08 Fevral 2025 08:40
527
SİYASƏT
A- A+
Üzqarası USAID

Üzqarası USAID


Yaxud ziyanın yarısından qayıtmaq da xeyirdir


Dünya ötən ilin payızında ABŞ-də keçirilən prezident seçkilərini diqqətlə izləyirdi. Co Baydenin, sonra onu əvəzləyən Kamala Harrisin ABŞ-yə və dünyaya nə vəd verəcəyi məlum idi, əsas diqqətçəkən Donald Trampın vədləri idi.     

D.Trampa marağın yüksək olması səbəbsiz deyildi. Çünki Co Bayden administrasiyasının apardığı siyasət qlobal iqtisadiyyata ciddi ziyan vurmuş, İkinci Dünya müharibəsindən sonra beynəlxalq müstəvidə formalaşmış bütün hüquqi dəyərləri dağıtmışdır. Demokratların apardığı siyasət rəqiblərini deyil, müttəfiqlərini də narazı salmışdır. Xüsusilə Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına, o cümlədən ABŞ-nin Avropadakı müttəfiqlərinə zərbə vurmaqla davam edirdi. Əminliklə demək olar ki, müharibədən Rusiya qədər ABŞ-nin Avropadakı müttəfiqləri də ziyan çəkirdi. Təsadüfi deyil ki, Avropada qitənin indiyədək belə çətin sosial-iqtisadi duruma düşmədiyini dilə gətirirlər. Ona görə də hamı D.Trampın gəlişi ilə bu gərginliyin azalacağını düşünürdü. 

D.Tramp da seçkiöncəsi bütün görüşlərində seçicilərə səslənirdi ki, sizin yoxsul yaşamağınızın əsas səbəbi vergi şəklində ödədiyiniz vəsaitin Amerika xalqının ehtiyaclarına xərclənməməsidir. Ən çox vurğuladığı məsələ isə dövlət idarəetməsində olan korrupsiya idi. Onun məşhur iş adamı, həm də dünyanın ən varlı şəxsi olan İlon Maskı ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbər təyin etməsi də bununla bağlıdır. 

İndi Amerikada kartlar yenidən dağıdılır. Bu ölkədəki siyasi təhlilçilərin fikrincə, indiyədək hakimiyyətdə kök salmış bir çox korrupsiya cinayətlərinin üstü açıla bilər.  Onlar qeyd edirlər ki, bu təkcə USAID-lə bitməyəcək. Hərbi sənaye kompleksi ilə Pentaqon arasında da bir çox şübhəli məqamlar var. Bununla belə, USAID-in dünyada həyata keçirdiyi pozucu əməlləri, korrupsiya və suveren dövlətlərin daxili işlərinə kobud şəkildə müdaxilə etməsi beynəlxalq aləmdə müzakirə olunan əsas məsələlərdir. Əvvəllər  də USAID-in qanunsuz əməllərlə məşğul olması bəlli idi. Hətta bu barədə mətbuatda vaxtaşırı yazılar da dərc olunurdu. İndi isə bu işlə birbaşa Amerika dövləti məşğul olur və dəhşətli faktların üstü açılır.   

İlon Maskın rəhbərlik etdiyi DOGE USAID-in məxfi sənədlərinə çıxış əldə edib. Maskın köməkçilərindən ibarət kiçik qrup Ronald Reyqan binasına gələrək agentliyin ofislərinə, o cümlədən məxfi məlumatların saxlanıldığı otağa girişin təmin edilməsini tələb edib. Yayılan məlumata görə, agentliyin ofisində qrupla binanın mühafizəçiləri arasında münaqişə yaranıb, onlar məxfi sənədlərin saxlanıldığı otağa girişə icazə vermək istəməyiblər. Ammas qrup binanın bir neçə mərtəbəsini gəzərək bəzi kabinetləri yoxlaya bilib. "Blomberg" Agentliyin məlumatına görə, gənclərdən biri Maska zəng edib və o, köməkçilərinin məxfi sənədlərə çıxış əldə etməyəcəyi halda binanın təhlükəsizlik işçilərini ABŞ marşal xidmətini cəlb etməklə hədələyib. Nəticədə departament əməkdaşları "axtardıqları bəzi şeylərə" çıxış əldə ediblər.

Hazırda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesi gedir. Bu barədə İlon Mask "X" sosial şəbəkəsində paylaşım edib. "Biz USAID-in ləğvi prosesindəyik", - deyərək bildirib. O həmçinin vurğulayıb ki, USAID bərpa oluna bilməz: "Bu qurdlu alma deyil, sadəcə qurd topasıdır... Alma yoxdur, ona görə də hər şeydən xilas olmaq lazımdır". Prezident Donald Tramp isə USAID rəhbərliyində ifrat radikalların olduğunu bildirib və onların təşəbbüslərinin 90 gün ərzində dondurulması barədə qərar qəbul edib. 

Bu təşkilatın nə qədər qərəzli olmasını bizə münasibətindən də aydın görmək mümkündür. Hələ Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal ediləndə və ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkün olanda USAID  işğalçı dövlətə yardım göstərirdi. Konkret fakt: ötən dövr ərzində USAID Ermənistana yarım milyard dollara yaxın yardım edib. Halbuki özünü  "demokratiya və insan haqlarının müdafiəçisi" kimi təqdim edən təşkilat  işğalçıya yardım göstərməməli idi. 

Prezident İlham Əliyev dəfələrlə Qərbin bəzi strukturlarının başqa dövlətlərin daxili işlərinə müdaxilə etmələri hallarını pisləmişdir. Dövlət başçısı "Rossiya seqodnaya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində bu barədə demişdir: "Bəli, təbii ki. İkincisi, yardım asılılıq yaratmamalıdır. Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil". Prezident həmçinin uzaqgörənlik nümayiş etdirərək bildirmişdir ki, Tramp onu qadağan edə bilər. 

Artıq dövlətimizin başçısının dediyi baş verdi - ABŞ-nin və dünyanın başına bəla olan bu üzdəniraq təşkilat ləğv edilir.     


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

18:49
04 İyun

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

18:41
04 İyun

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir  

18:34
04 İyun

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq  

18:29
04 İyun

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib  

18:26
04 İyun

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub

18:23
04 İyun

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik  

18:21
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

18:13
04 İyun

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir  

18:08
04 İyun

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

18:01
04 İyun

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük  

17:58
04 İyun

Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

17:54
04 İyun

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

17:47
04 İyun

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

17:41
04 İyun

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

17:39
04 İyun

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

17:31
04 İyun

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan

17:28
04 İyun

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

17:23
04 İyun

Ermənistan və ABŞ "Tramp marşrutu" üzrə saziş imzalayıblar  

17:20
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!