08 İyul 2026 18:40
365
SİYASƏT
A- A+
Ersin Güzel: Türk dünyasının ortaq rəqəmsal platformasının yaradılması zərurətə çevrilib

Ersin Güzel: Türk dünyasının ortaq rəqəmsal platformasının yaradılması zərurətə çevrilib


Gənclər arasında əməkdaşlığın Türk dünyasında yeni mərhələyə qədəm qoyması, ortaq dəyərlər əsasında vahid fəaliyyət platformalarının formalaşdırılması və gələcək lider nəslin yetişdirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər strateji əhəmiyyət daşıyır. Bu prosesdə Azərbaycanın fəal rolu, Bakının Türk dünyasının gənclik və vətəndaş cəmiyyəti əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevrilməsi, eləcə də Qarabağ Zəfərindən sonra formalaşan yeni əməkdaşlıq imkanları xüsusi diqqət çəkir.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının üzvü, Dünya Türk Gəncləri Birliyinin rəhbəri Ersin Güzel AZƏRTAC-a müsahibəsində Birliyin gələcək prioritetləri, Azərbaycanda həyata keçirilməsi planlaşdırılan layihələr, Türk dünyasının ortaq rəqəmsal platformasının yaradılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi barədə fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik.

- Dünya Türk Gəncləri Birliyinin 2026–2027-ci illər üçün müəyyən etdiyi əsas prioritetlər hansılardır? Bu çərçivədə Azərbaycanda həyata keçirilməsi planlaşdırılan yeni layihələr varmı?

- Dünya Türk Gəncləri Birliyi olaraq 2026-2027-ci illər üçün əsas prioritetimiz Türk dünyasında gənclər arasında əməkdaşlığı daha institusional, davamlı və nəticəyönümlü modelə çevirməkdir. Ortaq tarix, dil və mədəniyyət əsasında bir araya gələn gənclərin elm, təhsil, texnologiya, sahibkarlıq və vətəndaş cəmiyyəti sahələrində daha fəal rol oynaması əsas hədəflərimiz sırasındadır.

Bu prosesdə Azərbaycanın üzərinə düşən rolun xüsusilə böyük əhəmiyyət daşıdığına inanırıq. Bakının Türk dünyasında vətəndaş cəmiyyəti və gənclik fəaliyyətlərinin mərkəzinə çevrilməsi istiqamətində mühüm addımlar atılır. Təhsil proqramlarının, gənc liderlərə aid düşərgələrin, birgə sahibkarlıq layihələrinin, texnologiya və innovasiya üzrə seminarların təşkili, həmçinin türk dövlətlərindən olan gənclərin eyni platformalarda bir araya gətirilməsi nəzərdə tutulur.

Hesab edirik ki, Azərbaycan yaxın illərdə Türk dünyasının gənclər siyasətinin formalaşdırılmasında aparıcı ölkələrdən birinə çevriləcək.

2026-cı ilin sentyabrında Şimali Kipr Türk Respublikasında keçiriləcək XX Türk Dünyası Qurultayının yekun bəyannaməsinə nəzər saldıqda görürük ki, 35 ölkədən iştirak edən 300 nümayəndə yalnız mövcud fəaliyyət istiqamətlərini deyil, həm də qarşıdakı 10-15 ili müəyyənləşdirəcək strateji layihələri də irəli sürüb. Bu proqramların Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında qısa müddətdə planlaşdırılması vacib hesab olunur.

