07 Avqust 2026 13:12
180
DÜNYA
A- A+
“Meta” şirkətinə uşaq təhlükəsizliyi ilə bağlı rekord cərimə kəsilib

“Meta” şirkətinə uşaq təhlükəsizliyi ilə bağlı rekord cərimə kəsilib


ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə “Meta” şirkətini sosial media platformalarında uşaqlar üçün yaradılan təhlükələr barədə ictimaiyyəti məlumatlandırmadığına görə 567 milyon dollar məbləğində əlavə cərimələyib. Bu, uşaq təhlükəsizliyi üzrə sosial media nəhənginə qarşı çıxarılan ən böyük məhkəmə qərarıdır.

“BBC” xəbər verir ki, hakim Brayan Bidsşayd “Meta”nı hava çirklənməsinə bənzər bir “ictimai təhlükə” adlandırıb və şirkətin bu vəsaitləri gələcək zərərlərin azaldılması üçün nəzərdə tutulan xüsusi fonda köçürməli olduğunu bildirib.

Qeyd edək ki, bu məbləğ “Meta”nın həmin iş üzrə əvvəllər ödənilməsi həvalə edilmiş 375 milyon dollarlıq cəriməsinə əlavə olunub və ümumi məbləğ 942 milyon dollara çatıb. Məhkəmə “Meta”nı fabrikə, onun reklam və məzmununu məhsula, uşaqlara dəyən psixoloji zərəri çirklənməyə bənzədib. 567 milyon dolların 420 milyon dolları uşaqlara dəymiş zərərlərin müalicəsinə, qalan hissəsi isə müəllimlər və səhiyyə işçiləri üçün maarifləndirmə təlimlərinə xərclənəcək. 18 yaşdan kiçik istifadəçilərin hesabları böyüklərə tövsiyə olunmayacaq və böyüklər onlara mesaj yaza bilməyəcək. Yeniyetmələr üçün “bəyənmə” sayları gizlədiləcək. Saat 22:00-07:00 arası, həmçinin dərs vaxtları (08:00-15:00) bildirişlər dayandırılacaq. “İnstagram” və “Facebook” üzrə yetkinlik yaşına çatmayanlar üçün aylıq maksimum 90 saatlıq istifadə limiti qoyulacaq.

“Meta” şirkətinin nümayəndəsi məhkəmə qərarı ilə razılaşmadıqlarını və apellyasiya şikayəti verəcəklərini bildirib. Şirkət platformalarda təhlükəsizliyi təmin etmək üçün intensiv çalışdıqlarını və yeniyetmələrin mühafizəsi istiqamətindəki fəaliyyətlərinə əmin olduqlarını vurğulayıb.


Təhminə VERDİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tailandda 14 yaşlı şagird 8 adamı qətlə yetirəndən sonra intihar edib

13:39
07 Avqust

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb  

13:26
07 Avqust

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

13:24
07 Avqust

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

13:23
07 Avqust

ABŞ-də çip istehsalında istifadə olunan əsas xammala gömrük rüsumu tətbiq edilib

13:22
07 Avqust

Türkiyədə cinayətə sövq edilən uşaqlarla bağlı yeni qanun qəbul olunur

13:20
07 Avqust

Avropada meşə yanğınları 19 milyard avrodan çox zərər vurub

13:19
07 Avqust

Yunanıstanda ağcaqanadlar vasitəsi ilə ötürülən virus sürətlə yayılır

13:17
07 Avqust

Süni intellekt ilk dəfə tam funksional yeni viruslar yaradıb

13:14
07 Avqust

“Meta” şirkətinə uşaq təhlükəsizliyi ilə bağlı rekord cərimə kəsilib

13:12
07 Avqust

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

13:09
07 Avqust

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

13:04
07 Avqust

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb

12:54
07 Avqust

Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb  

12:53
07 Avqust

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub

12:53
07 Avqust

Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi  

12:51
07 Avqust

“Sinxua”: Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanı nəqliyyat-logistika habına çevirir

12:49
07 Avqust

Donald Tramp ABŞ-də "doğum turizmi"ni yenidən qadağan etmək istəyir

12:13
07 Avqust

Nabranda təmizlik aksiyası keçirilib

12:03
07 Avqust

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

12:00
07 Avqust

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu 

11:45
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!