08 İyul 2026 19:36
543
İDMAN
A- A+
Tüklə voleybol liqası başa çatdı

Tüklə voleybol liqası başa çatdı


Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) dəstəyi ilə həvəskarlar arasında təşkil olunan və Əsasnaməsi Azərbaycan Voleybol Federasiyası tərəfindən təsdiqlənən 4-cü ənənəvi Tüklə Voleybol Liqası uğurla başa çatdı. 

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş yarışın təntənəli bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Turnirin final mərhələsinin açılış mərasimində təşkilatçılar və fəxri qonaqlar bu liqanın əsas məqsədinin həvəskar voleybolun inkişafına töhfə vermək, sağlam həyat tərzini təşviq etmək və voleybolsevərləri bir araya gətirmək olduğunu vurğuladılar. Bildirildi ki, bu ilin may ayından 9 komanda ilə start götürən 4-cü Tüklə Voleybol Liqası bu mövsüm də maraqlı və gərgin mübarizə ilə yadda qalacaq..

Final mərhələsinin nəticələrinə əsasən qaliblər müəyyənləşib:

I yer – Kidol VK

II yer – Qartal VK

III yer – Zəfər VK

Biləcəridəki Murov Az Terminal İdman Kompleksində baş tytan bağlanış mərasimində qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunublar. Eyni zamanda liqanın uğurla təşkilində əməyi olan təşkilatçılara, hakimlərə, komandalara və yarış boyunca komandaları dəstəkləyən azarkeşlərə təşəkkürlər ifadə olundu.

AİJA prezidenti, əməkdar jurnalist Eldar İsmayılov:

– Azərbaycan İdman Jurnalistləri Assosiasıyasının patronajlığı ilə dördüncü mövsümünü uğurla başa vuran Tüklə Voleybol Liqası qısa müddətdə həvəskar voleybolun ənənəvi turnirlərindən birinə çevrilərək idmansevərlərin böyük marağını qazanıb. Voleybolun kütləviliyini artırmaq, yeni idmançıların üzə çıxarılmasına dəstək vermək və sağlam rəqabət mühitini təşviq etmək Tüklə Voleybol Liqasının prioritetidir. 

Qeyd edək ki, Tüklə Masallı rayonununda adi bir kənddir və zəngin voleybol ənənəsi var. Bu gün artıq Tüklə Voleybol Liqası kənd səviyyəsindən pərvazlanaraq ölkə üzrə maraqlı Liqaya çevrilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndi və Xocalıda

22:53
13 İyul

Qazaxıstan mediası Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışından yazır

19:21
13 İyul

Baş katib Sohail Mahmud: D-8-in missiyası yeni əhəmiyyət qazanıb

19:14
13 İyul

Hikmət Hacıyev: D-8-ə üzvlük Azərbaycan üçün çox önəmlidir

19:01
13 İyul

Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir

18:51
13 İyul

Baş nazir Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

18:29
13 İyul

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

18:21
13 İyul

Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlıq genişlənir

18:09
13 İyul

Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər PANEL İCLAS

18:03
13 İyul

Rusiya mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını geniş şəkildə işıqlandırıb

17:38
13 İyul

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

17:36
13 İyul

Şuşadan ünvanlanan mesajlar

17:35
13 İyul

Milli Məclisin növbəti plenar iclası keçirilib, 22 məsələ müzakirə olunub

17:26
13 İyul

Baş nazir Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

16:53
13 İyul

Azərbaycanın Avropa İttifaqı ölkələrindən məhsul idxalının dəyəri 17 faiz azalıb

16:51
13 İyul

Elizabeth Mutuku: Prezident İlham Əliyev media nümayəndələrini qərəzsiz olmağa çağırdı

16:34
13 İyul

Qazaxıstanda Azərbaycan telekanallarının, ölkəmizdə isə Qazaxıstan telekanallarının yayımı ilə bağlı fikir mübadiləsi aparılıb

16:28
13 İyul

Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb

16:23
13 İyul

Milli və beynəlxalq jurnalistika doktrinasının inkişafında keyfiyyətcə yeni mərhələ

16:21
13 İyul

“Yay Fest 2026”ya start verilib

16:19
13 İyul

Konqolu iştirakçı: Forumun geniş miqyası və böyük potensialı var

16:14
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!