07 Avqust 2026 15:57
183
SİYASƏT
A- A+
Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır 

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır 


Qlobal enerji bazarında baş verən köklü dəyişikliklər, xüsusilə də Rusiya-Ukrayna müharibəsinin ilkin mərhələsindən sonra Avropanın enerji təhlükəsizliyi strategiyası ciddi dəyişikliklərə yol açıb. Avropa İttifaqı enerji mənbələrinin və enerji nəqli marşrutlarının şaxələndirilməsini, bərpaolunan enerji istehsalının artırılmasını və karbon neytrallığına keçidi prioritet istiqamətlər kimi müəyyənləşdirib. Məhz bu geosiyasi və geoiqtisadi reallıqlar fonunda Azərbaycan təbii qaz ixrac edən etibarlı, sınanmış tərəfdaş olmaqla yanaşı, həm də yaşıl enerji istehsalı və ötürülməsi sahəsində strateji aktor kimi ön plana çıxıb.

Azərbaycanın yaşıl enerji diplomatiyasının əsas üstünlüyü ondan ibarətdir ki, ölkə ənənəvi enerji infrastrukturu ilə yeni enerji infrastrukturu arasında körpü rolunu oynayır. Bu gün Azərbaycan artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkədir. İndi isə Xəzər dənizinin böyük külək enerjisi potensialı və yaşıl elektrik ixracı layihələri sayəsində bu əməkdaşlıq yeni mərhələyə keçir. Bu isə Azərbaycanın uzunmüddətli perspektivdə bərpaolunan enerji bazarında da mühüm oyunçu olmaq strategiyasını nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Deputat xatırladıb ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilən “Yaşıl Enerji Kabeli” layihəsi məhz bu baxımdan Avrasiyanın enerji xəritəsində yeni geostrateji enerji təhlükəsizliyi formulu və xətti formalaşdırır: “Qara dənizin dibi ilə təxminən 1200 kilometr uzunluğunda yüksək gərginlikli elektrik kabelinin çəkilməsi Xəzər hövzəsində istehsal ediləcək yaşıl enerjinin birbaşa Avropa bazarına çıxarılmasına imkan yaradacaq ki, bu da faktiki olaraq Avropa ilə Cənubi Qafqaz arasında ilk iri elektrik enerji dəhlizinin reallığa çevrilməsi deməkdir. Zənnimcə, layihənin Avropanın enerji təhlükəsizliyinə təsiri, əsasən bir neçə istiqamətdə qiymətləndirilə bilər. İlk növbədə, bu layihə Avropanın enerji mənbələrinin şaxələndirilməsini daha da gücləndirəcək. Bu isə Avropanın qaz təchizatı ilə yanaşı, elektrik enerjisi idxalını da alternativ mənbələr hesabına genişləndirməsi deməkdir və həm ənənəvi, həm də alternativ enerji mənbələrinin, marşrutlarının diversifikasiyası enerji bazarında risklərin bölüşdürülməsi baxımından mühüm geostrateji və geoiqtisadi əhəmiyyət daşıyır. Digər tərəfdən sözügedən layihə Avropa İttifaqının “Yaşıl Razılaşma” (Green Deal) və “REPowerEU” strategiyalarının məqsədlərinə tam uyğun gəlir. Çünki Avropa karbon emissiyalarını azaltmaq üçün məhz bərpaolunan enerji idxalının artırılmasında maraqlıdır və Azərbaycan bu istiqamətdə etibarlı tərəfdaş statusunu möhkəmləndirir. Başqa bir üstünlük isə ondan ibarətdir ki, layihə enerji təhlükəsizliyi anlayışını yeni mərhələyə keçirir. Əgər əvvəlki dövrdə təhlükəsizlik əsasən qaz və neft təchizatının davamlılığı ilə ölçülürdüsə, indi bərpaolunan elektrik enerjisinin fasiləsiz ötürülməsi də strateji təhlükəsizlik məsələsinə çevrilir”.

