20 Fevral 2026 08:15
470
SİYASƏT
A- A+
Vətənə və xalqa xidmət nümunəsi

Vətənə və xalqa xidmət nümunəsi


Müdriklərin söylədiyi kimi, hər bir insanın dəyəri onun can atdığı məqsədin aliliyi ilə ölçülür. Bu mənada Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva nəinki Azərbaycanda, dünyanın müxtəlif ölkələrində xeyirxahlıq tərənnümçüsü kimi tanınır. Biz Mehriban xanımın personasını dünyanın birinci xanımları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, xarici ölkə başçıları ilə rəsmi tədbirlərdə, milli mədəniyyətimizi, dəyərlərimizi, dövlətçilik ənənələrimizi ən yüksək səviyyədə və ləyaqətlə təmsil edən görkəmli ictimai xadim timsalında - ali məqsədlərin daşıyıcısı və bu məqsədləri reallaşdıran ictimai-siyasi xadim obrazında qəbul edirik. Mehriban xanım Əliyevanın nəcib əməllərinin mayasında yalnız Azərbaycan sevgisi dayanır!

Mehriban xanımın fəaliyyət istiqamətlərinə nəzər yetirdikdə peşəkarlıq duyumu və çevik idarəetmə ilə müşayiət olunan kamil şəxsiyyət göz önündə canlanır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti,  ICESCO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini  Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanır. Bu fəaliyyət, eyni zamanda respublikamızın tərəqqisinin sürətləndirilməsi və davamlı xarakter alması, ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsi, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Bununla yanaşı, Mehriban Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti qadınlar üçün də parlaq nümunədir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşlərdə olur. Belə görüşlər, müzakirələr çox səmimi ortamda keçir. Mehriban xanımın fəaliyyətinin, təşəbbüslərinin mənbəyində də cəmiyyətdən, əhalinin müxtəlif təbəqələrindən gələn sosial sifarişlər dayanır. Onun özü dəfələrlə bildirib ki, missiyasını insanları narahat edən məsələlərin həllinə yardım göstərməkdə görür. Mehriban xanım Əliyevanın ifadə etdiyi "Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa, töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır" fikri onun portretinin konkret ştrixlərini göz önündə canlandırır.

Mehriban  Əliyevanın fəaliyyəti kifayət qədər geniş və çoxşaxəlidir. O, Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür. Mehriban xanım ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edən, öz fəaliyyəti ilə Azərbaycanın davamlı inkişafına müstəsna töhfələr verən ictimai-siyasi xadim kimi tanınır. Onun ictimai-siyasi xadim kimi portret cizgilərini tamamlayan ştrixlər kifayət qədər zəngindir. Mehriban xanım Əliyeva hələ millət vəkili kimi fəaliyyət göstərərkən xalqa və dövlətə ləyaqətlə xidmət edərək milli maraqları daim üstün tutub, sosial məsələlərin həllinə xüsusi diqqət göstərib, mühüm təşəbbüslərlə çıxış edib. Məhz buna görə də seçicilər Mehriban xanımın millət vəkili kimi fəaliyyətini yüksək qiymətləndiriblər. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr uğurla həyata keçirilib. Mehriban xanım Əliyeva Milli Məclisdə amnistiya aktlarının qəbul olunması təşəbbüsü ilə çıxış edib və bunun sayəsində minlərlə məhkum azadlığa qovuşub, yenidən cəmiyyətə inteqrasiya olunub. 

Yeni Azərbaycan Partiyasının  VII Qurultayında Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini seçilməsi partiya və cəmiyyət üçün əlamətdar olmaqla yanaşı, YAP-ın və dövlətimizin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olub.

Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq sərəncama əsasən, Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması yuxarıda sadalanan milli və ictimai məzmunlu işlərin, xalqa xidmət fəlsəfəsinə söykənən genişmiqyaslı fəaliyyətin qanunauyğun nəticəsidir.  Mehriban xanım Əliyeva bu təyinatadək ona həvalə olunan bütün vəzifələrin öhdəsindən layiqincə gələrək özünün yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirmişdi. O zamana qədər Azərbaycan ictimaiyyəti Mehriban xanımı layiqli millət vəkili, eləcə də Bakının evsahibliyi etdiyi "Eurovision-2012" mahnı yarışmasını, tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarını təşkil edən peşəkar komandanın rəhbəri kimi necə böyük əzmkarlıq, iradə, təşkilatçılıq, ətrafındakıları gələcək uğurlara inandırmaq bacarığı nümayiş etdirdiyinin şahidi olmuşdu. Bəhs olunan mötəbər tədbirlərdə Azərbaycan yeni yüksək standartlar nümayiş etdirdi, özünü güclü, hər şeyə qadir olan dövlət kimi göstərdi ki, burada Mehriban xanım Əliyevanın xidmətləri müqayisəyəgəlməzdir. Onun Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi fəaliyyəti də təqdirəlayiqdir. Bütün bu amillər, heç şübhəsiz ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunmasına öz müsbət təsirini göstərib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edərək deyib: "Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır".

