20 Fevral 2026 08:10
268
SİYASƏT
A- A+
Ədalət çağırışı

Ədalət çağırışı


Hazırda dünyanın müxtəlif bölgələrində müstəmləkəçilikdən əziyyət çəkmiş xalqlar azadlıq və hüquqlarının bərpası uğrunda mübarizəni davam etdirirlər. Təəssüf ki, beynəlxalq təşkilatların və qlobal ictimaiyyətin bir hissəsi bu açıq ədalətsizliklərə yetərli reaksiya vermir. 

Bəzi hallarda isə hadisələrə seyrçi yanaşma nümayiş etdirilir. Bu isə ikili standartların mövcudluğunu açıq şəkildə ortaya qoyur. Xüsusilə, özünü demokratiyanın dayaqlarından biri kimi təqdim edən bəzi ölkələrin davranışı ciddi suallar doğurur.

Məsələn, Fransa uzun illərdir ki, neokolonializm siyasəti yürüdür. Onun timsalında bəşəriyyət neokolonializmin ən qəddar və amansız forması ilə üzləşib. Bu ölkə beynəlxalq hüququn hamı tərəfindən qəbul edilən prinsiplərinə əməl etmək əvəzinə həmin normaları pozur. İnsan hüquqlarının müdafiəsi ilə bağlı yüksək tribunalardan çıxışlar edilsə də, praktikada fərqli mənzərə ortaya çıxır. Bu isə xalqlar arasında etimadın formalaşmasına yox, əksinə, gərginliyin artmasına səbəb olur.

Fransa tez-tez liberal dəyərlərdən danışır. Hansı ki liberalizm tarixi baxımdan fərdi azadlığı əsas prinsip sayan, hər bir insanın hüquq və imkan baxımından bərabər olmasını müdafiə edən bir düşüncə sistemidir. Yəni bu anlayış əməli addımlarla təsdiq olunmalıdır. Ancaq müşahidələr göstərir ki, Fransada bu prinsiplər hər zaman hamı üçün eyni şəkildə tətbiq edilmir. Xüsusilə, dini və etnik azlıqlara münasibətdə ciddi suallar yaranır.

Tarixə nəzər salsaq görərik ki, XIX əsrin sonlarında Fransada antisemit (yəhudilərə nifrət) baxışlar geniş yayılmışdı. Eduard Drumont kimi ideoloqlar cəmiyyətdə ayrı-seçkiliyi təbliğ edən fikirlər irəli sürürdülər. Bu isə onu deməyə əsas verir ki, Fransada müəyyən dövrlərdə dözümsüzlük meyilləri güclü olub. Hətta elə mərhələlər olub ki, dini və siyasi maraqlar naminə müxtəlif qruplar arasında süni yaxınlaşmalar yaratmaq cəhdləri edilib. Formal olaraq birlik görüntüsü yaradılsa da, nəticədə cəmiyyətdə daha dərin bölünmələr meydana çıxıb.

Fransanın müstəmləkə idarəçiliyi tarixdə qaranlıq səhifə kimi qalır. Müstəmləkə siyasətindən imtina etməyən bu dövlət təsir dairəsində saxladığı ölkələrin daxili işlərinə müdaxilə edir, onların siyasi və iqtisadi azadlıqlarını məhdudlaşdırır. Bəzən isə öz cəmiyyətində belə sosial narazılıqların artmasına zəmin yaradan addımlar atır.

Fransanın bəzi ərazilərdə keçirdiyi nüvə sınaqları da uzun illərdir müzakirə obyektidir. Bu fəaliyyətlər ətraf mühitə ciddi ziyan vurur, insanların sağlamlığında ağır fəsadlar yaradır. Ekoloji və humanitar problemlərin bu gün də davam etməsi narahatlıq doğurur.

Digər mühüm məsələ isə assimilyasiya siyasəti ilə bağlıdır. Yerli xalqların etnik və mədəni kimliyi zəiflədilir, demoqrafik tərkibin dəyişdirilməsi istiqamətində addımlar atılır. Burada isə əsas məqsəd müstəqillik meyillərini zəiflətməkdir. Aydındır ki, belə hallar beynəlxalq hüququn prinsiplərinə uyğun deyil.