Geosiyasi baxımdan “Yaşıl Enerji Kabeli” layihəsinin Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırdığını vurğulayan deputat Azərbaycanın artıq təkcə enerji resurslarının sahibi deyil, həm də Avropa ilə Xəzər hövzəsini birləşdirən strateji enerji qovşağı funksiyasını yerinə yetirdiyini qeyd edib: “Bu isə ölkənin regional siyasi çəkisini və beynəlxalq münasibətlər sistemindəki mövqeyini gücləndirən amillərdən biridir. Layihənin daha bir mühüm xüsusiyyəti onun Mərkəzi Asiya istiqamətində real genişlənmə potensialının olmasıdır. Xəzərin şərq sahilində yerləşən Qazaxıstan və Özbəkistan son illərdə yaşıl enerji istehsalına böyük investisiyalar yatırırlar. Gələcəkdə bu ölkələrdə istehsal ediləcək elektrik enerjisinin Xəzər üzərindən Azərbaycana, buradan isə Qara dəniz vasitəsilə Avropaya ötürülməsi tamamilə real perspektiv hesab olunur. Beləliklə, Azərbaycan faktiki olaraq Mərkəzi Asiya ilə Avropa arasında, həm də bərpaolunan enerji tranzitinin əsas halqasına çevrilmək imkanını qazanmaqla enerji təhlükəsizliyi sahəsində geostrateji üstünlüyünü daha da gücləndirir”.

Deputat qeyd edib ki, bu proses təkcə enerji əməkdaşlığını deyil, bütövlükdə Türk dünyasının iqtisadi inteqrasiyasını da sürətləndirə bilər. Çünki Azərbaycan Xəzərin hər iki sahilində yerləşən dövlətləri vahid enerji platformasında birləşdirən əsas logistika və enerji mərkəzi rolunu oynayır. Nəticədə Trans-Xəzər əməkdaşlığı yeni iqtisadi məzmun qazanır.

Elçin Mirzəbəyli əlavə edib ki, Azərbaycanın yaşıl enerji diplomatiyasının digər mühüm üstünlüyü onun ölkənin çoxvektorlu və sabit xarici siyasət kursu ilə uzlaşmasıdır: “Rəsmi Bakı enerji layihələrini heç vaxt siyasi təzyiq aləti kimi təqdim etməyib. Məhz buna görə də Azərbaycan həm Avropa İttifaqı, həm Türkiyə, həm Gürcüstan, həm də Mərkəzi Asiya dövlətləri üçün etibarlı tərəfdaş imicini qoruyub saxlayır. Bu etibarlılıq isə iri infrastruktur layihələrinin həyata keçirilməsində ən vacib amillərdən biridir. Eyni zamanda, layihənin geoiqtisadi nəticələri də diqqətəlayiqdir. Yeni elektrik dəhlizinin yaradılması Azərbaycanın ixrac strukturunun şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, yaşıl texnologiyalar sahəsinə xarici investisiyaların cəlbinə və ölkənin enerji gəlirlərinin uzunmüddətli dayanıqlığının təmin edilməsinə töhfə verəcək. Bu isə postneft dövrünə keçid strategiyasının mühüm elementlərindən biri hesab oluna bilər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, layihənin qarşısında müəyyən çağırışlar da var. Qara dənizin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi böyük maliyyə resursları və mürəkkəb texnoloji həllər tələb edir. Bundan əlavə, Avropa elektrik bazarına tam inteqrasiya üçün enerji sistemlərinin sinxronlaşdırılması, hüquqi tənzimləmə mexanizmlərinin uyğunlaşdırılması və uzunmüddətli kommersiya müqavilələrinin formalaşdırılması da olduqca vacib amillərdir. Lakin Avropa İttifaqının bu layihəyə siyasi dəstəyi və beynəlxalq maliyyə institutlarının marağı onun reallaşma perspektivlərini əhəmiyyətli dərəcədə artırır və gerçəkləşəcəyinə şübhə yeri qoymur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

16:34
07 Avqust

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

16:30
07 Avqust

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

16:29
07 Avqust

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

16:28
07 Avqust

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər 

16:27
07 Avqust

ATƏT-in Minsk qrupunun ləğvi – tarixi zərurətdən yeni reallığa

16:24
07 Avqust

Qarşılıqlı etimada söykənən strateji tərəfdaşlıq 

16:15
07 Avqust

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi 

16:05
07 Avqust

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb 

16:03
07 Avqust

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

16:00
07 Avqust

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır 

15:57
07 Avqust

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

15:54
07 Avqust

Regionun siyasi tarixində mühüm dönüş nöqtəsi

15:40
07 Avqust

Tarixi zəfərdən mütləq sülhə 

15:24
07 Avqust

Vaşinqtondan başlayan yeni siyasi mərhələ

15:05
07 Avqust

Cənubi Qafqazda uzunmüddətli sülh və iqtisadi inteqrasiyanın başlanğıcı

14:48
07 Avqust

Tailandda 14 yaşlı şagird 8 adamı qətlə yetirəndən sonra intihar edib

13:39
07 Avqust

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb  

13:26
07 Avqust

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

13:24
07 Avqust

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

13:23
07 Avqust

ABŞ-də çip istehsalında istifadə olunan əsas xammala gömrük rüsumu tətbiq edilib

13:22
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!