas məqsəd kimi müəyyənləşdirir. Bu dövlət proqramının hədəfləri Xatınlı kəndində də özünü aydın göstərir. Kənd təsərrüfatı ilə məşğul olan sakinlər üçün yaradılan yeni imkanlar, xüsusilə müasir aqrar texnologiyaların tətbiqi və təsərrüfatçılıqda innovativ yanaşmaların genişlənməsi Xatınlıda istehsalın səmərəliliyini artırır. Eyni zamanda kənd əhalisinin əsas məşğulluq sahələrindən olan əkinçilik və heyvandarlıqda məhsuldarlığın yüksəldilməsi istiqamətində görülən işlər yerli fermerlərin fəaliyyətinə yeni stimul verir. Bu proseslər Xatınlının aqrar potensialının  bir qədər də güclənməsinə, kənd əhalisinin rifahının yüksəlməsinə və bölgənin ümumi inkişaf dinamikasına müsbət təsir göstərir.

***

Tovuz  sərhəd  rayonu  olsa da,  kəndimiz arzuedilməz qonşulardan xeyli  uzaqda  yerləşir. Burada  yer-göy  od  tutub  yanmasa  da,  Birinci Qarabağ  müharibəsinin qızğın  vaxtlarında bəzən uzaqdan  atılan topların  mərmisi kəndə düşüb, torpaq  "qrad yağışında  islanıb". Amma kənd  bütövlükdə  müharibə ocağına  çevrilməyib. Kəndin oğlanları isə sərhəddə  keşik  çəkib, Qarabağda  döyüşüb şəhid  olublar.  4 günlük Tovuz döyüşlərinin və 44 günlük Vətən müharibəsinin də şəhidi və qazisi var kəndimizdə. Vətən Müharibəsi Qəhrəmanı Yaşar Əhmədov Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin  giziridir. Murov döyüşlərində, həmçinin Cəbrayıl, Hadrut və Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə fərqlənib. Bu qəhrəman oğulla kənddə hər kəs fəxr edir, qürur duyur. Elə  ev var  ki, divarından dörd şəhid şəkli asılıb. Bu, Kərimovlar ailəsinin ocağıdır: baba, oğul, nəvə və nəticə. Baba  1941-1945-ci il müharibəsinin qurbanı,  oğul  Birinci  Qarabağ döyüşlərinin, nəvə atəşkəs dövrünün, nəticə isə 44 günlük Vətən müharibəsinin şəhididir.  Dörd  şəhid bir  ailənin and  yerinə  çevrilib.

Mənim kəndim  müharibə  görməyib, amma Xatınlı 30 ilə yaxın döyüşüb. Zaman  bu  insanların ruhunu  alıb, dövran  qəlblərini sındırıb, çox arzularını  çilik-çilik  edib,  sanki qaranlıq  küncə sıxışdırmışdı. O illərdə həyat da sanki bu mübarizənin qalibi olmuş, xatınlıların çiyinlərinə ağır yük qoyaraq onları davamlı sınağa çəkmişdi. Analar oğullarını itirmişdilər: kimi müharibədə, kimi çörək dalınca getdiyi yad ellərdə, kimi də Rusiyanın uzaq şəhərlərində. Ağsaqqallar Rusiyanı bataqlığa bənzədirdilər, "oğullarımız bu bataqlıqdan çıxa bilmirlər" deyə gileylənərdilər. Cavan gəlinlər illərlə yol gözləyib, uşaqlar atalarının səsini eşitmədən, nəfəsini duymadan böyüyüblər. Türkiyəyə və Avropanın müxtəlif guşələrinə üz tutanların taleyi də bu ayrılıq hekayəsinə qarışdıqca kəndin yaşadığı nisgil daha qabarıq hiss olunurdu. 

Amma bu gün Xatınlı artıq o köhnə Xatınlı deyil. Həsrətin yerini ümid, yorğun baxışların yerini gələcəyə inam əvəz edib. Kəndin küçələrində yenidən həyatın nəfəsi duyulur, uşaqların səsi eşidilir, insanların sabaha inamı hiss olunur. Zaman vaxtilə bu kənddən aldıqlarını geri qaytarmağa başlayıb. Xatınlı yenidən yaşayır, yenidən qurulur və yenidən öz insanlarının qürur mənbəyinə çevrilir.

Bakı-Tbilisi-Ceyhan neft kəməri Xatınlının ərazisindən keçir. 2009-cu ildə BP şirkəti kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədilə Xatınlıya 226.000 dollar dəyərində qrant ayırmışdı. Pay torpaqlarının ərazisindən boru kəməri keçən kənd sakinlərinə həmin vəsaitdən müəyyən məbləğ ödənilmişdi. Əhali qısa müddət ərzində bu pullar hesabına zəruri ehtiyaclarını qismən də olsa qarşılamışdı. Lakin sonradan bu proses kənd həyatında gözlənilən davamlı inkişafı təmin etməmiş, əksinə, müəyyən sosial asılılıq hissinin formalaşmasına da yol açmışdı. Bəlkə də elə bu səbəbdən kəndlilər bir müddət özlərinə ayrılmış torpaqları əvvəlki kimi becərməmişdilər. Əslində isə kəndlini qınamaq da asan deyildi. Bunun müxtəlif səbəbləri var idi. Əkinçilik və becərmə xərclərinin yüksək olması torpaqlardan səmərəli istifadəni çətinləşdirirdi. Sovet dövründə kimyəvi dərmanlarla zəhərlənən torpaqların bərpası kəndlilər üçün əlavə xərc tələb edirdi. Xatınlının torpaqları susuzluqdan çat-çat olmuş, uzun müddət boş qalan sahələrdə alaq otları və yabanı bitkilər kök atmışdı. Suvarma suyu bu kənddən demək olar ki, çəkilmişdi. Rayonun keçmiş rəhbərliyinin bu məsələyə laqeyd yanaşması isə vəziyyəti daha da ağırlaşdırmışdı.

