07 Avqust 2026 13:24
174
SİYASƏT
A- A+
Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub


Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin bir il əvvəl Amerika Birləşmiş Ştatlarında (ABŞ) paraflanması və bu prosesdə ABŞ Prezidentinin iştirak etməsi 2020-ci ildən etibarən davam edən sülh prosesinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Çünki Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra sülhə aparan yolda həm bölgədə, həm də beynəlxalq müstəvidə çox ciddi maneələr mövcud idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu səsləndirib.

Deputat bildirib ki, həmin maneələr bir tərəfdən işğalın yaratdığı reallıqlardan qaynaqlanırdısa, digər tərəfdən ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların sülh prosesinə müdaxilə cəhdləri ilə müşayiət olunurdu. Müxtəlif siyasi mərkəzlər vasitəçilik adı altında prosesdə iştirak etməyə çalışsalar da, əsl məqsəd regionda uzunmüddətli sülhün təmin olunmasından daha çox öz geosiyasi maraqlarını reallaşdırmaq idi: “Azərbaycan sülh yolunda qarşıya çıxan əsas maneələri mərhələli şəkildə aradan qaldırmağı bacardı. Bu baxımdan 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri xüsusi əhəmiyyət daşıyırdı. Həmin tədbirlər nəticəsində Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində tam bərpa olundu və ərazidə sülhə mane ola biləcək hərbi-siyasi amillər tamamilə aradan qaldırıldı. Bundan sonra da bəzi xarici güclər və beynəlxalq təsisatların prosesə təsir göstərmək cəhdləri davam edirdi. Bu istiqamətdə Fransa, İran, Rusiya, eləcə də Avropa İttifaqı Şurası və onun Prezidenti Şarl Mişel müxtəlif təşəbbüslərlə çıxış edirdilər. Lakin bu təşəbbüslərin hər birində müəyyən manipulyativ elementlər mövcud idi. Onlar zahirən sülhün tərəfdarı kimi çıxış etsələr də, əslində regionda siyasi və geosiyasi maraqlarını təmin etməyə çalışırdılar. Hesab edirəm ki, Prezident İlham Əliyev bu mürəkkəb geosiyasi şəraitdə strateji baxımdan olduqca mühüm və uzaqgörən addımlar atdı. Azərbaycan bütün vasitəçiləri mərhələli şəkildə prosesdən kənarlaşdırmağa nail oldu və Ermənistanla birbaşa danışıqlar nəticəsində sülh sazişinin mətnini paraflanma mərhələsinə çatdırdı. ABŞ-də paraflanan sənəd məhz bu siyasi xəttin nəticəsi idi".

Hikmət Babaoğlu diqqətə çatdırıb ki, sülhün əldə olunması yalnız sənədin paraflanması ilə yekunlaşmır. “Davamlı sülhün əsas şərtlərindən biri regionda bütün nəqliyyat və kommunikasiya xətlərinin açılması, iqtisadi inteqrasiyanın təmin olunması və qarşılıqlı əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Azərbaycan ötən dövr ərzində bu istiqamətdə də mühüm təşəbbüslərlə çıxış edib. Ermənistanın uzun illər həyata keçirdiyi işğalçılıq siyasətinin nəticəsində yaranmış blokada vəziyyətinin aradan qaldırılması üçün Azərbaycan üzərinə düşən addımları atıb, regional ticarət əlaqələrinin bərpasına və inteqrasiyanın genişlənməsinə töhfə verməyə çalışıb. Paraflanmış sülh sənədində ən mühüm məsələlərdən biri TRIPP marşrutu ilə bağlı razılaşmadır. Bu razılaşma gələcəkdə regionun geosiyasi və geoiqtisadi inkişafına ciddi təsir göstərəcək tarixi hadisə kimi qiymətləndirilə bilər. ABŞ-də sənəd paraflanana qədər müxtəlif vasitəçilər – Fransa, Rusiya, İran və Avropa İttifaqı Şurası Zəngəzur dəhlizi və ya TRIPP marşrutu üzərində təsir imkanları əldə etməyə çalışırdı. Bu cəhdlərin müəyyən elementləri bu gün də tam aradan qalxmayıb. Həmin dairələr marşrutun yalnız dəmir yolu əlaqəsi ilə məhdudlaşdırılmasını istəyirdi ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana avtomobil yolu ilə birbaşa çıxış təmin olunmasın və gələcəkdə bu amildən ölkəyə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etmək mümkün olsun. Bu gün isə artıq tamamilə fərqli mənzərə formalaşır. TRIPP marşrutu paralel nəqliyyat-kommunikasiya xətlərini nəzərdə tutur. Buraya dəmir yolu, avtomobil yolu, optik kabel infrastrukturu daxildir. Azərbaycanın xarici işlər naziri də çıxışlarının birində qeyd edib ki, gələcəkdə bu marşrut tranzit neft və qaz kəmərlərinin çəkilməsi üçün də mühüm dəhliz rolunu oynaya bilər", – deyə o vurğulayıb.

