07 Avqust 2026 13:14
173
Elm və texnika
A- A+
Süni intellekt ilk dəfə tam funksional yeni viruslar yaradıb

Süni intellekt ilk dəfə tam funksional yeni viruslar yaradıb


Stenford Universitetinin tədqiqatçıları süni intellektdən istifadə edərək laboratoriya şəraitində çoxalmağa və fəaliyyət göstərməyə qadir olan tamamilə yeni viruslar layihələndiriblər. Bu, elmdə süni intellekt tərəfindən bütöv genomların uğurla yaradıldığı ilk haldır.

“BBC” xəbər verir ki, süni intellektin dizayn etdiyi 16 yeni virus yalnız bakteriyaları yoluxdurmaq üçün hazırlanıb və insanlar üçün heç bir təhlükə törətmir. Mütəxəssislər bu nailiyyəti xəstəliklərin müalicəsində yeni dövrün qapısını aça biləcək mühüm proses adlandırsalar da, eyni zamanda ciddi biotəhlükəsizlik xəbərdarlıqları da ediblər. Bu süni intellekt sistemləri canlıların genetik kodunu öyrənib. Alimlər virus, bakteriya, bitki və insan genomları əsasında hazırlanan 302 dizaynı laboratoriyada sınaqdan keçiriblər. Bunlardan 16-sı yalnız zərərli bakteriyaları hədəf alaraq onları məhv edən xüsusi viruslar yarada bilib. Bu texnologiya antibiotiklərə müqavimət göstərən “superbakteriyalara” qarşı yeni müalicə yolları tapmağa və yeni dərmanlar hazırlamağa imkan verəcək.

Con Hopkins Universitetinin Sağlamlıq Təhlükəsizliyi Mərkəzinin ekspertləri “Science” jurnalında dərc olunan məqalədə bildiriblər ki, bu texnologiya yeni xəstəliklərin bədxassəli məqsədlərlə yaradılması riskini də artırır. Alimlər təhlükəsizliyi qorumaq üçün insanları və mürəkkəb canlıları yoluxduran virusları təlim bazasından çıxarıb və tədqiqatı yalnız tam təcrid olunmuş laboratoriyalarda aparıblar. Mütəxəssislər qeyd edirlər ki, tarixdə ilk dəfə biologiyanın kompüter vasitəsilə sıfırdan dizayn edilməsi insanlığın gələcək xərçəng, genetik xəstəliklər və immunoterapiya müalicələrində inqilab edə bilər.


Təhminə VERDİYEVA.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tailandda 14 yaşlı şagird 8 adamı qətlə yetirəndən sonra intihar edib

13:39
07 Avqust

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb  

13:26
07 Avqust

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

13:24
07 Avqust

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

13:23
07 Avqust

ABŞ-də çip istehsalında istifadə olunan əsas xammala gömrük rüsumu tətbiq edilib

13:22
07 Avqust

Türkiyədə cinayətə sövq edilən uşaqlarla bağlı yeni qanun qəbul olunur

13:20
07 Avqust

Avropada meşə yanğınları 19 milyard avrodan çox zərər vurub

13:19
07 Avqust

Yunanıstanda ağcaqanadlar vasitəsi ilə ötürülən virus sürətlə yayılır

13:17
07 Avqust

Süni intellekt ilk dəfə tam funksional yeni viruslar yaradıb

13:14
07 Avqust

“Meta” şirkətinə uşaq təhlükəsizliyi ilə bağlı rekord cərimə kəsilib

13:12
07 Avqust

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

13:09
07 Avqust

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

13:04
07 Avqust

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb

12:54
07 Avqust

Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb  

12:53
07 Avqust

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub

12:53
07 Avqust

Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi  

12:51
07 Avqust

“Sinxua”: Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanı nəqliyyat-logistika habına çevirir

12:49
07 Avqust

Donald Tramp ABŞ-də "doğum turizmi"ni yenidən qadağan etmək istəyir

12:13
07 Avqust

Nabranda təmizlik aksiyası keçirilib

12:03
07 Avqust

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

12:00
07 Avqust

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu 

11:45
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!