25 Aprel 2026 08:05
235
CƏMİYYƏT
A- A+
Nur saçan ömür: mənəvi dəyərlərin təcəssümü

Nur saçan ömür: mənəvi dəyərlərin təcəssümü


Aprelin 24-də Yeni Azərbaycan Partiyası (YAP) və "Modern İnkişaf və Ailə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, akademik  Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Nur saçan ömür: mənəvi dəyərlərin təcəssümü" mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra "Əsl məhəbbət haqqında" sənədli filmi nümayiş olunub.

Çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, anadan olmasının 103-cü ildönümünü böyük hörmət və ehtiramla qeyd etdiyimiz Zərifə xanım Əliyeva istər peşəkar həkim-mütəxəssis, istər dəyərli elm xadimi, istərsə də vəfalı ömür-gün yoldaşı və qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxmış, yüksək mənəvi keyfiyyətləri və humanizm prinsiplərinə əsaslanan səmərəli ictimai fəaliyyəti ilə parlaq nümunə yaratmışdır: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamında vurğulandığı kimi, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Onun zəngin elmi irsi Azərbaycanın tibb elmi tarixində müstəsna yer tutur. Ölkəmizdə traxomanın xəstəlik kimi aradan qaldırılması məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. Oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxsaylı tədqiqatların müəllifi olan Zərifə Əliyeva səmərəli pedaqoji fəaliyyəti ilə peşəkar mütəxəssislərin hazırlanmasına da mühüm töhfə vermişdir. Zərifə xanımın yetişdirdiyi həkimlər bu gün də onun elmi irsini və qabaqcıl ideyalarını layiqincə yaşadaraq ölkəmizi beynəlxalq müstəvidə müvəffəqiyyətlə təmsil edirlər".

Tahir Budaqov bildirib ki, Zərifə xanımın nəsillərə örnək həyat yolunun daha bir şərəfli səhifəsi milli mənəviyyatımıza xas ailə dəyərlərini layiqincə yaşatmasıdır: "Zərifə xanım Əliyeva Ümummilli Liderimiz Heydər Əliyev ilə ailə məsuliyyətini bölüşərək cənab İlham Əliyev kimi tarixi şəxsiyyət yetişdirmişdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Azərbaycanın dünəni, bu günü və gələcəyini müəyyən edən Heydər Əliyev yoluna sadiqlik nümayiş etdirərək Vətənə sədaqət andını əzm və ləyaqətlə yerinə yetirməklə xalqımıza misilsiz nailiyyətlər qazandırmış və şanlı Zəfərə imza atmışdır. Dövlət başçısının uzaqgörən siyasəti milli ləyaqətimizi özümüzə qaytarmaqla ölkəmizi dünyada söz və nüfuz sahibinə çevirmiş, Ulu Öndərimizin əminliklə söylədiyi "Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq" fikrini gerçəkləşdirmişdir. Bütün bunlar isə əminliklə söyləməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin və Zərifə xanımın ruhu şaddır".

YAP Sədrinin müavini vurğulayıb ki, bir çox mükafatlar və fəxri adlara layiq görülmüş Zərifə xanım Əliyeva, hər şeydən öncə, xalqımızın, sadə insanların məhəbbətini qazanmışdır ki, bu da onun ən qiymətli mükafatıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Zərifə xanımı tanıyanlar, haqqında kitablardan, məqalələrdən oxuyanlar onun nurlu obrazını daim öz ürəyində saxlayırlar. Onun əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, Zərifə Əliyeva yalnız bir alim, həkim və müəllim kimi yox, həm də ailəsi, çevrəsi və ölkəsi üçün dəyərli bir insan olaraq qəlblərdə əbədi iz buraxmışdır: "Onun həyat yolu, əslində, hər bir qadının, ananın və mütəxəssisin arzusunu gerçəkləşdirən bir nümunədir. Bir ana olaraq Zərifə xanımın verdiyi tərbiyə və həyat dərsləri çox dəyərli və əvəzsizdir. Onun övladlarına verdiyi əxlaqi dəyərlər, onları yalnız öz sahələrində müvəffəqiyyətli insanlar etməklə qalmamış, həm də vətənlərinə xidmət etməyə həvəsləndirmişdir. Zərifə xanımın bu tərbiyəsi nəticəsində Prezident İlham Əliyev kimi bir lider yetişmişdir. Bir alim olaraq isə Zərifə xanım oftalmologiya sahəsindəki misilsiz nailiyyətləri ilə yalnız Azərbaycanda deyil, dünyada da çox böyük hörmət qazanmışdır. Onun apardığı tədqiqatlar, yeni müalicə üsulları və əsərləri, bu sahəyə verdiyi töhfələr bu gün də öz əhəmiyyətini qorumaqda və gənc həkimlərə, alimlərə yol göstərməkdədir".

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Zərifə xanımın ən böyük mükafatı yalnız öz sahəsindəki müvəffəqiyyətləri deyil, həm də insanlara göstərdiyi mərhəmət, empatiya və öyrətdiyi dəyərlərlə bağlıdır: "O, sadəcə, bir həkim deyil, eyni zamanda bir insan olaraq hər bir xəstənin sağlamlığını düşünən, ona sevgi və şəfqət göstərən, həkimlik peşəsinin ən yüksək etik dəyərlərini özündə cəmləşdirən bir şəxsiyyət idi. Zərifə xanımın bu dəyərləri, onun mübarizəsi və göstərdiyi nümunə gələcək nəsillər üçün böyük bir irs və dərsdir. Zərifə xanımın həyat yolunda yaratdığı bu ideal, hər bir insanın həyatına ilham verməkdə, onlara doğru yol göstərməkdə davam edəcəkdir".

