07 Mart 2024 09:50
3937
Elm və texnika
A- A+
Texnoloji asılılıq

Texnoloji asılılıq

 

İnkişaf meyli zərərli fəsad da yaradır

 

Bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilən, istər iş, ünsiyyət, istərsə də əyləncə vasitəsi olan texnoloji cihazlardan, demək olar ki, kiçikdən böyüyə hər kəs istifadə edir.
Texnoloji yeniliklərin asanlıqla qəbul edilməsinin səbəbi isə onların insanların işini asanlaşdırması və həyat səviyyəsini yüksəltməsidir. Lakin bu texnoloji cihazlarla bağlı narahatedici məqamlar da az deyil. Belə ki, onlar işimizi asanlaşdırmaqla yanaşı, asılılıq da yaradır, bir qisim insanı müasir texnologiya dövrünün "əsiri"nə çevirir. 

 

Texnoloji asılılığın dezavantajları

 

Mövzu ilə bağlı "Azərbaycan" qəzetinə açıqlama verən sosioloq Sahib Altay deyir ki, əksər hallarda zərurətdən doğan texnoloji cihazlar artıq həyatımızın mühüm bir parçasına çevrilib: "Zamanımızı, enerjimizi alan, beynimizi məşğul edən texnoloji vasitələr sərhədsiz informasiya qaynağıdır. Onlardan ən əsası mobil telefonlardır. Sosial həyatda olan müxtəlif, hüquqi, ənənəvi dəyər xarakterli qadağalar var ki, internet bu qadağaları aradan qaldırır. Üstəlik, sosial həyatlarında ünsiyyət qurmaqda çətinlik çəkən, fikirlərini rahatlıqla söyləyə bilməyən insanlar mütəxəssisə müraciət etmək əvəzinə, sosial həyatda edə bilmədiklərini virtual aləmdə kompensasiya edirlər".
S.Altay bildirir ki, virtual dünya insanların reallaşmayacağı arzularını da həyata keçirir: "Məsələn, tank sürücüsü, təyyarə pilotu olmaq istəyənlər virtual oyunlarda bunu asanlıqla reallaşdırırlar. Lakin bunun mənfi tərəfləri də var. İstifadəçilərin bu zəifliklərindən istifadə edilərək asanlıqla manipulyasiya da olunurlar. Belə ki, istifadəçilər bəzən mütəmadi olaraq neqativ və pozitiv xəbərlər alır, onların təsirində qalır və tətbiq edirlər".
Sosioloq bildirir ki, texnoloji asılılığın qarşısını almaq üçün elə virtual aləmdən istifadə etmək lazımdır: "Sosial media vasitəsilə insanların şəxsi həyatlarında bir sərhədin olmasını təbliğ etmək lazımdır. Lakin texnoloji asılılığın qarşısını tamamilə almaq mümkün deyil. İstifadəçilər bunu özləri anlamalı,  psixoloji və sosial həyatlarına zərər verdiyini dərk etməlidirlər". 

 

Səbirsiz, impulsiv, unutqan...

 

Texnologiyanın inkişafı cəmiyyətə fayda verib, onun tərəqqisinə müsbət təsir göstərib. Psixoloq Elnur Rüstəmov qəzetimizə açıqlamasında bildirdi ki,  bu gün texnologiyanın inkişafının qaranlıq tərəflərinin də şahidi oluruq: "Texnoloji inkişafla əlaqədar insanların bir qismi reallıq hissinin mühüm aspektlərini itirir və ondan uzaqlaşır. Bu da özlüyündə insanı səbirsiz, impulsiv, unutqan və hətta daimi psixoloji narahatlıqlar yaşayan biri edir. Buna görə də son zamanlar mütəxəssislər cəmiyyətin texnologiyadan asılılığı ilə bağlı həyəcan təbili çalırlar".
E.Rüstəmovun sözlərinə görə, yaşından, cinsindən, etnik mənsubiyyətindən və ya iqtisadi statusundan asılı olmayaraq, insanların əksəriyyəti smartfon istifadəçiləridirlər: "Biz onlardan yemək masasından tutmuş avtomobil sürənədək hər yerdə istifadə edirik. Telefonlar itirildikdə, hətta bir neçə dəqiqəlik əlçatmaz olduqda belə narahat oluruq. Bu gün sosial şəbəkələrdən tutmuş, yaxınlarımızla qurduğumuz internet əlaqələrinədək, hətta ödənişlərdən tutmuş yuxuya qədər hər şey internetlə əlaqəlidir. Bütün bu bəsit bağlantılar məhz texnoloji asılılığa təkan verir. Odur ki, ekspertlər tərəfindən "21-ci əsrin bəlkə də ən böyük asılılığı" kimi dəyərləndilir. Hətta 2010-cu ildə "The New York Times"da bu mövzunu işıqlandırarkən psixiatrlardan biri bu haqda belə bir fikir irəli sürmüşdü: "Həyat getdikcə daha çox söhbət otağına bənzəyir. Biz bu virtual həyat tərzinə görə real həyatımızın bədəlini ödəyirik".

