19 Fevral 2026 08:00
370
SİYASƏT
A- A+
Dünyanın diqqəti yenə Vaşinqtona yönəlib

Dünyanın diqqəti yenə Vaşinqtona yönəlib


İlham Əliyev Sülh Şurasının iclasında  təsisçi ölkənin lideri kimi iştirak edir 


Beynəlxalq nizamın köklü dəyişikliklərə məruz qaldığı, qüvvələr nisbətinin yenidən müəyyənləşdiyi və mövcud təhlükəsizlik sistemlərinin səmərəliliyini itirdiyi bir şəraitdə keçirilən 62-ci Münxen Təhlükəsizlik Konfransı ölkələrin strateji hədəflərini bəyan etdiyi mühüm tribunaya çevrildi. Mürəkkəb geosiyasi şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik təmasları, ikitərəfli görüşləri, müsahibə və panel müzakirəsində diqqət yönəltdiyi məqamlar, irəli sürdüyü tezislər beynəlxalq ictimaiyyətin ciddi marağına səbəb oldu. Rəsmi Bakı artıq özünü sülh və normallaşma prosesini başlatmağa müvəffəq olmuş, regional əməkdaşlıq və təhlükəsizlik yoluna qədəm qoymuş nüfuzlu mərkəz kimi dünyaya təqdim etməkdədir. Azərbaycan Lideri Münxendə sülhü yaradan lider kimi iştirak edirdi. Dövlət başçısının Münxen görüşlərində təmas etdiyi əsas məqamlar dayanıqlı sülh, genişmiqyaslı əməkdaşlıq və iqtisadi-ticari perspektivlər üzərində qurulmuşdu. Çünki qeyd olunan prioritetlər Azərbaycanın gələcək inkişaf kursunun təməl daşlarını təşkil edir.


Azərbaycanın regiondakı liderliyi həm də əməkdaşlığı stimullaşdırır


Prezident İlham Əliyev Münxendə yerli media nümayəndələrinə müsahibəsində bu məqamı xüsusi vurğuladı. Dövlət başçısı bəyan etdi ki, hər zaman olduğu kimi, bizim çağırışlarımız qarşılıqlı fəaliyyət və barışığa xidmət edir: "Builki toplantıda fərqli bir statusda - sülhü təmin etmiş bir ölkənin rəhbəri kimi çıxış edirəm. Bizim mövqeyimiz şəffaf və birmənalıdır: tərəfdaşlıq, əmin-amanlıq və birgə inkişaf". Bu, beynəlxalq ictimaiyyətə verilən mesajdır ki, Bakı bu platformaya gündəmi diktə edən, qalib və stabil tərəf kimi gəlib. Bu mühüm və uzaqgörən yanaşma, sadəcə, ölkəmizin daxili mənafelərini qorumur, həm də beynəlxalq müstəvidə daha əhatəli, qarşılıqlı faydaya söykənən və ziddiyyətləri tərəfdaşlıqla əvəzləyən bir sistem vəd edir. Münxen müstəvisində nümayiş etdirilən mövqe sübut etdi ki, Azərbaycan, sadəcə, güclü region dövləti olmaqla kifayətlənmir, eyni zamanda dünya idarəçiliyinin və iqtisadi quruluşunun fəal memarlarından biri rolunda da çıxış edir. Azərbaycan sülh prosesində kənar diktələri deyil, birbaşa dialoqu və regionun daxili dinamikasını əsas götürür. Ölkəmiz Ermənistan da daxil olmaqla, bütün regional oyunçulara qarşıdurma deyil, iqtisadi mənfəət vəd edir.

Dövlət başçısı panel müzakirələrində Azərbaycan və Ermənistan arasında sülh prosesinə toxunaraq, 2026-cı ilin sonuna qədər müqavilənin imzalana biləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev "France 24" kanalına müsahibəsində 2025-ci ilin avqustundan bəri sərhəddə stabil vəziyyətin hökm sürdüyünü, artıq qarşılıqlı ticarət və yükdaşımaların bərpası istiqamətində addımların atıldığını vurğuladı: "Tarixi sənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə imzalanması o deməkdir ki, münaqişə bitib və biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq. O vaxtdan bəri altı aydan çox müddət keçib və bizim Ermənistanla sərhəddə vəziyyət çox sakitdir. Artıq atəş açılmır, qurban vermirik, yaralananlar olmur. Beləliklə, görə bilərik ki, artıq sülhə nail olunub". 

Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazın sülh və təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün bütün zəruri addımları atdığını vurğulayıb. Prezidentimiz yekun sülh müqaviləsi ilə bağlı müzakirələrə və fikir ayrılıqlarına da aydınlıq gətirib və bu məsələyə birdəfəlik nöqtə qoyub. Azərbaycan Lideri açıq şəkildə bəyan edib ki, Ermənistan tərəfi ölkə konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmadan iki ölkə arasında yekun sülh müqaviləsi imzalana bilməz. Ölkə rəhbəri birmənalı diqqətə çatdırıb ki, Ermənistan konstitusiyasında dəyişiklik edilməsinin ertəsi günü dərhal yekun sülh sazişinə imza atmağa hazırıq: "Ermənistan konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, hesab edirəm ki, artıq Ermənistan və Azərbaycan arasında sülh əldə edilib". Bu, rəsmi Bakının birmənalı mövqeyi, ədalətli tələbidir və bu mövqeyimiz dəfələrlə Ermənistan tərəfinə çatdırılıb. 

Azərbaycanın regional liderlik strategiyası təkcə hərbi-siyasi qələbəyə deyil, həm də Avrasiyanın logistik xəritəsini yenidən formalaşdıran iqtisadi təşəbbüslərə söykənir. Bu xüsusda fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə ölkəmizin gələcək baxışı belə ifadə olundu: "Bağlantı layihələri və nəqliyyat dəhlizləri bizi daha da yaxınlaşdıracaq, qarşılıqlı asılılığı artıracaq və Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaradacaq. Nəhayət, Azərbaycan, Gürcüstan və Ermənistan üçtərəfli əsasda qarşılıqlı əməkdaşlığa başlayacaqlar". Azərbaycan Prezidentinin bu fikirləri Cənubi Qafqazın gələcəyi üçün strateji yol xəritəsi mahiyyətindədir. "Bağlantı layihələri" dedikdə, ilk növbədə Orta dəhliz və regional kommunikasiyaların, Zəngəzur dəhlizinin (TRIPP) açılması nəzərdə tutulur. Bu layihələr Azərbaycanı, sadəcə, enerji ixracatçısı deyil, həm də Şərqlə Qərbi birləşdirən əvəzedilməz logistik qovşaq halına gətirir. Dövlət başçısının toxunduğu digər mühüm məqam Azərbaycan, Gürcüstan və Ermənistanın üçtərəfli əməkdaşlığına çağırışdır. Bu, regionun kənar oyunçuların təsirindən çıxaraq, daxili taleyini özünün həll etməsi deməkdir. Bakı mesaj verir ki, biz Ermənistanı təcrid etmək deyil, onu regional inkişafa inteqrasiya etmək istəyirik, lakin bu, sülhün şərtlərinə qeyd-şərtsiz əməl olunması ilə mümkündür.


Sülh Şurasında təmsilçilik Azərbaycanın qlobal nüfuzunun əyani təzahürüdür 


Ölkəmizin Cənubi Qafqazda və daha geniş coğrafiyada sülhün memarı kimi çıxış etməsi müasir beynəlxalq münasibətlərin mühüm faktorlarından biridir. Azərbaycanın ABŞ lideri Donald Tramp tərəfindən yaradılan Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması ölkəmizin beynəlxalq sistemdə qazandığı siyasi etimadın, funksional rolunun və qlobal nüfuzunun məntiqi nəticəsi kimi qiymətləndirilir. Şübhəsiz, bu dəvət yalnız simvolik jest deyil, Azərbaycanın qlobal sülh prosesinin formalaşmasında fəal iştirak edən əsas aktorlardan birinə çevrildiyini göstərən mühüm hadisədir. Çünki Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra irəli sürdüyü ədalətli sülh prinsipləri lokal çərçivədən çıxaraq qlobal bir modelə çevrilib. Əvvəllər Azərbaycan daha çox enerji layihələri ilə tanınırdısa, indi dünya siyasətində sülhün memarı imici ilə önə çıxır. Sülh Şurasında təmsilçilik Azərbaycanın beynəlxalq arenada hansı statusa sahib olmasının əyani göstəricisidir. Artıq Vaşinqton və digər böyük güclər Bakını yeni dünya nizamında mühüm strateji tərəfdaş kimi görürlər. Xatırladaq ki, Sülh Şurasının ilk iclası fevralın 19-da keçiriləcək. 