Bu layihələr aşağıdakılardır:

• Türk Dünyası Gənc Diplomatlar Simulyasiyası (2026 hədəfi);

• Türk Dünyası Diplomatiya Akademiyasının yaradılması;

• Qadın və Gənc Diplomatlar Forumu;

• Türk Dövlətləri Təşkilatının Gənclər Koordinasiya Mərkəzi;

• Səyyar Muzey Layihəsi;

• Dünya Türk Gəncləri Birliyinin Kitabxanası və Nəşriyyatı;

• Türk Dünyası Gənc Yazıçılar Birliyi;

• Türk Dünyası Xəbər və Məzmun Şəbəkəsi;

• SMİK, "Bengü" jurnalı və "e-Bengü";

• Səyyar Müxbir və Kontent İstehsalçısı Proqramı;

• Türk Dünyasının Ortaq Rəqəmsal Platforması;

• Gənclər Sahibkarlığı Fondu və Elmi-Tədqiqat Şəbəkəsi;

• Türk Dünyası Təcrübə və Məşğulluq Mərkəzi;

• Türk Dünyasının Ortaq Elektron Ticarət Platforması.

Hesab edirəm ki, bütün bunlar Türk dünyasının gələcəyini formalaşdıracaq strateji təşəbbüslərdir.

- Türk dünyasında gənclərin uğurlarını beynəlxalq səviyyədə təşviq edəcək ortaq mükafat və ya qiymətləndirmə sisteminin yaradılması gündəmdədirmi? Məsələn, "İlin Gənci" kimi təşəbbüsün həyata keçirilməsini nə dərəcədə real hesab edirsiniz?

- Gənclərin nailiyyətlərinin görünən və tanınan olması, şübhəsiz ki, vacibdir. Lakin Dünya Türk Gəncləri Birliyi olaraq bizim əsas məqsədimiz gəncləri yalnız mükafatlandırmaq deyil, onların istehsal etməsi, araşdırma aparması və inkişaf etməsi üçün davamlı imkanlar yaratmaqdır.

"İlin Gənci" kimi mükafatlar motivasiya baxımından faydalı ola bilər. Bununla belə, ortaq təqaüd proqramlarının yaradılması, elmi tədqiqatları dəstəkləyən fondların təsis edilməsi, texnologiya və innovasiya mərkəzlərinin genişləndirilməsi, eləcə də gənc sahibkarlara beynəlxalq layihələr çərçivəsində dəstək göstərilməsi daha uzunmüddətli nəticələr verəcək.

Qurultayda da gənclərin bilik istehsalına, innovasiyaya və elmi fəaliyyətə yönəldilməsinin vacibliyi xüsusi vurğulanıb. Buna görə də biz mükafatlandırma sistemlərindən daha çox, imkan bərabərliyini təmin edən, elmi araşdırmaları təşviq edən və gənclərin beynəlxalq layihələrdə fəal iştirakını mümkün edən mexanizmlərin yaradılmasını daha düzgün yanaşma hesab edirik.

- Türk dövlətlərinin gənclərini bir araya gətirəcək ortaq könüllülük proqramı və ya humanitar yardım missiyaları üzərində iş aparılırmı? Belə layihələr hansı sahələri əhatə edə bilər?

- Türk dünyasında ortaq könüllülük mədəniyyətinin formalaşdırılması uzun illərdir üzərində çalışdığımız istiqamətlərdən biridir. Dünya Türk Gəncləri Birliyinin təxminən 35 illik fəaliyyəti bunun ən mühüm göstəricisidir. Bu müddət ərzində təşkil etdiyimiz gənclər görüşləri, mədəni proqramlar, təhsil layihələri və beynəlxalq tədbirlər Türk dünyasında birgə fəaliyyət mədəniyyətinin inkişafına mühüm töhfə verib.

Yaxın perspektivdə bu fəaliyyətlərin daha institusional könüllülük şəbəkəsinə çevrilməsi nəzərdə tutulur. Xüsusilə təbii fəlakətlər zamanı birgə yardım aksiyaları, ekoloji layihələr, mədəni irsin qorunması, təhsil dəstək proqramları, rəqəmsal savadlılığın artırılması, sosial məsuliyyət layihələri və gənclərlə bağlı mübadilə proqramları bu könüllülük fəaliyyətlərinin əsas istiqamətlərini təşkil edə bilər.

