07 Avqust 2026 08:00
335
SİYASƏT
A- A+
Unikal inkişaf və tərəfdaşlıq modeli 

Unikal inkişaf və tərəfdaşlıq modeli 


Prezident İlham Əliyevin uğurlu strategiyası, uzaqgörən siyasi kursu sayəsində Azərbaycan etibarlı tərəfdaşa, söz sahibi olan ölkəyə və sabitlik adasına çevrilib


Dünya mürəkkəb, qeyri-müəyyən və münaqişələrlə zəngin dövrünü yaşayır. Böyük güclər arasında rəqabətin kəskinləşməsi, qarşıdurma coğrafiyasının daha da genişlənməsi qlobal vəziyyəti arzuolunmaz hala salıb. İllərdir davam edən Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə yenidən alovlanan hadisələr bir daha nümayiş etdirir ki, beynəlxalq hüquq normaları öz çəkindirici funksiyasını çoxdan itirib. Problem ondadır ki, hərbi-siyasi toqquşmaların ən ağır zərbəsi qlobal iqtisadiyyata, nəqliyyat marşrutlarına və sivil əhaliyə dəyir. 

Geosiyasi böhranların dərinləşdiyi bir şəraitdə Azərbaycan tamamilə fərqli, nümunəvi bir siyasət ortaya qoyur. Ölkəmiz ətraf bölgələrdə cərəyan edən qarşıdurmaların əhatəsində daxili nizamını qoruyan, sosial-iqtisadi dayanıqlılığını artıran, dünya üçün etibarlı tərəfdaş statusunu gücləndirən unikal dövlətə çevrilir. Münaqişə səhifəsini tamamilə qapatmış Azərbaycan regional sülhün və təhlükəsizlik mühitinin təminatçısına çevrilib. 

Birmənalı vurğulamaq lazımdır ki, Azərbaycanın hərtərəfli tərəqqisi, beynəlxalq nüfuzunun artması və sabitlik məkanına çevrilməsi Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən, milli maraqlara söykənən dövlətçilik kursunun nəticəsidir. Ölkəmizin inkişafının, əldə edilən tarixi nailiyyətlərin təməlində müasir çağırışlara və milli mənafeyə uyğun reallaşdırılan praqmatik daxili və xarici siyasət dayanır. Dövlətimizin başçısının qəbul etdiyi qərarların uzunmüddətli hədəflərə hesablanması, siyasi, hüquqi və sosial-iqtisadi islahatların davamlı şəkildə həyata keçirilməsi, daxili və xarici risklərin neytrallaşdırılması Azərbaycanı böyük güclərin toqquşma poliqonu olmaqdan xilas edib. 

Hər bir dövlətin daxili təhlükəsizliyinin və siyasi sabitliyinin ən önəmli amili cəmiyyətin öz rəhbərinə böyük inam bəsləməsidir. Ölkəmizdə keçirilən rəy sorğularının nəticələri və mövcud reallıqlar birmənalı göstərir ki, Azərbaycanın bütün uğurlarının arxasında xalq-lider həmrəyliyi durur. Dövlət başçısının həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsi ictimai-siyasi sabitliyin əsasını təşkil edir. Məhz daxili birlik Azərbaycanı istənilən xarici təzyiqdən, təhdiddən qoruyan qalxan rolunu oynayır. 

Daxili sabitliyin və təhlükəsizliyin digər mühüm amili ölkəmizdə əsrlər boyu bərqərar olmuş multikulturalizm mühitidir. Fərqli dinə məxsus millətlərin dinc, həmrəy şəraitdə yaşaması Azərbaycanı ideoloji və dini qarşıdurmaların tüğyan etdiyi dünyada nümunəvi modelə çevirib. Bakı Prosesi və Qlobal Mədəniyyətlərarası Dialoq Forumları kimi beynəlxalq təşəbbüslər vasitəsilə ölkəmiz humanitar diplomatiyasını uğurla həyata keçirib, sülhə töhfə verib. 

