20 Fevral 2024 10:30
610
Mədəniyyət
A- A+
Tamaşaçıların qəlbində əbədi yaşayacaq aktyor

Tamaşaçıların qəlbində əbədi yaşayacaq aktyor

 

Çəkildiyi filmlərdə yaşayan görkəmli aktyorlarımızdan biri də Xalq artisti Mustafa Mərdanovdur.  Sevə-sevə baxdığımız filmlərdə onun yaratdığı obrazları görüb daim onu xatırlayırıq. 
Xalq artisti Mustafa Mərdanovun həyat hekayəsi də elə çəkildiyi filmlər kimi maraqlıdır. Görkəmli aktyor 28 fevral 1894-cü ildə Cənubi Azərbaycanın Mərənd şəhərində anadan olub. Kiçik yaşlarında olarkən ailələri Tiflis şəhərinə  köçüb. Balaca Mustafa 1924-cü ilə qədər həyatını burada yaşayıb. Atası Həşim kişi dünyagörmüş insan idi. Oğlunu ali təhsilli ziyalı kimi görmək istəyirdi. Ürəyində tumurcuqlayan bu arzusunu həyata keçirən ata oğlunu Tiflis gimnaziyasında təhsil almağa qoyur. İstəyir ki, övladı dünyəvi elmləri öyrənsin. Amma Mustafa teatra  böyük maraq göstərirdi. Bu sahə sirli bir qüvvə ilə onu özünə çəkirdi. Şəhərin mədəni mühiti onun həyata baxışını formalaşdırır, gündən-günə teatra marağını artırırdı. 
O dövrdə Tiflisdə müsəlman dram dərnəkləri fəaliyyət göstərirdi. Həmin dərnəklər balaca Mustafa üçün həm həyat, həm də sənət məktəbi idi. 1910-cu ildən bu dərnəklərdə çıxış edən gələcəyin görkəmli aktyoru Mustafa Mərdanovun həm həyat, həm də sənət təcrübəsi artırdı. Həyata, dünyaya baxışları formalaşırdı. 
1917-ci ildə Tiflis gimnaziyasını bitirən Mustafa Mərdanov Rostov şəhərinə gedərək Tibb Universitetinə qəbul olur. Tibbi təhsil almaqla yanaşı, dram studiyasında çalışır. Amma nədənsə Rostov mühiti onu sıxır. Buna alışa bilmədiyinə görə bir il sonra - 1918-ci ildə yenidən Tiflisə qayıdır.
Sonra ali təhsil almaq arzusu ilə Moskvaya gedən gənc aktyor orada Dövlət Teatr Sənəti İnstitutuna qəbul olur. Burada məşhur sənətkarlardan aktyorluq peşəsinin incəliklərini öyrənir. Tiflis Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışır. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir və Azərbaycan Dövlət Dram Teatrında işləməyə başlayır. Beləcə, görkəmli aktyorun gələcək həyatının yeni mərhələsi başlayır.
Hər bir aktyorun səhnədə özünəməxsus xüsusiyyətləri olur. Başqalarından fərqli olan bu xüsusiyyətlər də onu tamaşaçılara sevdirir. Yüksək aktyorluq texnikası, yumşaq yumor hissi Mustafa Mərdanovun sənəti üçün çox xarakterik  cizgilər idi. O, teatr səhnəsinə gəlişi ilə milli aktyorluq sənətimizi zənginləşdirərək ona yeni rəng və çalarlar qatır. Mustafa Mərdanov hələ teatrda işlədiyi vaxtlarda tez-tez filmlərdə çəkilməyə dəvətlər alır. "Bismillah" filmində Muzdur Qulu obrazı onun kinoda ilk rolu idi. Abbas Mirzə Şərifzadənin ilk rejissor işi olan bu film 1925-ci ildə ekranlara çıxıb. Bir il sonra isə ekranlara Aleksandr Litvinovun "Müxtəlif sahillərdə" filmi təqdim olunub. Aktyor bu filmdə Abbas rolunda çəkilib. O dövr üçün Mustafa Mərdanovun kinoda ilk böyük rolu isə "Hacı Qara" filmindəki Kərəməli olub. Sonralar aktyor "Sevil" filmində Atakişi, "Lətif" filmində Ələsgər, "İyirmi altı komissar"da menşevik rolunu böyük məharətlə oynayıb.
Onun qardaşı, kinorejissor Səməd Mərdanovun "Kəndlilər" filmi aktyorun yaradıcılığında yeni bir hadisə olub. O, bu filmdə bir-birinə zidd olan iki rolu - kəndli Təhməz və menşevik obrazlarını yüksək sənətkarlıqla yaradıb.
Şübhəsiz, böyük sənətkarın milli kinomuzda ən uğurlu rollarından biri bu gün də tamaşaçılar tərəfindən sevilə-sevilə baxılan "O olmasın, bu olsun" filmindəki "intelligent" Həsən bəy obrazıdır. Bu obraz Mustafa Mərdanovun yeni aktyorluq keyfiyyətlərini üzə çıxarıb. Sonralar "Əhməd haradadır" filmində oynadığı Məmməd kişi, "Qanun naminə"də Murtuzov rolları görkəmli səhnə ustasını daha da şöhrətləndirib. 1968-ci ildə çəkilən "Qanun naminə" filmindəki rolu aktyorun kinoda son işi olub.
1968-ci il dekabrın 12-də dünyasını dəyişən Mustafa Mərdanov Azərbaycan teatrının inkişafındakı xidmətlərinə, tamaşa və filmlərdə yaratdığı müxtəlif obrazlara görə Azərbaycan SSR Əməkdar artisti,  Azərbaycan SSR-nin Xalq artisti fəxri adlarına, "Qırmızı Əmək Bayrağı" ordeninə, "Qafqazın müdafiəsinə görə" , "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medallarına layiq görülüb. 
Anadan olmasının 130 ili tamam olan Xalq artisti Mustafa Mərdanov yüksək aktyorluq bacarığı, qəlblərə asanlıqla yol tapan incə yumoru, böyük maraqla baxılan filmlərimizdə yaratdığı yaddaqalan obrazları ilə daim Azərbaycan tamaşaçılarının qəlbində yaşayacaq.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XİN Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücumla bağlı açıqlama yayıb