Qurultayda səsləndirilən həmrəylik ruhu da bu yanaşmanı dəstəkləyir. Türk dövlətlərindən olan gənclərin təkcə mədəni tədbirlərdə deyil, həm də cəmiyyətin rifahına xidmət edən beynəlxalq sosial layihələrdə birlikdə fəaliyyət göstərməsi ortaq kimlik şüurunun daha da möhkəmlənməsinə xidmət edəcək.

- Türk dünyası gəncləri arasında ünsiyyəti və əməkdaşlığı gücləndirəcək ortaq rəqəmsal platformanın yaradılması ideyasını nə dərəcədə vacib hesab edirsiniz? Bu istiqamətdə hansı konkret addımlar atılır?

- Bu məsələ qarşıdakı dövrün ən mühüm layihələrindən biri kimi qiymətləndirilir. Müasir dövrdə rəqəmsal kommunikasiya gənclərin davamlı əlaqə saxlaması üçün əvəzolunmaz vasitəyə çevrilib.

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının iclasında Təşkilatın Baş katibi Azər Allahverənov bu istiqamətdə mühüm baxış ortaya qoyub. Toplantıda əsas məqsəd Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə fəaliyyət göstərən gənclər təşkilatlarını və vətəndaş cəmiyyəti institutlarını vahid rəqəmsal infrastruktur çərçivəsində bir araya gətirmək idi.

Yaxın vaxtlarda Türkiyədə professor Kürşat Zorlunun təşəbbüsü ilə keçirilən TÜDSES proqramını da həmin baxışın ilk praktik nümunələrindən biri hesab etmək olar. Bakıda yaradılması nəzərdə tutulan rəqəmsal koordinasiya mərkəzi vasitəsilə TÜDSES kimi bütün Türk dünyası vətəndaş cəmiyyəti təşkilatları bir-biri ilə birbaşa əlaqə qura, birgə layihələr hazırlaya, tədbirlər təqvimini paylaşa və davamlı informasiya mübadiləsi apara biləcəklər.

Toplantılarımızda vurğulanan ortaq fəaliyyət prinsipi də göstərir ki, belə bir rəqəmsal platformanın yaradılması artıq zərurətə çevrilib. Bu rəqəmsal şəbəkə sayəsində coğrafi məsafələr aradan qalxacaq, Türk dünyası gəncləri arasında əməkdaşlıq isə daha möhkəm təməl üzərində inkişaf edəcək.

- Azərbaycanlı gəncləri Türk dünyasında fərqləndirən əsas xüsusiyyətlər hansılardır? Regional layihələrdə və ortaq təşəbbüslərdə onların rolunun gələcəkdə necə inkişaf edəcəyini gözləyirsiniz?

- Azərbaycanlı gənclərin ən mühüm xüsusiyyəti onların Türk dünyası ideyasına güclü bağlılığıdır. Bu şüur digər üzv ölkələrdə də mövcuddur. Lakin Azərbaycan gənclərinin bu ideyanı mənimsəmə tərzi və onu konkret layihələrə çevirmək iradəsi xüsusi diqqət çəkir.

Xüsusilə Qarabağ Zəfərindən sonra formalaşan özünəinam gənclərin beynəlxalq layihələrdə daha fəal iştirakına şərait yaradıb. Təhsil, texnologiya, mədəniyyət və vətəndaş cəmiyyəti sahələrində yetişən yeni nəsil Türk dünyasının ortaq gələcəyini formalaşdıracaq potensiala və biliklərə malikdir.

İnanırıq ki, azərbaycanlı gənclər yaxın illərdə Türk dünyasında həyata keçiriləcək bir çox ortaq layihəyə liderlik edəcəklər. Onların geniş dünyagörüşü, təşkilatçılıq bacarığı və beynəlxalq əməkdaşlığa açıq yanaşması sayəsində təkcə öz ölkələrində deyil, bütün Türk dünyasında nümunə göstərilən gənclər olacaqlar.

