08 Yanvar 2026 08:33
249
SİYASƏT
A- A+
Türk dünyasında yeni strateji dövr: hərbi müstəvidə həmrəylik labüddür

Türk dünyasında yeni strateji dövr: hərbi müstəvidə həmrəylik labüddür


Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ortaq hərbi əməkdaşlığı və mümkün hərbi birliyi təşkilatın siyasi və strateji gücünün artması baxımından mühüm əhəmiyyət daşıyır. TDT-yə üzv ölkələrin ortaq təhlükəsizlik mexanizmləri yaratması bölgədə sabitliyin qorunması və xarici təhdidlərə qarşı birgə reaksiya verməsi üçün əsasdır. 

Türk dövlətlərinin orduları arasında birgə təlimlərin keçirilməsi, texniki və taktiki səviyyədə uyğunluğun artırılması, NATO modellərinə uyğun ortaq hərbi standartların yaradılması əməkdaşlığı daha funksional edir. Güclü hərbi əməkdaşlıq TDT-nin beynəlxalq nüfuzunu artırır, təşkilatın bölgədə və dünyada strateji aktor kimi çıxış etməsinə şərait yaradır. TDT ölkələrinin hərbi texnologiyalar və müdafiə sənayesi sahəsində ortaq layihələrə imza atması yerli istehsalın artırılmasına və asılılığın azalmasına səbəb ola bilər. 

Yanvarın 5-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində jurnalistin sualına cavab olaraq bu məsələnin önəmini yenidən xatırladıb. Dövlət başçısı vurğulayıb ki, o, türk dövlətləri çərçivəsində keçirilən bir çox görüşdə hərbi əməkdaşlığın əhəmiyyətini gündəmə gətirib. Prezident qeyd edib ki, dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını gücləndirməlidir, təhlükəsizliyini gücləndirməlidir: "Hətta Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Mənim sözlərim indi demək olar ki, həftəlik formatda bu və ya digər bölgələrdə təsdiqlənir. Qəbələdəki Zirvə Görüşündə mən bu tezisdən daha da irəli gedərək təklif etdim ki, bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda praktik nöqteyi-nəzərdən buna ehtiyac var". 

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan Türkiyə ilə hərbi müttəfiqlik formatında əməkdaşlıq edir. Ancaq yaxşı olardı ki, ailəmiz olan türk dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasınlar: "Bunu təklif etməklə mən heç də hansısa hərbi təşkilatın yaradılmasını təklif etmirəm. Bəziləri bunu belə yozurlar. Yox, bu, tamamilə əsassızdır. Biz indi sadəcə olaraq energetika sahəsində, nəqliyyat sahəsində, ticarət, investisiya qoyuluşu, bir çox sahədə əməkdaşlıq edirik. Nə üçün bu sahədə də əməkdaşlıq etməyək? Nəzərə alsaq ki, bu gün bütün ölkələr üçün bu, birnömrəli məsələdir, ona görə təklifim qüvvədədir. Biz indi mesajlarımızı müxtəlif diplomatik kanallarla göndəririk. Əgər ümumi razılıq olarsa, onda biz bu il bu təlimləri görəcəyik". 

Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Azərbaycan" qəzetinə açıqlamasında deyib ki, cənab Prezident yerli televiziya kanallarına müsahibəsində türk birliyi və Azərbaycanın milli kimliyi ilə bağlı olduqca vacib və maraqlı fikirlər bəyan etdi. Dövlət başçımızın diqqət yönəltdiyi kimi hazırda önəmli məqamlardan biri də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığıdır: "Dünyada birnömrəli məsələ ölkələrin təhlükəsizliyinin təmin olunmasıdır. Ölkələrin müdafiəsi, milli müstəqillik və dövlətçiliyin qorunması ən ümdə missiyadır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq etdikləri, inteqrasiyanı dərinləşdirdikləri halda hərbi sahədə əməkdaşlığı dərinləşdirməməsi bir çatışmazlıqdır. Dövlət başçısının da bəyan etdiyi kimi, türk ölkələrinin birgə hərbi əməkdaşlığı, mütəmadi təlimlər keçirməsi labüddür. Cənab Prezident bunu bir neçə önəmli tədbirdə gündəmə gətirib".