14:01
05 İyun

Prezidentin Naxçıvan MR-da səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq  

12:36
05 İyun

Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb

12:35
05 İyun

2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət

12:12
05 İyun

Azərbaycan qlobal enerji arxitekturasını formalaşdıran aparıcı aktorlardan biridir

12:04
05 İyun

Son 5 ayda DSMF-nin fəaliyyət istiqamətləri üzrə alınan elektron arayışların sayı açıqlanıb  

11:47
05 İyun

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb

11:34
05 İyun

Qızıl həftəni itkilərlə başa vurur

11:13
05 İyun

Ötən gün narkotiklərlə əlaqəli 35 fakt müəyyən olunub

11:11
05 İyun

Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür

11:02
05 İyun

Prezidentlər Mirziyoyev və Putin Özbəkistan AES-in 1-ci enerji blokunun tikintisinə start veriblər  

10:52
05 İyun

Düşənbədə Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

10:44
05 İyun

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:19
05 İyun

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

10:09
05 İyun

Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib  

10:08
05 İyun

Azərbaycan nefti 100 dollara satılır

09:52
05 İyun

Bu gün Ümumdünya Ətraf Mühit Günüdür

09:41
05 İyun

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

09:23
05 İyun

İsrail və “Hizbullah” Livanın cənubunda hücumları davam etdirir

09:12
05 İyun

Tramp Putin və Zelenskinin görüşməsi ehtimalından məmnun olduğunu bildirib

09:01
05 İyun

Xətt-oyma sənətinin yaradıcısı

09:00
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!