04 İyun 2026 22:32
173
Mədəniyyət
A- A+
Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub

İyunun 4-də Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, şəhid ailələri, incəsənət xadimləri iştirak ediblər.

Tədbir ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçmiş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən "SOY" Production şirkətinin və layihənin rəhbəri, Əməkdar artist Dilarə Əliyeva filmin şirkətin nəzdində hazırlanmış üçüncü süni intellekt filmi olduğunu deyib.

"Burada real aktyorlar oynamasa da, real rejissor meydançada olmasa da, real operator işləməsə də, real səs rejissoru çalışmasa da, real qrim ustası aktyorları qrim etməsə də, film çox realdır. Bizim niyyətimiz Milli Qəhrəmanımız Natiq Qasımovun haqqını verməkdir. Natiq Qasımov Mingəçevirdə kinoteatrda kino mexaniki işləyib. Onun kinoya böyük marağı olub. Əminəm ki, bu gün onun ruhu bizimlədir. Filmin ərsəyə gəlməsində bizə göstərilən dəstəyə görə Bakı Media Mərkəzinə, xüsusilə onun rəhbəri Arzu Əliyevaya minnətdarıq", - deyə D.Əliyeva bildirib.

Filmin ssenari müəllifi, süni intellekt üzrə mütəxəssis Sarvan Hüseyn Natiq Qasımovla bağlı film çəkməyin ən böyük arzularından biri olduğunu və bunu reallaşdıra bildiyi üçün qürurlandığını qeyd edib: "Natiq Qasımovla bağlı məlumatların bir çoxunu internet resurslarından əldə etdikdən sonra Mingəçevirə yola düşdüm. Qəhrəmanın ailə üzvləri mənə bu işdə çox dəstək oldular. Filmdəki bütün kadrlarda Xocalıdan götürülmüş səhnələr süni intellekt vasitəsilə daha real vəziyyətə gətirilib. Demək olar ki, 80 faiz səhnə bir reallığı əks etdirir. Süni intellektlə hissi ötürmək çətin olsa da, bunu etməyə çalışmışam. İnanıram ki, filmdə Natiq Qasımovun qəhrəmanlığını, şücaətini çatdıra bilmişəm".

Natiq Qasımovun beş gün beş gecə ac-susuz, köməksiz şəkildə müqəddəs amalını yerinə yetirdiyini diqqətə çatdıran filmin redaktoru Fariz Əliyev bu gün Azərbaycan xalqının onu Milli Qəhrəman kimi böyük ehtiramla yad etdiyini deyib: "Natiq Qasımovun həyat hekayəsinə nəzər salarkən qürurlanırıq ki, onun kimi neçə belə qəhrəmanla bir xalqın, bir torpağın nümayəndəsiyik. Həmin qəhrəmanlar bu gün bizim aramızda olmasalar da, onların uğrunda canlarını qurban verdikləri Vətən torpağı artıq bütövləşib. Bu cür oğulların hər biri ilə fəxr edirik".

Daha sonra film nümayiş olunub.

Süni intellekt texnologiyaları ilə hazırlanan 25 dəqiqəlik ekran əsəri onun döyüşlərə qatıldığı gündən son anlarınadək uzanan qəhrəmanlıq salnaməsini təsirli şəkildə canlandırır. Film boyunca Vətənə bağlılığın, əyilməz iradənin və fədakarlığın necə böyük bir insan taleyinə çevrildiyini görmək mümkün olur. Ekranda canlanan hər səhnə, Natiq Qasımovun şərəfli döyüş yolu, üzləşdiyi çətinliklər, onun şücaəti tamaşaçıya dərin təsir bağışlayır.

Nümayişdən sonra şəhidin ailə üzvləri adından çıxış edən qardaşı Nofəl Qasımov Natiq Qasımovla bağlı xatirələrini bölüşərək deyib: "Natiq kinomexanik işləyəndə məni özü ilə müharibə, döyüş filmlərinə baxmağa aparırdı. Deyirdi ki, bax gör necə oğullar var, yəqin, nə vaxtsa mən də belə qəhrəman olaram. Bu gün burada Natiq Qasımovla birlikdə döyüşüb şəhid olan 6 qəhrəmanın da ailə üzvləri iştirak edirlər. Film hər birimizi kövrəltdi, həmçinin çox qürurlandırdı. Filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdaram".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub  

23:41
04 İyun

Rusiya Prezidenti: Ermənistanın hazırkı xarici siyasi kursunda qeyri-adi heç nə yoxdur

23:23
04 İyun

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib  

23:16
04 İyun

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır  

22:57
04 İyun

Erdal Özkaya: Süni intellekt kibertəhdidlərin həyata keçirilməsi sürətini 29 saniyəyədək azaldıb  

22:51
04 İyun

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir  

22:46
04 İyun

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub

22:32
04 İyun

Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir

22:01
04 İyun

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

21:26
04 İyun

“SpaceX” birjaya çıxır: Şirkətin dəyəri 1,75 trilyon dollara çata bilər

20:52
04 İyun

Almaniya BMT Təhlükəsizlik Şurasındakı səsvermədə məğlub olub

20:38
04 İyun

Kolumbiyada prezident seçkiləri ikinci tura qaldı

20:19
04 İyun

Yaponiyada güclü qasırğa daşqınlar və torpaq sürüşmələrinə səbəb olub

20:12
04 İyun

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

19:57
04 İyun

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək  

19:41
04 İyun

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB 

19:15
04 İyun

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

18:49
04 İyun

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

18:41
04 İyun

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir  

18:34
04 İyun

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq  

18:29
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!