07 Avqust 2026 15:05
254
SİYASƏT
A- A+
Vaşinqtondan başlayan yeni siyasi mərhələ

Vaşinqtondan başlayan yeni siyasi mərhələ


Ölkəmizin sülh strategiyası uğurla reallaşır


2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin ən mühüm mərhələlərindən biri yaşandı. Həmin gün “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması Cənubi Qafqazda uzun illər davam edən münaqişənin hüquqi-siyasi müstəvidə yekunlaşması istiqamətində atılan ən mühüm addım kimi tarixə düşdü. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin başlatdığı sülh təşəbbüsünün nəticəsi olan bu hadisə respublikamızın mühüm siyasi-diplomatik uğuru olmaqla, regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın formalaşması üçün yeni mərhələnin əsasını qoydu.

Bir il əvvəl Azərbaycanın təşəbbüsləri və ABŞ-nin dəstəyi ilə Vaşinqtonda  əldə olunan razıkaşmalar regionda dayanıqlı sabitliyin, təhlükəsizliyin və iqtisadi inteqrasiyanın möhkəm təməllərini formalaşdırdı. Keçirilən tarixi görüşlər bir daha sübut etdi ki, Azərbaycanın hər zaman bəyan etdiyi sülh, təhlükəsizlik, qarşılıqlı etimad və suverenliyə hörmət kimi məsələlər regionun rifahının əsas şərtləridir.

44 günlük Vətən müharibəsindən sonra regionda sülhün və sabitliyin bərqərar olunması məqsədi ilə ilk təşəbbüslə çıxış edən məhz rəsmi Bakı oldu.  Qalib Azərbaycan prosesləri diplomatiya masasına yönəldərək, Ermənistana beynəlxalq hüququn normalarına əsaslanan 5 əsas prinsipdən ibarət sülh gündəliyini təqdim etdi. Bu prinsiplər qlobal güclər, beynəlxalq təşkilatlar tərəfindən də geniş dəstək qazandı və təqdir edildi. İki ölkə arasında kənar müdaxilələrdən uzaq, birbaşa və intensiv danışıqlar formatının qurulması nəticəsində 2025-ci ilin mart ayında “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in ilkin layihəsi üzərində işlər uğurla başa çatdırıldı. Avqustun 8-də isə layihəsi əvvəlsı qeyd etdiyim kimi, Vaşinqtonda paraflandı. Bu məsələnin dünyanın ən böyük güc mərkəzində rəsmiləşdirilməsi Azərbaycanın sülh modelinin qlobal səviyyədə tam qəbul olunduğunu və dəstəkləndiyini nümayiş etdirdi.

Beləliklə, bir il əvvəl Prezident İlham Əlivevin ABŞ-yə işgüzar səfəri və Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın başlatdığı sülh prosesinin tamamilə yeni mərhələyə keçdiyini aydın nümayiş etdirdi.  Tərəflər sülh gündəliyinin mühüm aspektləri üzrə irəliləyişlər əldə edərək, sazişin əsas prinsipləri ilə bağlı razılığın əldə olunduğunu təsdiqlədilər.

Eyni zamanda, Prezident İlham Əlivevin ABŞ-yə işgüzar səfərinin praktiki nəticəsi regionda yeni logistika reallıqlarının formalaşdırılması və geniş əməkdaşlıq perspektivlərinin açılması oldu. Belə ki, kommunikasiyaların bərpası istiqamətində konkret addımlar müəyyənləşdirildi, sərhədlərin dəqiqləşdirilməsi prosesinin sürətləndirilməsi qərara alındı.

Vaşinqton sammitindən keçən bir il ərzində Cənubi Qafqazda sülhün və regional inteqrasiyanın möhkəmləndirilməsi istiqamətində misilsiz irəliləyişlər əldə olunub. Bu dövrdə  Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə birləşdirən nəqliyyat və kommunikasiya xətlərinin, TRIPP layihəsinin açılması üzrə konkret işlərə start verilib. Həmçinin ikitərəfli hökumət komissiyalarının fəaliyyəti  intensivləşib, sərhəd xətlərinin dəqiqləşdirilməsi işləri uğurla davam etdirilib.

Ötən bir ilin reallıqları göstərir ki, Azərbaycan özünün başlatdığı sülh prosesinə tam sadiqdir. Bunu ərazilərimizin işğalı dövründə respublikamızın Ermənistana qarşı tətbiq etdiyi nəqliyyat-logistika blokadasının aradan qaldırılması istiqamətində praktiki addımlar atması da təsdiq edir. Bu müddət ərzində Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana müxtəlif məhsulların göndərilməsi, habelə, ölkəmizdən Ermənistana  yanacağın ixrac edilməsi Bakının sülhə sadiqliyinin əyani sübutudur.