T.Nüsrətoğlu vurğulayıb ki, yeni dünya nizamının formalaşdığı, regional və qlobal təhlükəsizliyin əhəmiyyətinin artdığı bir dövrdə dövlətlərin, xüsusən türk respublikalarının müdafiə və hərbi sahədə əməkdaşlığı qaçılmaz zərurət halına gəlib: "Dünyanın geosiyasi nizamı yenidən formalaşır, güc balansı, qüvvələr arasında nisbət dəyişir. O səbəbdən mövcud reallıqları, ehtimal olunan riskləri nəzərə almaqla TDT çərçivəsində birgə hərbi əməkdaşlığın genişləndirilməsi vacibdir. Dövlət başçısının diqqətə çatdırdığı kimi, Azərbaycan hər zaman bu məsələdə əsas təşəbbüskar olub, lokomotiv rolunu oynayıb. Azərbaycan həm qardaş Türkiyə, həm də digər türk respublikaları ilə ikitərəfli hərbi təlimlər keçirir. Yaxşı olar ki, birgə təlimlər TDT üzvlərinin iştirakı ilə də həyata keçirilsin. Məhz Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı digər türk dövlətlərinin birgə əməkdaşlığı üçün optimal model ola bilər. Təbii ki, birgə təlimlər və bu sahədə sıx əməkdaşlıq hansısa hərbi təşkilatın yaradılması anlamına gəlmir. Məqsədimiz digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığı dərinləşdirməkdir". 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT qlobal iqtisadi artım proqnozunu açıqlayıb  

12:25
09 Yanvar

Dövlət Turizm Agentliyi: Qarabağ və Şərqi Zəngəzurda ekoturizm və mədəni turizmin inkişafı üçün geniş potensial mövcuddur  

12:24
09 Yanvar

Media: Qrenlandiyalıların 85 faizi amerikalı olmaq istəmir  

12:22
09 Yanvar

Qurban Qurbanov: Sevindirici haldır ki, artıq çempionatda “Qarabağ”a təhlükə yaradan komandalar var  

12:01
09 Yanvar

Prezident İlham Əliyevin yaratdığı "vətən dili": məramdan əmələ

11:50
09 Yanvar

Cəbrayıl və Füzuli rayonlarının ərazisində açıq sahədə baş vermiş yanğınlar söndürülüb  

11:43
09 Yanvar

“Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarılır  

11:41
09 Yanvar

Daşaltı və Tuğ kəndlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin, Şuşa şəhərinin turizm inkişaf konsepsiyaları hazırlanıb  

11:39
09 Yanvar

“Samsung Ballie” layihəsi dondurulub  

10:50
09 Yanvar

HHQ komandanı və Hərbi prokuror hərbi hissələrdə olublar  

10:48
09 Yanvar

Dünya bazarında qızıl 17 dollar bahalaşıb

10:47
09 Yanvar

Dünya birjalarında neft bahalaşıb  

10:46
09 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib  

10:31
09 Yanvar

Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır  

10:21
09 Yanvar

Emmanuel Makron: ABŞ bəzi müttəfiqlərdən uzaqlaşır və beynəlxalq qaydalardan kənara çıxır  

10:01
09 Yanvar

ABŞ Prezidenti Rusiya tankerinin ələ keçirilməsini şərh edib  

09:36
09 Yanvar

Tramp: Biz Venesuelada nefti idarə edəcəyik  

09:35
09 Yanvar

NASA-nın kosmonavtları Yerə vaxtından əvvəl qaytarılacaq  

09:34
09 Yanvar

Kiyevə raket zərbələri endirilib, ölənlər var

09:32
09 Yanvar

ABŞ-da federal agentliyin əməkdaşları iki nəfəri güllələyib  

09:32
09 Yanvar

Ermənistanda hökumət-kilsə qarşıdurması şiddətlənir

09:15
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!