01 İyul 2026 08:50
152
İQTİSADİYYAT
A- A+
Samux taxılçıları daha çox məhsuldarlığa fikir verirlər

Samux taxılçıları daha çox məhsuldarlığa fikir verirlər


Samux rayonunda da torpaqlardan səmərəli istifadə edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, rayon üzrə taxıl əkini sahələri davamlı olaraq artırılır. 

Keçən il cəmi biçiləcək taxıl sahəsi 10822,4 hektar olduğu halda 2025-2026-cı ilin təsərrüfat mövsümündə bu göstərici 388,8 hektar artırılaraq 11211,2 hektara çatdırılmışdır. Onun 5304 hektarında buğda, 5907,2 hektarında arpa əkilmişdir. Hazırda arpa biçilir. Son məlumata görə, arpa sahələrinin 41 faizi, yəni 2 422 hektarı biçilmiş, 8883 ton məhsul tədarük edilmişdir.  

Bu il taxıl biçininə keçənilkindən çox texnika cəlb olunmuşdur. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün zəmilərə  26 ədəd kombayn çıxarılmışdır. 

Rayonda taxılçılıqla məşğul olan çoxlu sayda iri təsərrüfat var. Keçən il olduğu kimi, bu il də "Ata Agro" intensiv aqrotexniki qulluq nəticəsində ən yüksək göstəriciyə nail olur. Təsərrüfat bu il 65 hektar sahədən yüksək məhsul gözləyir. Əkinçilər 60 hektar buğda sahəsinin hər hektarından 60 sentner, arpa sahəsinin hər hektarından isə 55 sentner məhsul götürmək üçün çalışırlar.

Rayondakı "Agro Dairy" də böyük taxıl istehsalçısıdır. Bu il 2516 hektarda buğda, 340,1 hektarda arpa yetişdirən şirkət hər hektardan 57,1 sentner buğda, 44 sentner arpa götürməyi planlaşdırmışdır.

Bu nikbinlik onu deməyə əsas verir ki, rayon fermerləri bu il də taxılçılıqda yüksək göstəricilərə nail olacaqlar. 


S.YUNİSOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva Şəki şəhərindəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub  

10:19
01 İyul

Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub

09:56
01 İyul

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

09:46
01 İyul

Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib

09:41
01 İyul

DÇ-2026: Fransa millisi inamlı qələbə ilə 1/8 finala vəsiqə qazanıb

09:07
01 İyul

Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb

09:02
01 İyul

O taylı-bu taylı Azərbaycanın şairi

09:00
01 İyul

Atası onu həkim, anası isə hüquqşünas görmək istəyirdi

08:55
01 İyul

Samux taxılçıları daha çox məhsuldarlığa fikir verirlər

08:50
01 İyul

Ağstafada meyvə istehsalı ilə məşğul olan şirkətin sorağı uzaq ölkələrdən gəlir

08:45
01 İyul

Xatınlı kəndi: dünənlə bu günün görüş yeri

08:40
01 İyul

Ankarada Azərbaycanın dayanıqlı kənd təsərrüfatı imkanları təqdim edilib

08:35
01 İyul

Avropa İttifaqı Azərbaycanın regiondakı strateji rolunu qəbul edir

08:30
01 İyul

"Azərbaycan Korsika məsələsinin beynəlxalq gündəmdə yer almasına mühüm töhfə verdi"

08:25
01 İyul

Azərbaycanın islam dünyasında artan rolu və genişlənən missiyası

08:20
01 İyul

ADA Universitetində 9-cu Beynəlxalq Təhsil Konfransı təşkil edilib 

08:15
01 İyul

Rəqəmsal transformasiya siyasi partiyaların da qarşısında yeni vəzifələr müəyyən edir

08:10
01 İyul

2025-ci ilin dövlət büdcəsi strateji inkişaf prioritetlərinə uyğun icra edilib

08:05
01 İyul

Sabitlik inkişafın əsas ilkin şərtlərindəndir

08:00
01 İyul

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

02:08
01 İyul

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

02:07
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!