 

Real və virtual tarazlığı qorumaq lazımdır

 

Keçmişdə texnologiyanın gələcəyinə dair əsas narahatlığın şəxsiyyətlərarası münasibətləri və sosial normaları pozması olduğunu qeyd edən psixoloq bu gün həmin qorxuların öz reallıqları ilə cəmiyyətin üzərini qara bulud kimi aldığını vurğulayır: "Bəzi araşdırmalar göstərir ki, mobil telefonlardan və digər elektron cihazlardan həddindən artıq istifadə psixoloji problemlər yaradır. Bura özünə hörmətin aşağı olması, impulsivlik, sensasiya axtarışı və yüksək dərəcədə ekstrovert və ya introvert şəxsiyyət olmaq kimi səbəblər daxildir. Texnologiyadan asılılıq sosial fobiya, sosial həyəcan pozuntusu və ya panik pozuntu kimi əvvəllər mövcud olan psixoloji pozuntuların simptomlarını da artıra bilər. Bu da özünü nəticə etibarilə həddindən artıq ağır şəkildə büruzə verir".
E.Rüstəmov bildirir ki, daim telefon zəngi, sms, e-poçt və ya sosial media bildirişi gözlədiyimiz zaman beynimiz bunu narahatlıq kimi qeydə alır və o şəkildə də cavab verir. Belə ki, istifadəçilər rəqəmsal dünyada baş verənləri qaçırmaqdan qorxduqları üçün onlarda daxili, gizli təşviş hissi yaranır. Kənardan elə görünür ki, insan bu gözləntilər zamanı həzz alır. Lakin həqiqət əksinədir, çünki şəxs o situasiyada fərqində olmadan narahatlığını azaltmağa çalışır.
"Nizamsız onlayn davranış nümayiş etdirənlər heç vaxt bundan tamamilə imtina edə bilməzlər. Buna görə də bəzi ekspertlər telefonunuzu tez-tez yoxlamağa məhdudiyyətlər qoymağı və hətta arabir özünüzü smartfonlardan uzaqlaşdırmağı məsləhət görürlər. Bu gün bir çox ölkələrdə bəzi restoranlar və ictimai iaşə obyektləri "mobil telefondan istifadə etmək qadağandır" və "sakit zona" üsuluna keçərək bu asılılığa qarşı gəlməyə çalışırlar. Bu cür təcrübələrə bir çox ictimai yerlərdə siqaretdən istifadənin necə qadağan edildiyini xatırladır. Ekspertlər texnologiyanın mənfi təsirləri ilə mübarizədə bu üsulun yaxın illərdə bir çox ölkələrdə tətbiq edilməsinin zərurətini vurğulayırlar", - deyə psixoloq bildirir.
E.Rüstəmov qeyd edir ki, davam edən innovasiya və texnologiya dəyişiklikləri ilə real və virtual həyat arasındakı tarazlığı saxlamaq insanlığa veriləcək ən böyük töhfədir. İnsanlar texnologiyaya bağlılığın daha tez fərqinə varsalar, onunla əlaqəli mənfi davranışları azaltmağa kömək edəcək strategiyaların və hətta müalicənin də fərqinə vara bilərlər. Unutmamalıyıq ki, insan olaraq biz ünsiyyət üçün yaradılmışıq. Ünsiyyət bütün insan münasibətlərinin təməlidir. Bu əlaqələr isə kifayət qədər qarşılıqlı bağ olduqda formalaşır. Ünsiyyət insanlara öz fikirlərini və hisslərini ifadə etməyə və eyni zamanda digər insanın duyğularını və düşüncələrini anlamağa kömək edir. Ən əsası isə o, bu gün cəmiyyətin əskikliyi olan empatiyanı inkişaf etdirir. 

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

23:36
08 İyun

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb  

23:24
08 İyun

"AzInTelecom” Milli Kibertəhlükəsizlik Forumunda rəqəmsal həllərini təqdim edib

20:29
08 İyun

Aİ İtaliyanın 23 milyard avroluq “yaşıl enerji” dəstəyi proqramını təsdiqləyib

20:23
08 İyun

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 282-yə çatıb

20:17
08 İyun

Anomal istilər səyahət vərdişlərini necə dəyişir?

20:08
08 İyun

Uşaqlıqdakı yuxu problemləri yeniyetməlikdə depressiya riskini ikiqat artırır

19:57
08 İyun

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları ilə bağlı səyyar görüşlər keçirilib  

19:53
08 İyun

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

19:49
08 İyun

Okeanların istiləşməsi rekord həddə çatdı

19:38
08 İyun

Serbiyanın idman naziri Azərbaycana gəlib

19:31
08 İyun

Filippində güclü zəlzələ baş verib

19:26
08 İyun

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

19:24
08 İyun

Laboratoriyada yaradılan süni göz modeli korluğun müalicəsində yeni səhifə açır

19:09
08 İyun

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

18:59
08 İyun

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik  

18:47
08 İyun

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub  

18:43
08 İyun

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir 

18:34
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!