Azərbaycan Prezidenti Münxendə jurnalistlərin suallarını cavablandırarkən Sülh Şurasının əhəmiyyətindən də bəhs edib. Dövlət başçısı vurğulayıb ki, böyük gələcəyi olan təşkilatın - Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident Tramp böyük bir iş görüb: "Hər kəsə sammitin gündəliyinin nədən ibarət olduğunu və nəticənin nə olacağını bilmək maraqlıdır.  Lakin artıq daha çox ölkələr dərk edirlər ki, onlar hökumətlərarası münasibətlərə, təhlükəsizliyə, beynəlxalq təsisatların fəaliyyətinə dair yanaşmalarını yenidən nəzərdən keçirməlidirlər. Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur. Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir". 

Prezident İlham Əliyevin açıqlaması, əslində, müasir dünya siyasətində baş verən tektonik dəyişikliklərin ən dürüst və dəqiq təhlilidir. Dövlət başçısı burada, sadəcə, bir təşkilatın yaradılmasını alqışlamır, həm də köhnəlmiş və işləməyən beynəlxalq sistemin yerinə daha ədalətli bir mexanizmin zəruriliyini əsaslandırır. Dövlətimizin başçısının BMT haqqında fikirləri və real xarakteristikası beynəlxalq münasibətlərdəki böhranı açıq şəkildə ortaya qoyur. İllərdir Azərbaycanın haqlı tələblərini kağız üzərində qoyan təşkilatın qlobal münaqişələrdə tamamilə təsirsiz olması yeni bir platformanın, Sülh Şurasının yaranmasını tarixi zərurətə çevirdi. Bu, alternativsizlik şəraitində yaradılan ən böyük ümid qapısıdır. Azərbaycan Liderinin vurğuladığı yeni dünya nizamı gücün hüququnu deyil, hüququn gücünü ön plana çıxarmalıdır. Dövlət başçısı mesaj verir ki, hərbi qüdrət sülhü əldə etmək üçün vasitə ola bilər, lakin nizamı qorumaq üçün beynəlxalq mexanizmlər və sağlam düşüncə əsas götürülməlidir. Beləliklə, Prezident İlham Əliyevin mesajları Azərbaycanı qlobal sülhün intellektual və siyasi memarlarından biri kimi mövqeləndirir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Özbəkistan ilə ABŞ arasında sənədlər paketi imzalanıb  

12:37
19 Fevral

Əlcəzairli müəllim: Mübarizəmiz insan ləyaqəti və ədalət uğrunda aparılır

12:16
19 Fevral

Media: Aİ səfirləri Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmir  

12:11
19 Fevral

ABŞ-nin dövlət qurumlarında süni intellektin tətbiqi üçün min proqramçı işə götürüləcək  

11:54
19 Fevral

Media: Ukraynada demilitarizasiya zonasının yaradılması ilə bağlı müzakirələr gedir  

11:43
19 Fevral

Leyla Əliyeva Tiranada “Hannah və Rosafa” uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib  

11:31
19 Fevral

Ötən ay dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə daxil olan vəsait 27 faiz artıb  

11:23
19 Fevral

Cənubi Koreyanın sabiq Prezidenti ömürlük azadlıqdan məhrum edilib  

11:13
19 Fevral

Ötən ay pensiya ödənişlərinə 612 milyon manat vəsait yönəldilib  

11:06
19 Fevral

Çin dünyanın ən mürəkkəb dəmir yolu layihəsini 2030-cu ilədək başa çatdıracaq  

11:03
19 Fevral

İsrail təhlükəsizlik xidmətləri üçün ən yüksək hərbi hazırlıq elan edib  

10:54
19 Fevral

Neftin bahalaşma dövrü başlayıb

10:51
19 Fevral

"Azərsilah"ın Şirvan şəhərində yerləşən zavodunda qəza olub  

10:46
19 Fevral

bp Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini yeniləyib  

10:38
19 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb 

10:36
19 Fevral

DİN vətəndaşları azyaşlıların sağlamlığına və təhlükəsizliyinə biganə qalmamağa çağırır 

10:28
19 Fevral

Dünya birjalarında neft bahalaşıb

10:24
19 Fevral

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşır

10:21
19 Fevral

Jan-Jakob Bisep: Müharibə təsadüfi bir hadisə deyil  

10:13
19 Fevral

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans keçirilir 

10:11
19 Fevral

Çin - Qırğızıstan - Özbəkistan - Tacikistan dəhlizi ilə ilk yük qatarı yola salınıb  

10:02
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!