Amma bu gün kəndin mənzərəsi xeyli dəyişib. Kəndə su xətti çəkilib, küçələrdə su kranları quraşdırılıb. Demək olar ki, hər ev  su ilə təmin olunub. Həmin suyun içməyə yararlılığı tam təmin olunmasa da,  əsasən əkinçilik və təsərrüfat işlərində sakinlərin böyük ehtiyacını qarşılayır. Üstəlik  arxlarda  əvvəlki illərlə müqayisədə daha bol su axını müşahidə olunur. Bu isə torpaqların canlanmasına, əkin sahələrinin daha səmərəli istifadə olunmasına şərait yaradır. Uzun illər su qıtlığından əziyyət çəkən kənd üçün bu dəyişikliklər yeni ümidlər və kənd təsərrüfatında canlanma deməkdir. Sovetlər dönəmindəki geniş üzüm plantasiyaları artıq əvvəlki kimi mövcud deyil. Yüzlərlə hektarı əhatə edən həmin üzümlüklərin yerində bu gün "Təzə məhlə" adlanan yaşayış massivi formalaşıb. Burada əsasən gənc ailələr məskunlaşıb, yeni həyat qurub və kəndin demoqrafik mənzərəsinə canlılıq gətiriblər.

Keçmişdə inşa edilmiş birmərtəbəli evlərin yanında bu gün çoxsaylı iki mərtəbəli müasir evlər yüksəlir. Həmin evlər yalnız xarici görünüşü ilə deyil, daxili şəraiti ilə də diqqət çəkir. Ən müasir məişət texnikası və avadanlıqlar kənd həyatına rahatlıq və komfort gətirib. Kompüter texnologiyalarının və internetin inkişafı kənd həyatında da öz təsirini göstərib. Bu gün Xatınlıda uşaqdan böyüyə qədər hər kəs informasiya texnologiyalarından istifadə edir, internetsiz həyatı isə artıq təsəvvür etmək çətinləşib. Eyni zamanda kənddə elektrik enerjisi və təbii qaz təminatı da sabit şəkildə fəaliyyət göstərir ki, bu da əhalinin gündəlik yaşayışını daha da asanlaşdırır.

İndi Xatınlı keçmişin ağrılarını arxada qoyaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Zamanın sərt sınaqlarından keçən bu kənd  həm tarixi yaddaşını qoruyur, həm də müasir həyatın tələblərinə uyğun şəkildə yenilənir. İnsanların üzündə ümid və sabaha inam, həyatında isə sabitlik hiss olunur. Xatınlı  zəhmətin və dirçəlişin simvoluna çevrilib. Burada keçmiş unudulmur, amma gələcək daha böyük inamla qurulur. Bu torpaq öz insanları ilə birlikdə yaşayır, inkişaf edir və gələcəyə doğru inamla addımlayır.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

O taylı-bu taylı Azərbaycanın şairi

09:00
01 İyul

Atası onu həkim, anası isə hüquqşünas görmək istəyirdi

08:55
01 İyul

Samux taxılçıları daha çox məhsuldarlığa fikir verirlər

08:50
01 İyul

Ağstafada meyvə istehsalı ilə məşğul olan şirkətin sorağı uzaq ölkələrdən gəlir

08:45
01 İyul

Xatınlı kəndi: dünənlə bu günün görüş yeri

08:40
01 İyul

Ankarada Azərbaycanın dayanıqlı kənd təsərrüfatı imkanları təqdim edilib

08:35
01 İyul

Avropa İttifaqı Azərbaycanın regiondakı strateji rolunu qəbul edir

08:30
01 İyul

"Azərbaycan Korsika məsələsinin beynəlxalq gündəmdə yer almasına mühüm töhfə verdi"

08:25
01 İyul

Azərbaycanın islam dünyasında artan rolu və genişlənən missiyası

08:20
01 İyul

ADA Universitetində 9-cu Beynəlxalq Təhsil Konfransı təşkil edilib 

08:15
01 İyul

Rəqəmsal transformasiya siyasi partiyaların da qarşısında yeni vəzifələr müəyyən edir

08:10
01 İyul

2025-ci ilin dövlət büdcəsi strateji inkişaf prioritetlərinə uyğun icra edilib

08:05
01 İyul

Sabitlik inkişafın əsas ilkin şərtlərindəndir

08:00
01 İyul

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

02:08
01 İyul

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

02:07
01 İyul

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında

02:06
01 İyul

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" 2001-ci il 30 iyun tarixli 518 nömrəli, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında Əsasnamənin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin təsvirinin təsdiq edilməsi barədə" 2002-ci il 11 mart tarixli 676 nömrəli, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2009-cu il 22 may tarixli 96 nömrəli və "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 303-VIIQ nömrəli Qanununun tətbiqi barədə" 2025-ci il 25 dekabr tarixli 558 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

02:05
01 İyul

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:02
01 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında

02:01
01 İyul

Bakı Slavyan Universitetində “Məzun günü” təntənəli şəkildə qeyd olunub

23:58
30 İyun

Dünya çempionatı: Norveç millisi tarixində ilk dəfə 1/8 finala yüksəlib  

23:01
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!