07 Avqust 2026 16:05
156
SİYASƏT
A- A+
Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi 

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi 


Avqustun 8-i Azərbaycanın sülh və diplomatiya tarixində mühüm mərhələdir. Eyni zamanda, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni reallıqlar fonunda baş vermiş tarixi hadisədir. 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti Vaşinqtonda, Ağ Evdə qalib lider kimi qarşılandı. Prezident İlham Əliyev təkcə müharibədə Qələbə qazanmış dövlət başçısı deyil, həm də Cənubi Qafqaz kimi həssas və strateji əhəmiyyətə malik regiona sülh, sabitlik və təhlükəsizlik gətirmiş, yeni regional status-kvonun müəllifi kimi ABŞ Prezidenti tərəfindən qəbul edildi. Əslində, bu prosesə doğru Azərbaycan uzun müddət addımlayırdı. 2020-ci ildə Ermənistan üzərində qazanılmış tarixi Qələbə, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə tam başa çatdı. Bunun nəticəsində Azərbaycan həm ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam təmin etdi və Cənubi Qafqazda beynəlxalq hüquqa əsaslanan yeni, ədalətli status-kvo formalaşdırdı. Bu reallıqlar fonunda Cənubi Qafqaz dünya dövlətlərinin diqqət mərkəzinə yeni məzmunla daxil oldu. Əvvəllər region münaqişə ocağı kimi qiymətləndirilir, böyük dövlətlər tərəfindən geosiyasi təsir aləti kimi istifadə edilirdi. Artıq Cənubi Qafqaz münaqişə bölgəsi deyil, sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunduğu, eyni zamanda, beynəlxalq logistika və iqtisadi maraqlara cavab verən etibarlı region kimi qəbul edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Xəyal Bəşirov deyib.

Ermənistan ərazisindən keçən, təxminən 42 kilometrlik hissənin idarə olunması ilə bağlı əldə edilmiş TRIPP layihəsinin də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqların tərkib hissəsi olduğunu vurğulayan siyasi şərhçi bildirib: “Münaqişə və müharibənin davam etdiyi bir regionda heç bir beynəlxalq layihənin həyata keçirilməsi mümkün olmazdı. Təhlükəsizlik təmin edilmədən nə dövlətlər, nə beynəlxalq şirkətlər, nə də iri investorlar belə bir marşrutdan istifadə edərdilər. Bu gün isə həmin imkan yaranıb. Formalaşan yeni nəqliyyat dəhlizi təkcə Azərbaycan, Ermənistan və qonşu dövlətlərin deyil, bütövlükdə Şərqlə Qərbi birləşdirən beynəlxalq iqtisadi əlaqələrin maraqlarına xidmət edən mühüm marşruta çevrilib. Bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətin və uğurlu diplomatiyanın məntiqi nəticəsidir. ABŞ kimi qlobal gücün rəhbəri Donald Trampın ötən il avqustun 8-dən etibarən Azərbaycan Prezidenti haqqında müsbət fikirlər səsləndirməsi, Azərbaycanı dost dövlət, Azərbaycan xalqını isə dost xalq kimi xarakterizə etməsi, Prezident İlham Əliyevin müxtəlif çıxışlarından sitatlar gətirməsi və bunları sosial media hesablarında paylaşması göstərir ki, o, Azərbaycanın yürütdüyü siyasəti yüksək qiymətləndirir və təqdir edir”.

O qeyd edib ki, eyni zamanda, müxtəlif dövrlərdə baş tutan birbaşa təmaslar və məktublaşmalar da ABŞ rəhbərliyinin Azərbaycana münasibətinin əvvəlki dövrlərlə müqayisədə fərqli mərhələyə qədəm qoyduğunu göstərir: “Biz bu əlverişli siyasi şəraitdən istifadə edərək, ABŞ Konqresinin 907-ci düzəlişinin aradan qaldırılmasına nail olmağı hədəfləyirik və bu istiqamətdə artıq yüksək səviyyədə razılıq əldə olunub. Hesab edirəm ki, Azərbaycanın hərbi qələbəsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunması ilə yanaşı, son beş il ərzində həyata keçirilən uğurlu diplomatiyanın nəticəsi olaraq 2025-ci il avqustun 8-də dünya Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmiş və faktiki olaraq təsdiqləmiş oldu. Bu görüş Azərbaycan diplomatiyasının və sülh siyasətinin ən mühüm uğurlarından biri kimi qiymətləndirilə bilər”.

Politoloq vurğulayıb ki, bu proses təkcə Cənubi Qafqazda deyil, bütövlükdə dünyada Azərbaycanın nüfuzunun, rolunun və beynəlxalq etimadının artmasına mühüm töhfə verdi. Eyni zamanda, bu prosesin əsas müəllifi kimi Prezident İlham Əliyev həm müharibəni Qələbə ilə başa çatdıran lider, həm antiterror tədbirlərini yüksək peşəkarlıqla həyata keçirən Ali Baş Komandan, həm də regiona sülh, təhlükəsizlik və sabitlik gətirən dövlət başçısı kimi tarixdə öz yerini möhkəmləndirdi.

“Zəngəzur dəhlizi kimi mühüm strateji layihənin reallaşması istiqamətində atılan addımlar da onun həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Əminliklə demək olar ki, bu tarix həm Azərbaycan xalqının, həm regionun, həm də dünya sülh tarixinin yaddaşında mühüm hadisə kimi qalacaq. Gələcək nəsillər də bu prosesin nəticəsi olaraq formalaşan sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlıq mühitindən faydalanacaqlar”, - deyə X.Bəşirov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

16:34
07 Avqust

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

16:30
07 Avqust

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

16:29
07 Avqust

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

16:28
07 Avqust

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər 

16:27
07 Avqust

ATƏT-in Minsk qrupunun ləğvi – tarixi zərurətdən yeni reallığa

16:24
07 Avqust

Qarşılıqlı etimada söykənən strateji tərəfdaşlıq 

16:15
07 Avqust

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi 

16:05
07 Avqust

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb 

16:03
07 Avqust

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

16:00
07 Avqust

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır 

15:57
07 Avqust

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

15:54
07 Avqust

Regionun siyasi tarixində mühüm dönüş nöqtəsi

15:40
07 Avqust

Tarixi zəfərdən mütləq sülhə 

15:24
07 Avqust

Vaşinqtondan başlayan yeni siyasi mərhələ

15:05
07 Avqust

Cənubi Qafqazda uzunmüddətli sülh və iqtisadi inteqrasiyanın başlanğıcı

14:48
07 Avqust

Tailandda 14 yaşlı şagird 8 adamı qətlə yetirəndən sonra intihar edib

13:39
07 Avqust

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb  

13:26
07 Avqust

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

13:24
07 Avqust

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

13:23
07 Avqust

ABŞ-də çip istehsalında istifadə olunan əsas xammala gömrük rüsumu tətbiq edilib

13:22
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!