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin "Elmi-məlumat və təşkilati-metodik" bölməsinin müdiri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül  Abdıyeva çıxışında bildirib ki, Zərifə xanım Əliyeva insanlara nur bəxş edən, xeyirxahlığı həyat amalına çevirən nadir şəxsiyyətlərdən idi: "Yüksək mənəviyyatı, zəngin daxili aləmi və insanlara olan sonsuz sevgisi onu yaddaşlarda əbədi yaşadan əsas keyfiyyətlərdir. Onun mənalı ömür yolu bu gün də gələcək nəsillərə işıq saçan örnəkdir".

Yazgül Abdıyeva vurğulayıb ki, akademik Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə dair mühüm tədqiqatlar aparıb, xüsusilə Azərbaycanda geniş yayılmış traxomanın aradan qaldırılmasında böyük xidmətlər göstərib: "Eyni zamanda kimya və elektron sənayesində çalışan insanlarda rast gəlinən peşəkar göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi istiqamətində dəyərli elmi nəticələr əldə edib.  Akademik Zərifə Əliyeva  bir çox monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 150-yə yaxın elmi işin, 1 ixtiranın və 12 səmərələşdirici təklifin müəllifidir. Onun əsərləri bu gün də aktuallığını qoruyur. Zərifə xanımın oftalmologiya elminin inkişafına verdiyi töhfələr danılmazdır".

Çıxış edən  Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyeva bildirib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir: "Böyük və səmərəli elmi fəliyyətinin nəticəsidir ki, Zərifə xanım keçmiş SSRİ məkanında oftalmologiya sahəsində ən nüfuzlu M.İ.Averbax adına mükafata layiq görülən ilk azərbaycanlı akademikdir. Bu gün onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi uğurla fəaliyyət göstərir və görkəmli alimin elmi irsi layiqincə davam etdirilir".

 Onun sözlərinə görə, Zərifə xanım Əliyeva yalnız alim kimi deyil, həm də ailəsinə bağlı, qayğıkeş bir ömür-gün yoldaşı, müqəddəs ana kimi tanınırdı: "Ulu Öndər Heydər Əliyev Zərifə xanım haqqında danışarkən onu yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət kimi xarakterizə edirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayır ki, Zərifə Əliyeva öz həyatı ilə insanlara nümunə olub, elmə və xalqa sədaqətlə xidmət edib. Zərifə xanımın irsi bu gün də yaşayır və gələcək nəsillər üçün örnəkdir. Onun həyatı, sadəcə, bir alim ömrü deyil, həm də insanlara xidmətin, zəhmətin və yüksək mənəviyyatın təcəssümüdür".

Tədbir çərçivəsində uzun illər partiya sıralarında səmərəli fəaliyyət göstərən və ölkənin ictimai-siyasi həyatında fəal mövqeyi ilə seçilən Bilman Məhərrəm oğlu Vəliyev 75 illik yubileyi münasibətilə təbrik edilib və ona xatirə hədiyyəsi təqdim olunub.

Göstərilən diqqətə görə minnətdarlığını ifadə edən Bilman Vəliyev Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin və Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinin Azərbaycana möhtəşəm nailiyyətlər qazandırdığını, ölkəmizin tərəqqi və Zəfər zirvəsinə yüksələrək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra konsert proqramı təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dnepr şəhərinə raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var

10:13
25 Aprel

ABŞ-də federal edam cəzaları bərpa olunacaq

10:12
25 Aprel

ABŞ-nin İrana qarşı əməliyyata xərclədiyi məbləğ açıqlanıb

10:11
25 Aprel

BMT: Körfəz və Hörmüz boğazında gəmilərə 29 hücum qeydə alınıb

09:57
25 Aprel

Bilmək istəyirəm

09:20
25 Aprel

Qlobal çağırışların müzakirə olunduğu dialoq mərkəzi

09:15
25 Aprel

Bakının memarlıq simfoniyası

09:10
25 Aprel

"Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika" məsələləri Bakıda müzakirə olundu

09:05
25 Aprel

ARDNF ilk rübün hesabatını açıqlayıb

09:00
25 Aprel

"Şəfəq"in ilk günəş panelləri quraşdırılıb

08:55
25 Aprel

Əqli mülkiyyət: zənginlik və inkişaf institutu

08:50
25 Aprel

Ustad nasir

08:45
25 Aprel

Sözün gücü ilə insanlığa xidmət göstərən ədib

08:40
25 Aprel

Etibarlı və əlverişli investisiya məkanı

08:35
25 Aprel

Ortaq gələcək naminə: Azərbaycanın sistemyaradıcı rolu

08:30
25 Aprel

Azərbaycanın yaratdığı reallıqlar erməni saxtakarlığını da fiaskoya uğradır

08:25
25 Aprel

Azərbaycanda uşaq hüquqları: qanunvericilik, məhkəmə təcrübəsi və müasir tendensiyalar

08:20
25 Aprel

Qlobal forumlar məkanında davamlı təhsil

08:15
25 Aprel

2026-cı ilin birinci rübünün nəticələri ilə bağlı müşavirə keçirilib

08:10
25 Aprel

Nur saçan ömür: mənəvi dəyərlərin təcəssümü

08:05
25 Aprel

İlham Əliyevin uzaqgörən strategiyası

08:00
25 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!