25 Aprel 2026 08:45
194
Mədəniyyət
A- A+
Ustad nasir

Ustad nasir


Azərbaycan ədəbiyyatı tarixində elə şəxsiyyətlər var ki, onlar təkcə yazdıqları kitablarla deyil, həm də yetişdirdikləri nəsillərlə, qoyub getdikləri mənəvi irslə yaşayırlar. Bu uca zirvələrdən biri, adı çəkiləndə hər kəsin simasında doğma bir təbəssüm yaradan, "müəllimlər müəllimi" professor Mir Cəlal Paşayevdir. Ədibin irsi iki böyük sütun üzərində dayanır: ustad nasirlik və dərin alimlik. 

Yazıçı əsərlərində cəmiyyətin ən alt qatlarında yaşayan, zəhməti ilə çörək qazanan sadə insanların daxili aləmini böyük bir sevgi ilə oxucuya təqdim edir. Mir Cəlal müəllimin yaradıcılığında satira və yumor heç vaxt öldürücü, alçaldıcı olmamışdır. O, insanın qüsuruna gülərkən belə ona bir qapı saxlayırdı - islah olmaq qapısı. Onun gülüşü, əslində, cəmiyyəti mənəvi təmizliyə çağıran bir güzgü idi. 

Mir Cəlal müəllimi xatırlayan hər bir tələbəsi onun Bakı Dövlət Universitetinin auditoriyasına daxil olmasını xüsusi bir ehtiramla qeyd edir. O, kürsüyə sadəcə mühazirə oxumaq üçün deyil, bir mənəviyyat dərsi keçmək üçün qalxardı. Onun səsi alçaqdan gəlsə də, auditoriyada hamı nəfəsini dərib onu dinləyərdi. Çünki, o ədəbiyyatı rəqəmlər və tarixlərlə deyil, ruhla, sevgi ilə izah edirdi.

Yazıçının xatirələrdə bu qədər dərin iz qoymasının əsas səbəbi sahib olduğu misilsiz təvazökarlıq idi. Böyük bir alim, onlarla kitabın müəllifi olmasına baxmayaraq, hər kəslə öz dilində danışmağı bacarırdı. Mir Cəlal müəllim üçün insan faktoru hər şeydən uca idi. O, tələbələrinin həm elmi rəhbəri, həm də çətin anlarında pənah apardıqları böyük dostu idi.

"Yaxşı yazıçı olmazdan əvvəl, yaxşı insan olmaq lazımdır" prinsipi onun bütün yaradıcılığının və müəllimlik fəaliyyətinin manifesti idi. Mir Cəlal Paşayevin xatirəsi həm də bir ailə başçısı kimi ucadır. Ədibin "Mənim ən böyük əsərim ailəmdir" kəlamı bu gün də dillər əzbəridir. Bu işıq onun övladlarının, nəvələrinin simasında bu gün də Azərbaycanın dövlətçilik, elm və mədəniyyət tarixində parlaq şəkildə davam edir. Onun qoyduğu tərbiyə və mənəviyyat işığı nəsilləri birləşdirən bir körpüdür.

Mir Cəlal Paşayevin pedoqoji fəaliyyəti onun həm elmi, həm də bədii yaradıcılığı qədər möhtəşəmdir. O sadəcə bir yazıçı deyil, həm də Azərbaycanın ali təhsil sistemində silinməz izlər qoymuş bir alim-pedaqoq olmuşdur.

Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri olmaqla yanaşı, onun yaradıcılıq ruhunun formalaşmasında Gəncə mühiti xüsusi və əvəzedilməz bir rol oynamışdır. O, əslən Cənubi Azərbaycandan olsa da, uşaqlıq və gənclik illərinin ən mühüm dövrü məhz bu qədim şəhərlə bağlıdır. Ədibin şəxsiyyət və ziyalı kimi yetişməsində Gəncənin akademik və mədəni ab-havası təməl daşı olmuşdur. Ədibin "Açıq kitab" və "Dirilən adam" romanlarında Gəncənin 20-30-cu illər mənzərəsi, insanların məişəti, psixologiyası və dövrün ictimai-siyasi ziddiyyətləri ustalıqla təsvir olunub. Qəhrəmanları çox vaxt Gəncə mühitinə xas olan səmimiyyəti, zarafatcıllığı, eyni zamanda mərdliyi daşıyırlar. Yazıçı sonralar Bakıda yaşayıb yaratsa da, Gəncənin ədəbi irsinə (xüsusilə Nizami Gəncəvi) münasibəti elmi səviyyədə davam etmişdir. O, Nizami yaradıcılığının tədqiqində və təbliğində fəal iştirak etmiş, Gəncənin yetişdirdiyi dühalara həmişə böyük ehtiramla yanaşmışdır. Mir Cəlal müəllim üçün Gəncə - Nizami yurdu idi və o, öz yaradıcılığında bu uca irsin mənəvi varisi olmağa çalışırdı. 

