05 İyun 2026 10:44
167
CƏMİYYƏT
A- A+
Düşənbədə Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Düşənbədə Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub


Tacikistanın paytaxtı Düşənbədə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Tacikistandakı səfirliyi tərəfindən təşkil olunan tədbirə Tacikistan Sənaye və Yeni Texnologiyalar naziri Şerali Kabir, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Əzəmşo Şərifi, Tacikistan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun həmsədri Qeyrət Əzizzodə, hökumət və parlament üzvləri, diplomatik missiyaların rəhbərləri, iş adamları və Tacikistanda yaşayan azərbaycanlılar qatılıblar.

Hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsindən sonra Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov çıxış edib. O, 108 il əvvəl müsəlman Şərqində yaradılan ilk demokratik, hüquqi, dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışıb.

Səfir, həmçinin müstəqilliyin bərpasından sonra qazanılan uğurlardan, Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğundakı misilsiz xidmətlərindən söz açıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə böyük nailiyyətlər qazandığını vurğulayıb. Əlimirzamin Əskərov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) may ayında Bakıda uğurla keçirildiyini və bunun Azərbaycanın etibarlı beynəlxalq tərəfdaş kimi nüfuzunun göstəricisi olduğunu bildirib.

Səfir, eyni zamanda, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildəki antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu, azad edilən ərazilərdə quruculuq işlərinin aparıldığını bildirib. O, Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəxslər və ölkəmizin üzləşdiyi mina təhlükəsi barədə də tədbir iştirakçılarını məlumatlandırıb.

Ziyafətdə Tacikistan Dövlət Akademik Opera və Balet Teatrının solisti Doston Xolovun ifasında Azərbaycan musiqiləri səsləndirilib, Azərbaycan-Tacikistan münasibətlərinə həsr olunan sərgi təqdim edilib, ölkəmizlə bağlı videoçarxlar nümayiş olunub. Qonaqlara Azərbaycanın milli mətbəxinin nümunələri təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Naxçıvan MR-da səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq  

12:36
05 İyun

Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb

12:35
05 İyun

2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət

12:12
05 İyun

Azərbaycan qlobal enerji arxitekturasını formalaşdıran aparıcı aktorlardan biridir

12:04
05 İyun

Son 5 ayda DSMF-nin fəaliyyət istiqamətləri üzrə alınan elektron arayışların sayı açıqlanıb  

11:47
05 İyun

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb

11:34
05 İyun

Qızıl həftəni itkilərlə başa vurur

11:13
05 İyun

Ötən gün narkotiklərlə əlaqəli 35 fakt müəyyən olunub

11:11
05 İyun

Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür

11:02
05 İyun

Prezidentlər Mirziyoyev və Putin Özbəkistan AES-in 1-ci enerji blokunun tikintisinə start veriblər  

10:52
05 İyun

Düşənbədə Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

10:44
05 İyun

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:19
05 İyun

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

10:09
05 İyun

Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib  

10:08
05 İyun

Azərbaycan nefti 100 dollara satılır

09:52
05 İyun

Bu gün Ümumdünya Ətraf Mühit Günüdür

09:41
05 İyun

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

09:23
05 İyun

İsrail və “Hizbullah” Livanın cənubunda hücumları davam etdirir

09:12
05 İyun

Tramp Putin və Zelenskinin görüşməsi ehtimalından məmnun olduğunu bildirib

09:01
05 İyun

Xətt-oyma sənətinin yaradıcısı

09:00
05 İyun

Ömrünün sonunadək tarın sehrindən çıxmadı

08:55
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!