Mövcud şəraitdə ciddi problemlərdən biri də etibarlı dialoq platformalarının yoxluğudur. Azərbaycan şərqlə qərbin, şimalla cənubun kəsişməsində yerləşərək fərqli siyasi qütblərin maraqlarını ortaq nöqtəyə gətirməyi bacaran birləşdirici rol oynayır. Hərbi bloklara daxil olmadan Qoşulmama Hərəkatına uğurla sədrlik edən ölkəmiz bütün tərəflərlə bərabərhüquqlu əlaqələr qurur, açıq diplomatiya yürüdür. NATO və Rusiya generallarının, ABŞ və Rusiya rəsmilərinin ən gərgin vaxtlarda belə Bakıda bir araya gəlməsi ölkəmizə etimadın bariz nümayişi idi. Bu etimad Azərbaycanın beynəlxalq miqyasda qərəzsiz və konstruktiv mövqe nümayiş etdirməsi ilə bağlıdır. Bakı müxtəlif sivilizasiyalar və siyasi sistemlər arasında dialoqu təşviq etməklə Avrasiya coğrafiyasında barışdırıcı mərkəz kimi mövqeyini möhkəmləndirir.

Diplomatik müstəvidə qazanılan yüksək etimadın təməlində həm də ölkəmizin suverenliyini, ərazi bütövlüyünü təmin etməsi faktı dayanır. Azərbaycanın hərb tarixinə yazılan 44 günlük Vətən müharibəsindəki Zəfəri və 2023-cü ilin antiterror tədbirləri dövlətimizin qüdrətini bütün dünyaya göstərdi. Bir çox münaqişənin illərlə "dondurulmuş" halda saxlanılmasına baxmayaraq, Azərbaycan öz torpaqlarını işğaldan azad edərək suverenliyini tam bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu mütləq qələbə beynəlxalq güclərin münaqişədən təzyiq aləti kimi istifadə etmək cəhdlərini birdəfəlik iflasa uğratdı.

Bu Zəfər ədalətin bərpası ilə yanaşı, Cənubi Qafqazda və Avrasiyada yeni geostrateji reallıqların yaranmasına səbəb oldu. İndi qalib Azərbaycan əməkdaşlıq qaydalarını özü müəyyənləşdirir, tərəfdaşlarına faydalı təkliflər təqdim edir. Bu gün Cənubi Qafqazda yaranmış sabitlik mühiti Azərbaycanın irəli sürdüyü sülh gündəliyinə söykənir. Eyni zamanda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa işləri ölkəmizin qurucu gücünün və iqtisadi müstəqilliyinin təcəssümüdür. 

Azərbaycanın formalaşdırdığı təhlükəsizlik və sabitlik mühiti dünya güclərinin də diqqət mərkəzindədir. ABŞ, Avropa İttifaqı, Çin kimi böyük güclər rəsmi Bakı ilə əlaqələri dərinləşdirməyə önəm verirlər. Xəzər hövzəsinin enerji resurslarının təhlükəsiz yollarla dünya bazarlarına çatdırılması ölkəmizin strateji əhəmiyyətini daha da yüksəldib. Avropa İttifaqı üçün Azərbaycan alternativ enerji mənbəyi və Mərkəzi Asiyaya açılan etibarlı qapıdır. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, "yaşıl enerji" layihələri tərəfdaşlığı daha da möhkəmləndirir.

Ənənəvi beynəlxalq marşrutların təhlükəsizliyini itirdiyi bir vaxtda Azərbaycanın logistik imkanları qlobal ticarət üçün xilas yoluna çevrilib. İllər öncədən reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir magistral yollar və hava limanları infrastrukturu ölkəmizi strateji tranzit mərkəzinə çevirib. Çindən çıxan yüklərin Avropaya qısa və təhlükəsiz çatdırılmasını təmin edən Orta dəhliz, eləcə də Zəngəzur dəhlizi kimi perspektivli layihələr qlobal tədarük zəncirində Azərbaycanın rolunu həlledici edir.

Ölkəmiz ekoloji problemlərin həllində, iqlim diplomatiyasında da öncül dövlətlərdən birinə çevrilib. Azərbaycanın COP29 kimi qlobal tədbirə evsahibliyi etməsi, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonalarının salınması və bərpa olunan enerji layihələrinə xarici investisiyaların cəlb edilməsi rəsmi Bakının gələcək hədəflərini göstərir. Ekoloji təhlükəsizlik gündəliyini fəal şəkildə təşviq edən Azərbaycan bu sahədə də Şərqlə Qərb arasında yeni əməkdaşlıq körpüləri salır.