Mir Cəlal Paşayevin oğlu akademik Arif Paşayev də həmişə xatirələrində atasının Gəncəyə olan bağlılığını belə ifadə edir: "Atam Gəncəni çox sevirdi. Onun üçün bu şəhər təkcə gənclik illərinin xatirəsi deyil, həm də mənəvi saflıq və ilham mənbəyi idi". 

Ədib yazdığı "Bir gəncin manifesti" romanında da hər nə qədər Bakıdakı inqilabi proseslərdən və sosial ədalətsizlikdən bəhs etsə də, əsərin ruhunda və personajların xarakterologiyasında Gəncə mühitinin silinməz izlərini əks etdirmişdir. Yazıçı yaratdığı Bahar obrazında da Azərbaycan gəncinin mərdliyi, sözü bütövlüyü və haqsızlığa qarşı barışmazlığını əks etdirmişdir. Bu romanda sübut edir ki, insan harada yaşayırsa yaşasın, onun "manifesti" (yəni həyat amalı) uşaqlıq və gənclik illərində nəfəs aldığı mühit tərəfindən yazılır. "Bir gəncin manifesti" Mir Cəlalın Bakıdakı qələmi ilə Gəncədəki qəlbinin ortaq məhsuludur. Əsərdəki saflıq, əslində, ədibin öz ömrünün manifesti idi. 

Bu gün Mir Cəlal müəllim fiziki olaraq aramızda olmasa da, onun ruhu yazdığı əsərlərdə, araşdırdığı Füzuli qəzəllərində və Azərbaycan elmini idarə edən şagirdlərin yaddaşlarında yaşayır. O, Azərbaycan ədəbi-elmi mühitində təkcə böyük yazıçı və alim kimi deyil, həm də əfsanəvi "Mir Cəlal müəllim" kimi qalıb. 

Xatirələrin işığında baxanda görürük ki, o sadəcə bir yazıçı və ya alim deyilmiş, Azərbaycanın mənəvi simasını formalaşdıran nadir şəxsiyyətlərdən biri imiş. Unudulmaz Mir Cəlal müəllim hər zaman ehtiramla anılacaq bir insanlıq dərsi qoyub getdi. Onun işığı hələ çox nəsillərin yolunu aydınlaşdıracaq.


Ellada TAĞIYEVA, 

Gəncədəki Mir Cəlal Paşayev Ev-Muzeyinin elmi işçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dnepr şəhərinə raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var

10:13
25 Aprel

ABŞ-də federal edam cəzaları bərpa olunacaq

10:12
25 Aprel

ABŞ-nin İrana qarşı əməliyyata xərclədiyi məbləğ açıqlanıb

10:11
25 Aprel

BMT: Körfəz və Hörmüz boğazında gəmilərə 29 hücum qeydə alınıb

09:57
25 Aprel

Bilmək istəyirəm

09:20
25 Aprel

Qlobal çağırışların müzakirə olunduğu dialoq mərkəzi

09:15
25 Aprel

Bakının memarlıq simfoniyası

09:10
25 Aprel

"Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika" məsələləri Bakıda müzakirə olundu

09:05
25 Aprel

ARDNF ilk rübün hesabatını açıqlayıb

09:00
25 Aprel

"Şəfəq"in ilk günəş panelləri quraşdırılıb

08:55
25 Aprel

Əqli mülkiyyət: zənginlik və inkişaf institutu

08:50
25 Aprel

Ustad nasir

08:45
25 Aprel

Sözün gücü ilə insanlığa xidmət göstərən ədib

08:40
25 Aprel

Etibarlı və əlverişli investisiya məkanı

08:35
25 Aprel

Ortaq gələcək naminə: Azərbaycanın sistemyaradıcı rolu

08:30
25 Aprel

Azərbaycanın yaratdığı reallıqlar erməni saxtakarlığını da fiaskoya uğradır

08:25
25 Aprel

Azərbaycanda uşaq hüquqları: qanunvericilik, məhkəmə təcrübəsi və müasir tendensiyalar

08:20
25 Aprel

Qlobal forumlar məkanında davamlı təhsil

08:15
25 Aprel

2026-cı ilin birinci rübünün nəticələri ilə bağlı müşavirə keçirilib

08:10
25 Aprel

Nur saçan ömür: mənəvi dəyərlərin təcəssümü

08:05
25 Aprel

İlham Əliyevin uzaqgörən strategiyası

08:00
25 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!