02 Sentyabr 2026 17:23
764
İQTİSADİYYAT
A- A+
Tim Lardner: Minatəmizləmə daha geniş bərpa və inkişaf prioritetləri ilə əlaqələndirilməlidir

Tim Lardner: Minatəmizləmə daha geniş bərpa və inkişaf prioritetləri ilə əlaqələndirilməlidir

Minatəmizləmə fəaliyyətinin səmərəli və davamlı təşkili üçün milli məsuliyyət və liderlik əsas götürülməli, beynəlxalq tərəfdaşlıqlar isə milli prioritetləri dəstəkləməlidir.

Bunu Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində “Azərbaycanda təhlükəsiz mina fəaliyyətinin dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri” mövzusunda panel müzakirəsində BMT-nin Layihə Xidmətləri Ofisinin (UNOPS) Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Tim Lardner deyib.

O bildirib ki, Azərbaycanın təcrübəsi minatəmizləmənin yalnız partlayıcı təhlükələrin aradan qaldırılması ilə məhdudlaşmadığını göstərir. Minatəmizləmə insanların öz evlərinə təhlükəsiz qayıtmasına, torpaqlara və infrastruktura çıxışın bərpasına, eləcə də ərazilərin bərpası və inkişafı üçün zəruri şəraitin yaradılmasına imkan verir.

Tim Lardner qeyd edib ki, minatəmizləmə sahəsində bütün ölkələr üçün vahid yanaşma mümkün deyil. Hər bir minalardan zərər çəkmiş ölkənin öz tarixi, institusional imkanları, əməliyyat reallıqları və milli prioritetləri var. Buna görə də fəaliyyətin təşkili konkret ölkənin milli şəraitinə uyğun qurulmalıdır.

UNOPS rəsmisinin sözlərinə görə, davamlı potensialın formalaşdırılması qısamüddətli layihələr və ayrı-ayrı təlimlərlə məhdudlaşmamalıdır. Bunun üçün insanlara, təşkilatlara və milli institutlara uzunmüddətli investisiya qoyulması, texniki dəstək, mentorluq və praktiki təcrübənin təmin edilməsi vacibdir.

O vurğulayıb ki, beynəlxalq yardım asılılıq yaratmaq üçün deyil, səlahiyyət və imkanların milli qurumlara ötürülməsi üçün nəzərdə tutulmalıdır. Milli qeyri-hökumət təşkilatlarının və yerli aktorların potensialının gücləndirilməsi də minatəmizləmə sahəsində davamlı milli sistemin formalaşdırılmasına xidmət edir.

Tim Lardner donorlar, BMT qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları, eləcə də texniki tərəfdaşlar arasında koordinasiyanın əhəmiyyətini də diqqətə çatdırıb. Bildirib ki, bu tərəfdaşların fəaliyyətinin milli strategiya və prioritetlərlə uzlaşdırılması daha səmərəli nəticələrin əldə olunmasına imkan yaradır.

O əlavə edib ki, minalardan təmizlənmiş ərazilər insanların torpaqlarına qayıtması, yolların, məktəblərin və səhiyyə müəssisələrinin fəaliyyətinin bərpası, icmaların yenidən qurulması və iqtisadi fəaliyyət üçün yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən minatəmizləmə mümkün olduğu hallarda daha geniş bərpa və inkişaf məqsədləri ilə əlaqələndirilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub 

19:32
04 Sentyabr

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

19:30
04 Sentyabr

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

19:27
04 Sentyabr

Sahibə Qafarova: "Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir"

19:26
04 Sentyabr

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

19:16
04 Sentyabr

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

19:07
04 Sentyabr

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19:04
04 Sentyabr

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır

18:17
04 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

18:14
04 Sentyabr

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin inkişafı müzakirə olunub

16:52
04 Sentyabr

M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

16:50
04 Sentyabr

Professor: “ŞƏT plyus” formatı Azərbaycanın balanslaşdırma siyasəti üçün imkanları genişləndirir

16:48
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!