21 Avqust 2026 11:26
160
CƏMİYYƏT
A- A+
Üzümün insan orqanizminə hansı faydaları var?

Üzümün insan orqanizminə hansı faydaları var?

Yay mövsümünün sonlarında yetişən və süfrələrimizin ən çox istifadə olunan nemətlərindən biri - üzüm zəngin vitamin, mineral və antioksidant tərkibi ilə sağlam qidalanmada mühüm yer tutur. Müxtəlif sortları ilə seçilən üzüm orqanizmin enerji tələbatının ödənilməsinə, ürək-damar sisteminin fəaliyyətinin dəstəklənməsinə və həzm prosesinin yaxşılaşdırılmasına kömək edən faydalı qida mənbəyidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Sevil Abduləliyeva üzümün insan sağlamlığı üçün faydalarından danışarkən deyib.

Mütəxəssisin sözlərinə görə, üzümün tərkibində C və K vitaminləri, kalium, mis, müxtəlif mineral maddələr, təbii şəkərlər və pəhriz lifləri ilə yanaşı, orqanizm üçün faydalı bioloji aktiv maddələr də var. Xüsusilə tünd rəngli üzüm sortlarında antioksidant xüsusiyyətə malik polifenolların miqdarı daha yüksəkdir.

“Üzümün tərkibindəki polifenollar və digər antioksidant birləşmələr hüceyrələrin sərbəst radikalların zərərli təsirindən qorunmasına kömək edir. Bu maddələr orqanizmdə oksidləşdirici stressin azalmasında, ürək-damar sisteminin normal fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır. Üzümün tərkibindəki kalium isə ürəyin funksiyalarını tənzimləməyə töhfə verir”, – deyə Sevil Abduləliyeva bildirib.

Dosent qeyd edib ki, üzüm təbii karbohidratlarla zəngin olduğundan orqanizm tərəfindən tez qəbul olunan enerji mənbəyidir. Meyvənin tərkibindəki su və pəhriz lifləri isə həzm sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Lakin üzümün faydalı xüsusiyyətlərindən yararlanmaq üçün onun gündəlik qəbul miqdarına diqqət yetirmək lazımdır. Çünki bu giləmeyvədəki təbii şəkərin miqdarı digər bəzi meyvələrlə müqayisədə daha yüksəkdir.

Mütəxəssis vurğulayıb ki, üzümün faydalarından maksimum yararlanmaq üçün onu mövsümündə və təzə halda istehlak etmək daha məqsədəuyğundur: “Meyvəni qəbul etməzdən əvvəl bol axar su altında yaxşı yumaq, zədələnmiş və xarab olmuş gilələri ayırmaq vacibdir. Üzümün uzun müddət otaq temperaturunda saxlanılması onun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Buna görə də meyvənin sərin şəraitdə və saxlama qaydalarına əməl olunmaqla qorunması tövsiyə edilir”.

S.Abduləliyeva əlavə edib ki, üzümdən müxtəlif qida məhsullarının hazırlanmasında, o cümlədən kişmiş, şirə və digər ənənəvi nemətlərin istehsalında geniş istifadə olunur. Bununla belə, üzüm şirəsi və xüsusilə qurudulmuş üzüm təzəyə nisbətən daha konsentrasiyalı şəkər ehtiva etdiyindən onların istehlakında da ölçülü olmaq vacibdir.

Sağlam və balanslı qidalanmada mövsümi meyvə və giləmeyvələrə üstünlük verilməsi orqanizmin müxtəlif qida maddələri ilə təmin olunmasına imkan yaradır. Üzüm də düzgün miqdarda qəbul edildikdə gündəlik rasionun faydalı və dadlı komponentinə çevrilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycandan İsveçrəyə xam neft ixracı 3 dəfə artıb

11:51
21 Avqust

Paytaxtda və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb

11:50
21 Avqust

Ötən gün narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib

11:34
21 Avqust

Rusiya ordusu Ukraynanın Moldova ilə sərhədində yerləşən keçid məntəqəsinə zərbə endirib

11:33
21 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib

11:31
21 Avqust

Tural Gəncəliyev: Bakıdakı konfrans Afrika nümayəndələrini ədalət tələbi ətrafında birləşdirib

11:30
21 Avqust

Ruanda səfiri: Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb

11:29
21 Avqust

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Qurbanov Binəqədi rayonunda torpağa tapşırılıb

11:28
21 Avqust

Üzümün insan orqanizminə hansı faydaları var?

11:26
21 Avqust

Konqo nümayəndəsi: Belçika müstəmləkəçiliyinin ağır fəsadları bu gün də hiss olunur

11:18
21 Avqust

Azərbaycanın yeniyetmə cüdoçusu dünya çempionu olub

11:17
21 Avqust

Azərbaycan nefti 96,68 dollara satılır

11:15
21 Avqust

Abbas Abbasov: Reparasiya yalnız maliyyə kompensasiyası deyil, tarixi ədalətin bərpası vasitəsi olmalıdır

11:14
21 Avqust

Alyaskada qəzaya uğrayan təyyarənin göyərtəsindəki 8 nəfərin hamısı həlak olub

11:13
21 Avqust

Bakıda Belçika müstəmləkəçiliyi ilə bağlı beynəlxalq konfrans keçirilir

11:12
21 Avqust

Avqustun 21-i Beynəlxalq Terror Qurbanlarını Anma Günüdür

10:41
21 Avqust

Qızılın qiyməti 4600 dollara çatır

10:35
21 Avqust

MSK sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

10:11
21 Avqust

Gecikmiş bəraət 

10:00
21 Avqust

Xocalı sakini: Arzumuz doğma torpağımıza qayıtmaq olub

09:53
21 Avqust

Bir şəklin tarixçəsi və ya ermənipərəst bolşeviklərin cinayətləri

09:50
21 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!