Bir sözlə, Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilir. Mehriban xanımın o vaxt dediyi sözlər yada düşür: "Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam". 

Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının siyasi tarixində ilk dəfə yaradılmış Birinci vitse-prezident postunda uğurla fəaliyyət göstərir. Onun tərəfindən irəli sürülən təşəbbüslərin və reallaşdırılan layihələrin nəticələri həm Azərbaycanda, həm də beynəlxalq miqyasda olduqca yüksək dəyərləndirilir.

Ötən 9 il ərzində Mehriban xanım Birinci vitse-prezident kimi dövlət başçısının və ona ümid bəsləyən insanların etimadını layiqincə doğruldub. Azərbaycanın Birinci vitse-prezidenti daim sosial məsələlərin həllinə xüsusi diqqət göstərib, mühüm təşəbbüslərlə çıxış edib. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilib. 

Azərbaycan xalqının böyük sevgisini qazanmış Mehriban xanım bu gün Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin ən yaxın silahdaşı kimi onunla çiyin-çiyinə dayanaraq Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində öncüllük edir. Onun Vətən və xalq qarşısındakı ən önəmli xidmətlərindən biri də Ulu Öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi sahəsində göstərdiyi ardıcıl səylər və reallaşdırdığı çoxsaylı layihələrdir. Sərhəd tanımayan xeyirxahlığı və nəcibliyi Mehriban Əliyevaya yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də böyük rəğbət və sevgi qazandırıb. O, Azərbaycanda təhsil, mədəniyyət və səhiyyənin inkişafına verdiyi töhfələrlə yanaşı, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində də yorulmadan çalışır. Mehriban xanımın fəaliyyəti müasir Azərbaycan qadınının parlaq simasını dünyaya nümayiş etdirir və gələcək nəsillər üçün nümunəvi örnək kimi dəyərləndirilir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarının həyata keçirilməsində və onun zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılmasında əvəzsiz xidmətlər göstərir. Xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilərək daha geniş miqyas alması da bilavasitə bu fondun prezidentinin göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub. Fond, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsində fəal iştirak edir. Əsasında mərhəmət, şəfqət və xeyirxahlıq kimi ali dəyərlər dayanan Heydər Əliyev Fondu uzun illərdir ki, öz prinsiplərinə sadiq qalaraq təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir. Bu təşəbbüslər cəmiyyətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir, çünki Azərbaycan xalqı fondun inkişafa xidmət edən uğurlu layihələrinə və Birinci vitse-prezidentin humanist, vətənpərvər və nümunəvi fəaliyyətinə güvənir.

Mehriban xanım, həmçinin beynəlxalq sülh, təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşması və möhkəmlənməsi, tarixi mədəni irsin qorunması kimi olduqca vacib məsələlərin həllinə böyük töhfələr verir. Artıq 20 ildən çoxdur ki, Azərbaycan tarixini və mədəni irsini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün yorulmadan fəaliyyət göstərir. Onun səylərinin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, "Xınalıq və Köç yolu mədəni landşaftı", eyni zamanda Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, "Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti", "Dədə Qorqud irsi", Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya salınıb. Eyni zamanda Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla evsahibliyi edib.

Mehriban xanım Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin və qazilərin problemlərinin həlli xüsusi yer tutur. Yeni yüksək vəzifədə keçirdiyi ilk müşavirəni məhz qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etməsi bu diqqətin bariz nümunəsidir. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlanıb və real işlərə başlanılıb. Qısa müddət ərzində yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb, onların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb.

Bundan başqa, Mehriban xanım Əliyevanın 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabitləri ilə görüşü, döyüşlərdə yaralanmış əsgər və zabitlərin yüksəktexnologiyalı protezlərlə təmin edilməsi barədə tapşırıq verməsi də xüsusi qeyd edilməlidir. 

Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Fond bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Döyüşlərdə yaralanan hərbçilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksəktexnologiyalı protezlərlə təmin edilib.

Əlbəttə, sadalananlar Birinci vitse-prezidentin rəhbərliyi və təşəbbüsü ilə görülən işlərin kiçik bir hissəsidir, amma bütün bunlar Mehriban xanım Əliyevanın cəmiyyətin həssas təbəqəsinin problemlərinin həllini diqqət mərkəzində saxladığını göstərməklə yanaşı, onun fəaliyyətinin humanizm və vətənpərvərlik prinsiplərinə söykəndiyini əks etdirir.

Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharibədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, Heydər Əliyev Fondu tərəfindən işğaldan azad edilmiş ərazilərdə tarixi, dini və mədəni abidələrin bərpası, Şuşada möhtəşəm "Xarıbülbül" Musiqi Festivalının təşkili birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur. Eyni zamanda Mehriban xanımın təşəbbüsü olan "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkə üzrə çoxsaylı məktəb binaları inşa olunub və yenidən qurulub. "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində isə bir sıra uşaq müəssisələri əsaslı təmir edilərək müasir tələblərə uyğunlaşdırılıb.