- “Türk Dünyası Gənclik Paytaxtı” təşəbbüsünün gələcəyini necə qiymətləndirirsiniz? Bu layihənin yeni formatlarla inkişaf etdirilməsi və ya daha çox ölkənin iştirakı ilə əhatə dairəsinin genişləndirilməsi istiqamətində iş aparılırmı?

- “Türk Dünyası Gənclik Paytaxtı” təşəbbüsünün gələcəyini son dərəcə əhəmiyyətli hesab edirik. Bununla belə, bu layihənin yalnız simvolik tədbirlərdən ibarət bir təşəbbüs kimi deyil, ilboyu davam edən təhsil, elm, mədəniyyət, texnologiya və sahibkarlıq fəaliyyətlərini özündə birləşdirən davamlı modelə çevrilməsinin vacibliyinə inanırıq.

Dünya Türk Gəncləri Birliyi olaraq belə bir təşəbbüsün təşkilini öz üzərimizə götürməyə hazır olduğumuzu bəyan edirik. Təxminən 35 illik beynəlxalq gənclik fəaliyyəti təcrübəmiz, təşkilatçılıq bacarığımız və Türk dünyasında formalaşdırdığımız geniş əməkdaşlıq şəbəkəsi bunun ən mühüm göstəricisidir. Hesab edirik ki, malik olduğumuz bilik və təcrübə sayəsində "Türk Dünyası Gənclik Paytaxtı" modelinin daha əhatəli və dayanıqlı formaya salınmasına mühüm töhfə verə bilərik.

Yaxın perspektivdə daha çox Türk dövlətinin, müşahidəçi ölkələrin və Türk icmalarının bu layihədə fəal iştirak edəcəyi və təşəbbüsün daha güclü beynəlxalq platformaya çevriləcəyi gözlənilir. Beləliklə, "Türk Dünyası Gənclik Paytaxtı" yalnız müəyyən bir şəhəri təmsil edən fəxri ad olmaqdan çıxaraq, ortaq baxış formalaşdıran, gənc liderlər yetişdirən və Türk dünyasının gələcəyinə istiqamət verən daimi əməkdaşlıq platformasına çevriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub

16:34
11 İyul

Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanışlıq

15:42
11 İyul

Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib

15:34
11 İyul

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub

15:12
11 İyul

Nazir: “Yüksəliş” müsabiqəsi çərçivəsində Mentorluq Proqramı qarşılıqlı inkişaf platformasıdır

15:07
11 İyul

ÜST Sudanda vəba epidemiyasının genişlənə biləcəyi barədə xəbərdarlıq edib

14:59
11 İyul

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNƏCƏK

14:27
11 İyul

Bakıda təşkil edilən beynəlxalq konfransda medianın dekolonizasiya prosesində rolu diqqət mərkəzində olub

14:22
11 İyul

BTQ ilə Burkina-Faso XİN-in Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalanıb

12:37
11 İyul

Sabaha olan hava proqnozu açıqlanıb

12:17
11 İyul

Monteneqrodan daxil olmuş hüquqi yardım sorğusu Azərbaycanın Baş Prokurorluğu tərəfindən icra edilib

11:30
11 İyul

Monqolustanın Prezidenti Zati-aliləri cənab Uxnaaqiyn Xurelsuxa

11:14
11 İyul

Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub

11:03
11 İyul

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub

10:52
11 İyul

Paşinyanın “demokratik” diktaturası

10:45
11 İyul

Ötən gün 47 cinayətin açılması təmin olunub

10:27
11 İyul

Dünya çempionatı: İspaniya millisi Belçikanı məğlub edərək yarımfinala yüksəlib

10:20
11 İyul

Bilmək istəyirəm

09:52
11 İyul

İnsan kapitalı gələcəyin ən böyük sərvətidir

09:45
11 İyul

Zaqatala qalası

09:38
11 İyul

"Fətəli xan" filmi və onun taleyi

09:31
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!