Azərbaycan neokolonializmə qarşı mübarizəni siyasətində prioritetlərdən biri kimi müəyyənləşdirib. Ölkəmiz bəyan edir ki, istər siyasi, istər iqtisadi, istərsə də mənəvi istismar formaları qəbuledilməzdir. Azərbaycanın mövqeyi əməli addımlarla da təsdiqlənir. 

Azərbaycan məsələyə öz tarixi təcrübəsindən yanaşır. Uzun illər işğal faktı ilə üzləşmiş bir ölkə kimi azadlıq və suverenlik anlayışlarını yaxşı bilir. Məhz buna görə də ölkəmiz başqa xalqların öz hüquqlarını qorumaq istəyini anlayışla qarşılayır. Bu istiqamətdə yaradılan Bakı Təşəbbüs Qrupu fəal rol oynayır. Qurumun əsas məqsədi müstəmləkəçilik və neokolonializm siyasətinin nəticələri barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır. 

Müstəmləkəçilikdən zərər çəkmiş xalqların səsi bütün platformalarda eşidilməlidir. Bu məsələ ayrı-ayrı regionların yox, bütövlükdə beynəlxalq birliyin diqqət mərkəzində olmalıdır. Azərbaycan bu istiqamətdə səylərini davam etdirir və bu mövzunu qlobal müzakirə predmetinə çevirir.

Zaman dəyişir, siyasi sistemlər yenilənir. Lakin azadlıq, ədalət və ləyaqət kimi dəyərlər dəyişmir. Fransa və onun mövqeyini bölüşən bəzi dairələrdən fərqli olaraq, Azərbaycan üçün ədalət anlayışı bütövdür. Azərbaycanın prinsipial mövqeyi odur ki, ədalət hamı üçün eyni meyarlarla tətbiq olunmalıdır. 


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heç bir təxribat Azərbaycanı öz yolundan döndərə bilməz

19:57
20 Fevral

Sloveniya Respublikasının Prezidenti Zati-aliləri xanım Nataşa Pirts Musara  

17:08
20 Fevral

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musardan

17:08
20 Fevral

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Dadaş Dadaşov Bərdədə torpağa tapşırılıb  

17:06
20 Fevral

Dövlət Xidmətinin rəisi Xırdalanda vətəndaşların müraciətlərini dinləyib  

17:05
20 Fevral

Turistləri daşıyan avtomobil Baykal gölündə buzun altına düşüb

17:03
20 Fevral

Rusiyaya qarşı 20-ci sanksiya paketi üzrə görüş nəticəsiz yekunlaşıb

17:01
20 Fevral

Kənd təsərrüfatı naziri Ucarda vətəndaşların müraciətlərini dinləyib  

16:59
20 Fevral

Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində birinci panel müzakirə keçirilib  

16:58
20 Fevral

Pakistanlı ekspert: Orta Dəhliz artıq alternativ deyil, qlobal ticarət üçün strateji seçimdir 

16:57
20 Fevral

ATƏT PA iclasında 907-ci düzəlişin ləğvinə dəstək çağırışı edilib  

16:41
20 Fevral

Deputat: Azərbaycanın Sülh Şurasındakı iştirakı ölkəmizin yeni geosiyasi reallıqlar yaratmaq qüdrətinin təsdiqidir  

16:41
20 Fevral

Media: Ukrayna Avropa İttifaqına üzvlük üçün ərazi güzəştlərinə gedə bilər  

16:31
20 Fevral

Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirilib 

16:23
20 Fevral

Birinci Qarabağ müharibəsinin şəhidi Şəmkirdə dəfn edilib

16:12
20 Fevral

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

16:12
20 Fevral

Qazaxıstanda TDT ölkələri iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclası keçirilib  

16:09
20 Fevral

Murovdağ silsiləsində itkin düşən şəhid Hidayət Vəliyev Bərdədə torpağa tapşırılıb  

16:01
20 Fevral

ATƏT PA sessiyasında Azərbaycana qarşı hibrid hücumlar barədə məlumat verilib  

15:53
20 Fevral

Romada müsəlmanlar, xristianlar və yəhudilər birgə iftar edəcəklər

15:44
20 Fevral

Xocavəndə köçən keçmiş məcburi köçkünlərə evlərinin açarları təqdim olunub – YENİLƏNİB 2  

15:32
20 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!