01 İyul 2026 02:06
1246
Qanunlar
A- A+
"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96, № 4 (I kitab), maddə 322, № 7, maddələr 606, 608; 2026, № 1, maddələr 8, 16, № 2, maddə 110; Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli, 3 mart tarixli 376-VIIQD nömrəli, 10 aprel tarixli 383-VIIQD nömrəli, 27 aprel tarixli 394-VIIQD nömrəli və 1 may tarixli 401-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1.65-ci maddə üzrə:

1.1.1. 5-1-ci hissə aşağıdakı redaksiyada verilsin:

"5-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş səlahiyyətli struktur bölmə (şəxs) attestasiyanın keçirilməsində birbaşa və ya dolayı yolla iştirak etməməlidir.";

1.1.2. "Qeyd" hissəsi ləğv edilsin;

1.2. 187-ci maddənin 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

"4. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə intizam tədbirlərinin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür.".

Maddə 2. "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 750 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 13.1-ci maddənin ikinci cümləsində "birbaşa rəhbərinə" sözləri "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş səlahiyyətli struktur bölməyə (şəxsə)" sözləri ilə əvəz edilsin;

2.2. 14-cü maddə üzrə:

2.2.1. 14.1-ci maddənin ikinci cümləsində "Qanunda" sözü "Azərbaycan Respublikasının Qanununda" sözləri ilə əvəz edilsin;

2.2.2. 14.2-ci maddədə "birbaşa rəhbərinin" sözləri "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş səlahiyyətli struktur bölmənin (şəxsin)" sözləri ilə əvəz edilsin;

2.2.3. 15.5-ci maddənin ikinci cümləsində "birbaşa və ya yuxarı rəhbərinə" sözləri "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş səlahiyyətli struktur bölməyə (şəxsə)" sözləri ilə əvəz edilsin.

Maddə 3. "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 683 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 11.1-ci maddənin ikinci cümləsində "birbaşa rəhbərinə" sözləri "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş səlahiyyətli struktur bölməyə (şəxsə)" sözləri ilə əvəz edilsin;

3.2. 12.2-ci maddədə "birbaşa rəhbərinin" sözləri "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş səlahiyyətli struktur bölmənin (şəxsin)" sözləri ilə əvəz edilsin;

3.3. 13.4-cü maddənin ikinci cümləsində "birbaşa və ya yuxarı rəhbərinə" sözləri "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş səlahiyyətli struktur bölməyə (şəxsə)" sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 5 iyun 2026-cı il 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib  

22:42
26 Avqust

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib  

22:03
26 Avqust

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

21:02
26 Avqust

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb  

20:38
26 Avqust

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq  

20:29
26 Avqust

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub 

20:23
26 Avqust

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən  

20:13
26 Avqust

Cəlilabad rayonunda zəlzələ baş verib

20:01
26 Avqust

Laçın – tarixi yaddaşdan yeni reallıqlara uzanan Zəfər yolu

19:53
26 Avqust

Laçında “Əmir Teymur” filmi nümayiş olunub  

19:42
26 Avqust

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib  

19:38
26 Avqust

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib  

19:23
26 Avqust

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən  

19:08
26 Avqust

“Bitcoin”in qiyməti 78 min dollara enib  

18:59
26 Avqust

Azərbaycan-Özbəkistan: iqtisadi imkanlar yeni perspektivlər vəd edir  

18:31
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
26 Avqust

Yeni ideyalara “yaşıl işıq”: daha 10 layihə “Startap” şəhadətnaməsi aldı

18:21
26 Avqust

Çində yeni texnoloji inqilab - kütləvi şəkildə robot istehsalı   

18:16
26 Avqust

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

18:11
26 Avqust

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!