01 İyul 2026 08:45
158
İQTİSADİYYAT
A- A+
Ağstafada meyvə istehsalı ilə məşğul olan şirkətin sorağı uzaq ölkələrdən gəlir

Ağstafada meyvə istehsalı ilə məşğul olan şirkətin sorağı uzaq ölkələrdən gəlir


"KUR FRUİT COMPANY"-nin növbəti layihəsi emal müəssisəsi yaratmaqdır


Azərbaycan tarixən meyvəçilik diyarı kimi tanınıb. Meyvələrimizin sorağı indinin özündə də yaxın və uzaq ölkələrdən gəlir. 

Son illər bu gəlirli sahənin inkişafı istiqamətində Ağstafada da bir sıra tədbirlər həyata keçirilmişdir. Dövlətin aqrar sektora göstərdiyi diqqət və dəstəkdən faydalanan sahibkarlar yeni meyvə bağları salmış, köhnələrinin sahəsini genişləndirmişlər.    

Ağstafa Aqrar İnkişaf Mərkəzinin direktoru Ramiz İmanovla söhbətimiz elə bu istiqamətdə oldu. Çeyrançöldə yaradılmış "KUR FRUİT COMPANY" şirkətində görülən işlərdən, orada salınan meyvə bağlarında əldə olunan nailiyyətlərdən danışdıq və məsləhət görüldü ki, bütün bunları gözlə görmək lazımdır.

Həqiqətən, təsərrüfatda olarkən insan əllərinin nələrə qadir olduğunun şahidi olduq. Hər tərəf yaşıllığa bürünmüşdü. Ağacların ustundəki yetişmiş müxtəlif meyvələrin ətri ətrafa yayılmışdı.

Bizi Ramiz Nuriyev qarşıladı. Biləndə ki o, şirkətin rəhbəridir, gözlərimizə inanmadıq - sıravi işçilərdən qətiyyən seçilmirdi. Təəccübümüzü görüb gülümsədi: "Mən adi geyimdə olmasam,  işçilərə qoşulub çalışmasam, ürəyimə yatmır. Hətta yeməyi də birlikdə yeyirik".  

Bağı gəzdik. Ramiz Nuriyev dedi ki, 160 hektar bağ salmaq o qədər də asan deyil: "Buralar Ceyrançöl ərazisi olduğundan hər tərəf quru düzənlik idi. Necə deyərlər, ilan mələşən yerlər idi. Ancaq ataların bir misalı var: niyyətin hara, mənzilin ora. 7 il əvvəl  qolumuzu çırmalayıb işə girişdik. Ərazini kol-kosdan təmizlədik, su çəkdik, damcı üsulu ilə suvarma yaratdıq, ən yaxşı meyvə ağacları gətirdik. Sonra intensiv və superintensiv bağ salmağa başladıq. Neçə il onlara qulluq etdik. Nəhayət, ağaclar bar verdi. Bir neçə il ərzində ərazidə müxtəlif meyvələrin istehsalına nail olduq. İndi 11 adda meyvə yetişdiririk. Məhsullarımızı daxili bazarla yanaşı, xarici ölkələrə, xüsusən Rusiya və Qazaxıstana da ixrac edirik".

Şirkətdə çoxlu sayda mütəxəssis çalışır. Onlar tez-tez xarici mütəxəssislərdən məsləhətlər alır, özlərinin bilik və bacarıqlarını artırırlar. Hər il Çilidən, İspaniyadan, İtaliyadan və Estoniyadan dəvət olunmuş mütəxəssislər yerli kadrlarla təcrübə mübadiləsi aparırlar. 

Söhbət zamanı öyrəndik ki, mövsüm vaxtı burada 500-600 adam çalışır. Onlar əsasən yaxın kəndlərin sakinləridir. Daimi işçilərin sayı isə 150 nəfərdir. 7 ildir ki,  Poylu, Qıraq Kəsəmən, Saloğlu kəndlərinin sakinləri öz ailələrini bu təsərrüfatdan aldıqları əməkhaqqı ilə dolandıırırlar.

Şirkət texnika ilə də tam təmin olunmuşdur. Hazırda maşın parkında 20-yə yaxın texnika var və hamısı da yenidir. 

Təsərrüfatda hər il 100 hektara yaxın sahədə taxıl da əkilir. Bu il də həmin ərazilərdə bol məhsul yetişmişdir. Keçən il hər hektardan 45 sentner məhsul götürülüb. Bu il həmin rəqəmin 50 sentner olacağı gözlənilir. Yaxın günlərdə biçinə başlanacaq.

R.Mirzəyev onu da dedi ki, qarşıda duran məsələlərdən biri emal müəssisəsinin yaradılmasıdır. Təsərrüfat bu işdə dövlətin dəstəyinə güvənir. Sözsüz ki, dövlət təsərrüfatın bu layihəsinin də reallaşmasına kömək edəcək. 


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva Şəki şəhərindəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub  

10:19
01 İyul

Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub

09:56
01 İyul

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

09:46
01 İyul

Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib

09:41
01 İyul

DÇ-2026: Fransa millisi inamlı qələbə ilə 1/8 finala vəsiqə qazanıb

09:07
01 İyul

Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb

09:02
01 İyul

O taylı-bu taylı Azərbaycanın şairi

09:00
01 İyul

Atası onu həkim, anası isə hüquqşünas görmək istəyirdi

08:55
01 İyul

Samux taxılçıları daha çox məhsuldarlığa fikir verirlər

08:50
01 İyul

Ağstafada meyvə istehsalı ilə məşğul olan şirkətin sorağı uzaq ölkələrdən gəlir

08:45
01 İyul

Xatınlı kəndi: dünənlə bu günün görüş yeri

08:40
01 İyul

Ankarada Azərbaycanın dayanıqlı kənd təsərrüfatı imkanları təqdim edilib

08:35
01 İyul

Avropa İttifaqı Azərbaycanın regiondakı strateji rolunu qəbul edir

08:30
01 İyul

"Azərbaycan Korsika məsələsinin beynəlxalq gündəmdə yer almasına mühüm töhfə verdi"

08:25
01 İyul

Azərbaycanın islam dünyasında artan rolu və genişlənən missiyası

08:20
01 İyul

ADA Universitetində 9-cu Beynəlxalq Təhsil Konfransı təşkil edilib 

08:15
01 İyul

Rəqəmsal transformasiya siyasi partiyaların da qarşısında yeni vəzifələr müəyyən edir

08:10
01 İyul

2025-ci ilin dövlət büdcəsi strateji inkişaf prioritetlərinə uyğun icra edilib

08:05
01 İyul

Sabitlik inkişafın əsas ilkin şərtlərindəndir

08:00
01 İyul

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

02:08
01 İyul

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

02:07
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!