Deputatın fikrincə, bu perspektivlər regionda sülhü daha cəlbedici edir və iqtisadi əməkdaşlığın miqyası genişləndikcə prosesə qoşulmamaq faktiki olaraq mümkün olmayacaq. O hesab edir ki, burada təhlükəsizlik təminatları da xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan TRIPP marşrutu ilə bağlı ABŞ-nin mövqeyi mühüm rol oynayır: “Artıq layihələndirmə işləri sürətlə davam edir, marşrutun həyata keçirilməsi üçün ABŞ tərəfindən transmilli şirkət müəyyənləşdirilib və bu istiqamətdə praktik hazırlıq mərhələsinə başlanılıb. Proses yaxın perspektivdə sülhün əldə olunmasını və kommunikasiyaların açılmasını daha da sürətləndirə bilər. Bunun üçün Ermənistan da üzərinə düşən öhdəlikləri yerinə yetirməli, Azərbaycana qarşı ərazi iddialarını öz Konstitusiyasından çıxarmalıdır. Hazırki mərhələdə də müəyyən marjinal qruplar və imperialist düşüncəli siyasi mərkəzlər sülh sazişinin imzalanmasına mane olmağa çalışır. Sülh sazişi imzalandıqdan sonra hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməlidir. Bu mərhələdən sonra sənəd dövlətlərarası hüquqi razılaşma olmaqla yanaşı, faktiki olaraq xalqlar arasında qəbul edilmiş siyasi razılaşma statusu qazanacaq. Çünki parlamentlər xalqın seçdiyi nümayəndələrdən ibarətdir və onların ratifikasiya etdiyi sənədlər xalq iradəsini ifadə edir. Sülhün əldə olunmasını istəməyən qüvvələr hələ də mövcuddur. Lakin hesab edirəm ki, Azərbaycanın prinsipial və ardıcıl mövqeyi bu prosesi artıq geri dönməz mərhələyə çatdırıb. Ermənistan da üzərinə düşən son öhdəlikləri yerinə yetirdikdən sonra regionda davamlı sülhün əldə olunması mümkün olacaq".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tailandda 14 yaşlı şagird 8 adamı qətlə yetirəndən sonra intihar edib

13:39
07 Avqust

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb  

13:26
07 Avqust

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

13:24
07 Avqust

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

13:23
07 Avqust

ABŞ-də çip istehsalında istifadə olunan əsas xammala gömrük rüsumu tətbiq edilib

13:22
07 Avqust

Türkiyədə cinayətə sövq edilən uşaqlarla bağlı yeni qanun qəbul olunur

13:20
07 Avqust

Avropada meşə yanğınları 19 milyard avrodan çox zərər vurub

13:19
07 Avqust

Yunanıstanda ağcaqanadlar vasitəsi ilə ötürülən virus sürətlə yayılır

13:17
07 Avqust

Süni intellekt ilk dəfə tam funksional yeni viruslar yaradıb

13:14
07 Avqust

“Meta” şirkətinə uşaq təhlükəsizliyi ilə bağlı rekord cərimə kəsilib

13:12
07 Avqust

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

13:09
07 Avqust

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

13:04
07 Avqust

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb

12:54
07 Avqust

Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb  

12:53
07 Avqust

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub

12:53
07 Avqust

Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi  

12:51
07 Avqust

“Sinxua”: Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanı nəqliyyat-logistika habına çevirir

12:49
07 Avqust

Donald Tramp ABŞ-də "doğum turizmi"ni yenidən qadağan etmək istəyir

12:13
07 Avqust

Nabranda təmizlik aksiyası keçirilib

12:03
07 Avqust

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

12:00
07 Avqust

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu 

11:45
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!