Əhalinin sağlamlığı məsələsi də Mehriban Əliyevanın daim xüsusi diqqət göstərdiyi sahələrdəndir. Onun təşəbbüsü ilə reallaşdırılan "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Tibb müəssisələrinin yenidən qurulması və inşası" kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu çərçivədə Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurulub.

Azərbaycan həqiqətlərinin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində də Mehriban xanımın təşəbbüsü ilə məqsədyönlü iş aparılır. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın haqlı mövqeyinin nümayişi, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan düşmənin dinc sakinləri hədəf alan hücumlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməli addımlar atılıb. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər təşkil olunub. Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günləri keçirilib, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələri ucaldılıb.

Birinci xanımın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, ölkəmizin hüdudlarını aşaraq yaxın və uzaq xaricdə geniş əks-səda doğurur. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda, Fransa, Pakistan, Bosniya və Herseqovina, Misir, Hindistan və digər ölkələrdə bir sıra önəmli layihələr icra edib.

Mehriban Əliyevanın xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan "Heydər Əliyev" ordeni, eləcə də "Qızıl ürək" beynəlxalq mükafatı, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın "Şərəf Legionu" ordeni, İtaliyanın "Xidmətlərə görə" Böyük Xaç Kavaleri ordeni, Polşanın "Böyük Komandor Xaçı" ordeni və digər beynəlxalq səviyyəli yüksək təltiflərə layiq görülüb. 

Beləliklə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mərhəmət, şəfqət və humanizmə əsaslanan fəaliyyəti milli-mənəvi dəyərlərin qorunmasına, Azərbaycan cəmiyyətinin sosial rifahının yüksəldilməsinə xidmət edir. Mehriban xanım Əliyeva xalqımızın firavanlığı və qüdrətli dövlətimizin tərəqqisi naminə çoxşaxəli fəaliyyəti ilə Prezident İlham Əliyevin və ona inanan, böyük ümidlər bəsləyən insanların etimadını layiqincə doğrultmağı bacarıb. O, Vətənə və xalqa xidmət nümunəsidir!


Samir VƏLİYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sloveniya Respublikasının Prezidenti Zati-aliləri xanım Nataşa Pirts Musara  

17:08
20 Fevral

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musardan

17:08
20 Fevral

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Dadaş Dadaşov Bərdədə torpağa tapşırılıb  

17:06
20 Fevral

Dövlət Xidmətinin rəisi Xırdalanda vətəndaşların müraciətlərini dinləyib  

17:05
20 Fevral

Turistləri daşıyan avtomobil Baykal gölündə buzun altına düşüb

17:03
20 Fevral

Rusiyaya qarşı 20-ci sanksiya paketi üzrə görüş nəticəsiz yekunlaşıb

17:01
20 Fevral

Kənd təsərrüfatı naziri Ucarda vətəndaşların müraciətlərini dinləyib  

16:59
20 Fevral

Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində birinci panel müzakirə keçirilib  

16:58
20 Fevral

Pakistanlı ekspert: Orta Dəhliz artıq alternativ deyil, qlobal ticarət üçün strateji seçimdir 

16:57
20 Fevral

ATƏT PA iclasında 907-ci düzəlişin ləğvinə dəstək çağırışı edilib  

16:41
20 Fevral

Deputat: Azərbaycanın Sülh Şurasındakı iştirakı ölkəmizin yeni geosiyasi reallıqlar yaratmaq qüdrətinin təsdiqidir  

16:41
20 Fevral

Media: Ukrayna Avropa İttifaqına üzvlük üçün ərazi güzəştlərinə gedə bilər  

16:31
20 Fevral

Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirilib 

16:23
20 Fevral

Birinci Qarabağ müharibəsinin şəhidi Şəmkirdə dəfn edilib

16:12
20 Fevral

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

16:12
20 Fevral

Qazaxıstanda TDT ölkələri iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclası keçirilib  

16:09
20 Fevral

Murovdağ silsiləsində itkin düşən şəhid Hidayət Vəliyev Bərdədə torpağa tapşırılıb  

16:01
20 Fevral

ATƏT PA sessiyasında Azərbaycana qarşı hibrid hücumlar barədə məlumat verilib  

15:53
20 Fevral

Romada müsəlmanlar, xristianlar və yəhudilər birgə iftar edəcəklər

15:44
20 Fevral

Xocavəndə köçən keçmiş məcburi köçkünlərə evlərinin açarları təqdim olunub – YENİLƏNİB 2  

15:32
20 Fevral

Polşada mühafizə olunan hərbi obyektlərə Çin istehsalı olan maşınların girişi qadağan edilib  

15:23
20 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!