Son illərdə Azərbaycanın beynəlxalq diplomatiyada artan fəallığı da ölkəmizin nüfuzunun yüksəlməsinin mühüm göstəricisidir. Geosiyasi və iqtisadi dəyişikliklər fonunda orta güclərin beynəlxalq münasibətlər sistemində rolu getdikcə artır. Belə bir reallıqda Azərbaycan çevik diplomatiyası, iqtisadi dayanıqlılığı, enerji və nəqliyyat imkanları ilə öz mövqeyini daha da gücləndirir. 

Bu çərçivədə Azərbaycanın türk dünyasının inteqrasiyasına verdiyi töhfələr də xüsusi rol oynayır. Türk Dövlətləri Təşkilatının güclənməsində və vahid hərbi-siyasi, iqtisadi platformaya çevrilməsində rəsmi Bakının fəal liderliyi aydın görünür. Bu strateji xətt Avrasiya coğrafiyasında yeni və etibarlı təhlükəsizlik çətirinin formalaşmasına birbaşa xidmət edir. 

Nəticə etibarı ilə, dünyanı bürüyən böhranlar və qarşıdurmalar fonunda Azərbaycanın nümayiş etdirdiyi inkişaf və sabitlik formulu bir daha sübut edir ki, həqiqi güc müstəqil siyasi iradə nümayiş etdirmək və milli maraqları qətiyyətlə qorumaq bacarığıdır. Bu gün əldə etdiyimiz bütün uğurlar uzunmüddətli dövlət strategiyasının və ardıcıl xarici siyasət kursunun məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu uğurlu model Azərbaycanın gələcək inkişafının, daxili əmin-amanlığının və beynəlxalq müstəvidəki yüksək statusunun ən etibarlı zəmanətidir.


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kürün kürlüyünü buraxdığı Kür qəsəbəsi

09:30
07 Avqust

Odlar yurdunun "Alov qüllələri" 

09:20
07 Avqust

Rəqəmsal gələcəyin təməli təhsildən başlayır

09:10
07 Avqust

Rəqəmsal dövrdə uşaqlarımızı necə qorumalıyıq?

09:00
07 Avqust

Ölkəmizin öndərliyi ilə türk dövlətləri vahid güc mərkəzi kimi çıxış edir

08:50
07 Avqust

Xarici siyasətimizin dəyişməz prinsipi

08:40
07 Avqust

Azərbaycan Cənubi Qafqazda İsveçrənin mühüm tərəfdaşıdır

08:30
07 Avqust

Azərbaycan Avrasiyanın yeni geosiyasi xəritəsinin memarlarından biridir

08:20
07 Avqust

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının yeni strateji mərhələsi

08:10
07 Avqust

Unikal inkişaf və tərəfdaşlıq modeli 

08:00
07 Avqust

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında 

00:55
07 Avqust

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 446-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə 

00:54
07 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 10 avqust tarixli 382 nömrəli, "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" 2000-ci il 10 avqust tarixli 383 nömrəli, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2012-ci il 6 iyun tarixli 648 nömrəli, "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası"nın təsdiqi haqqında" 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli, "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2018-ci il 18 dekabr tarixli 410 nömrəli və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

00:53
07 Avqust

B.Ə.Aslanbəylinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

00:52
07 Avqust

F.N.İsmayılovun Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilməsi haqqında

00:52
07 Avqust

E.T.Abdullayevin Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında

00:51
07 Avqust

F.N.İsmayılovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında

00:50
07 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında" 2021-ci il 27 aprel tarixli 1326 nömrəli, "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" 2025-ci il 15 yanvar tarixli 286 nömrəli fərmanlarında və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 2008-ci il 16 aprel tarixli 2761 nömrəli, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" 2014-cü il 10 yanvar tarixli 213 nömrəli və"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında" 2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

00:48
07 Avqust

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

22:43
06 Avqust

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

22:36
06 Avqust

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

22:29
06 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!