Ermənistandakı revanşist qüvvələrin prosesə kölgə salmaq cəhdlərinə baxmayaraq, sülh mühitinin real iqtisadi faydalarını görən Ermənistan cəmiyyətinin böyük hissəsi də Azərbaycanın başlatdığı normallaşma prosesinə rəğbət göstərir. İyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərinin nəticələri də təsdiqlədi ki, Azərbaycanın sülh gündəliyi qarşı tərəfdə yeganə çıxış yolu kimi qəbul edilir. Paralel olaraq, iki ölkə arasında humanitar təmasların, vətəndaş cəmiyyəti və media nümayəndələrinin görüşlərinin baş tutması illərlə formalaşmış psixoloji baryerlərin aradan qaldırılmasına töhfə verir.

Cənab Prezident İlham Əliyev sülh prosesini və onun gətirdiyi müsbət dinamikanı belə qiymətləndirib: “Ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişinin mətnini parafladıqdan sonra bizdə de-fakto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti və media nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir”. 

Sülh və regional inteqrasiya prosesi Ermənistana daha çox lazımdır. İşğalçılıq siyasəti səbəbindən Cənubi Qafqazın enerji və nəqliyyat layihələrindən kənarda qalan İrəvan məhz Azərbaycanın yaratdığı yeni geosiyasi şərait sayəsində iqtisadi və kommunikasiya blokadasından çıxmaq imkanı əldə edib. Bakının irəli sürdüyü sülh gündəliyi Ermənistan üçün iqtisadi dirçəlişə nail olmağın yeganə yoludur. Buna görə də rəsmi İrəvan  sülh prosesini ləngidən lazımsız bəhanələrdən imtina etməli, tarixi şansı öz cəmiyyətinin rifahı naminə dəyərləndirməlidir. Sülh prosesinin de-yure müstəviyə keçməsi tamamilə Ermənistanın atacağı hüquqi-siyasi addımlardan asılıdır. İki ölkə arasında daimi sülhün hüquqi təminatı üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddiaları birdəfəlik aradan qaldırılmalı, qanunvericilik bazası sülhün ruhuna tam uyğunlaşdırılmalıdır.

Ermənistanda son aylarda bu istiqamətdə başlayan müzakirələr və hüquqi islahat təşəbbüsləri göstərir ki, İrəvan sülh və əmkdaşlığın alternativsiz olduğunu anlamağa başlayıb. Prosesin gedişatı da göstərir ki, Prezident İlham Əliyevin müəllifi olduğu və uzaqgörənliklə addım-addım reallaşdırdığı sülh strategiyası tezliklə özünün tam hüquqi təsdiqini tapacaq. Yekun sülh müqaviləsinin imzalanması ilə Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və beynəlxalq hüquqa söykənən yeni dövr başlayacaq.


Nəsib MƏHƏMƏLİYEV, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi 

16:05
07 Avqust

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb 

16:03
07 Avqust

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

16:00
07 Avqust

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır 

15:57
07 Avqust

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

15:54
07 Avqust

Regionun siyasi tarixində mühüm dönüş nöqtəsi

15:40
07 Avqust

Tarixi zəfərdən mütləq sülhə 

15:24
07 Avqust

Vaşinqtondan başlayan yeni siyasi mərhələ

15:05
07 Avqust

Cənubi Qafqazda uzunmüddətli sülh və iqtisadi inteqrasiyanın başlanğıcı

14:48
07 Avqust

Tailandda 14 yaşlı şagird 8 adamı qətlə yetirəndən sonra intihar edib

13:39
07 Avqust

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb  

13:26
07 Avqust

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

13:24
07 Avqust

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

13:23
07 Avqust

ABŞ-də çip istehsalında istifadə olunan əsas xammala gömrük rüsumu tətbiq edilib

13:22
07 Avqust

Türkiyədə cinayətə sövq edilən uşaqlarla bağlı yeni qanun qəbul olunur

13:20
07 Avqust

Avropada meşə yanğınları 19 milyard avrodan çox zərər vurub

13:19
07 Avqust

Yunanıstanda ağcaqanadlar vasitəsi ilə ötürülən virus sürətlə yayılır

13:17
07 Avqust

Süni intellekt ilk dəfə tam funksional yeni viruslar yaradıb

13:14
07 Avqust

“Meta” şirkətinə uşaq təhlükəsizliyi ilə bağlı rekord cərimə kəsilib

13:12
07 Avqust

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

13:09
07 Avqust

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

13:04
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!